Vətən müharibəsinin şəhidi Tovuzda dəfn olunub VİDEO
Tovuz, 22 may, Ruslan Novruzoğlu, AZƏRTAC
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Pərviz Nağıyev Tovuz şəhər qəbiristanlığında dəfn olunub.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak edib.
Şəhidimiz yaylım atəşi altında dəfn olunub. Onun tabutuna bükülən üçrəngli Azərbaycan bayrağı ailəsinə təhvil verilib.
Vətən müharibəsində itkin düşərək sonradan şəhid olduğu bilinən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Pərviz Nağıyev 1991-ci ildə Aşağı Öysüzlü kəndində anadan olub. Onun 6 və 4 yaşında oğulları yadigar qalıb.