ORDU
Mühəndis Qoşunları bütün gücü ilə mina və partlamamış döyüş sursatlarının təmizlənməsinə cəlb edilib VİDEO
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Ordusunun Mühəndis Qoşunları hazırda bütün qüvvə və vasitələri ilə işğaldan azad olunmuş ərazilərimizdə mina və partlamamış döyüş sursatlarının təmizləməsi işinə cəlb edilib.
AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi general-mayor Anar Kərimov mayın 25-də jurnalistlərə açıqlamasında deyib.
A.Kərimov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə Mühəndis Qoşunları indiyədək 6200 hektardan artıq ərazini minalardan təmizləyərək aidiyyəti üzrə təhvil verib. Proses mütəmadi qaydada davam etdirilir. Burada təkcə şəxsi heyət deyil, xidməti itlər və mexaniki minatəmizləmə vasitələrindən də geniş istifadə olunur. Eyni zamanda, minatəmizləmə işlərinə cəlb edilən digər qurumlarla da sıx əməkdaşlıq həyata keçirilir.