Müdafiə Nazirliyi Xocavənd rayonunun Mülküdərə kəndinin videogörüntülərini yayıb VİDEO
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Xocavənd rayonunun işğaldan azad edilmiş Mülküdərə kəndinin videogörüntülərini paylaşıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Qarabağ silsiləsinin ətəyində yerləşən Mülküdərə kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 20-də kəndi işğaldan azad edib.