ORDU
Azərbaycanın və Türkiyənin müdafiə nazirləri “Qış təlimi-2021” birgə təlimlərini izləyiblər VİDEO
Qars, 11 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın, Türkiyə Silahlı Qüvvələrinin komanda heyətinin iştirakı ilə Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimləri çərçivəsində “Ali müşahidəçi günü” keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə təlimlərin Baş Qərargahında iki qardaş ölkənin müdafiə nazirlərinə “Qış təlimi-2021” birgə təlimləri barədə raport verilib.
Sonra nazirlər yeni nəsil texnika və avadanlıqla, eləcə də hərbi ambulanslarla tanış olub, qalın qarlı və kəskin şaxtalı sahədə qardan düzəldilmiş sığınacaqlara baxış keçiriblər.
Qeyd edək ki, Türkiyə telekanalları uğurla davam edən təlimlərdən canlı görüntülər yayıblar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qars