İDMAN
Azərbaycan Qran-Prisinə liderlik edən Maks Ferstappenin bolidi qəzaya uğrayıb VİDEO



Bakı, 5 iyun, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisinə liderlik edən “Red Bull Racing Honda” komandasının pilotu Maks Ferstappen 47-ci dövrədə mübarizəni dayandırıb.
AZƏRTAC xəbər verir ki, inamlı mübarizə ilə diqqəti cəlb edən və qələbənin bir addımlığında olan niderlandlı pilotun bolidi səddə çırpılıb. Nəticədə bolidin təkəri partlayıb.
Hazırda pelotona onun komanda yoldaşı Serxio Peres davam edir.