Professor Fırat Purtaş: Şuşanın yeni görkəmlə türk dünyasının mədəniyyət paytaxtı seçilməsini gözləyirik VİDEO
Ankara, 12 yanvar, AZƏRTAC
Böyük Zəfər münasibətilə Azərbaycan xalqını, azərbaycanlı qardaşlarımızı ürəkdən təbrik edirəm. Azərbaycanın sevinci Türkiyənin, türk xalqının da sevincidir. Bu sevinci daha da artıran məsələlərdən biri də Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunmasıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin sabiq müavini, professor Fırat Purtaş ifadə edib.
Şuşadakı tarixi abidələrin bərpa edilərək yeni görkəm alacağına inandığını bildirən professor əminliklə deyib ki, Şuşa yeni görünüşü ilə türk dünyasının mədəniyyət paytaxtı seçiləcəkdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara