18 DEKABR
![]() |
1997-ci il. Azərbaycan Prezidenti Heydər Əliyev "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" Fərman imzalayıb. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə Dövlət Komissiyası yaradılıb.
|
![]() |
1973-cü il. İslam Konfransı Təşkilatına üzv ölkələrin maliyyə nazirlərinin toplantısında İslam İnkişaf Bankının yaradılması ilə bağlı bəyannamə imzalanıb. Bank 1975-ci ilin oktyabrında fəaliyyətə başlayıb. Yalnız İslam Konfransı Təşkilatında təmsil olunan ölkələr banka üzv ola bilər. Bankın başlıca məqsədi üzv dövlətlərin və müsəlman icmalarının iqtisadi və sosial inkişafına İslam qanunlarına uyğun şəkildə yardım göstərməkdən ibarətdir.
|
![]() |
1990-cı il. BMT Baş Assambleyası miqrant və onların ailələrinin hüquqlarını qoruyan beynəlxalq konvensiya qəbul edib. Konvensiyanın qəbul olunduğu tarix 2000-ci ildən BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Miqrant Günü kimi qeyd edilir. |
![]() |
1921-ci il. SSRİ Xalq Artisti Yuri Nikulin anadan olub (1921-1970). O, bir çox sevilən rus filmlərində maraqlı obrazlar yaradıb. Onun iştirakı ilə çəkilmiş məşhur kinokomediyalar sırasında "Brilyant əl", "12 stul", "Quldur qocalar" və digər filmlər var. Yuri Nikulin Leonid Qaydayın filmlərindəki məşhur üç personajdan (Qorxaq, Axmaq və Çoxbilmiş) Axmaq rolunu canlandırıb. Bu personajlar tamaşaçılara "Araq çəkənlər", "Köpək Barbos və qeyri-adi qaçış" ("Tam ciddi"), "I" əməliyyatı və Şurikin başqa macəraları", "Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmlərindən tanışdır.
|
![]() |
1879-cu il. İosif Stalin (İosif Vissarionovoç Cuqaşvili) anadan olub (1879-1953). O, milliyyətcə gürcüdür. 1922-ci ilin aprelində Rusiya KP (b) MK-nın plenumunda MK-nın birinci katibi seçilib. Ona 1943-cü ildə "Sovet İttifaqı Marşalı" rütbəsi, 1945-ci ildə isə məxsusi təsis edilmiş "Sovet İttifaqı Generalisimusu" rütbəsi verilib. Ölümündən bir müddət sonra şəxsiyyətə pərəstişdə ittiham olunan Stalinin adı “Tarixdə ən çox öyrənilmiş 100 şəxsiyyət” siyahısına daxil edilib. |
MÜƏLLİFLƏ ƏLAQƏ
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:14]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [18:13]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [18:10]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [18:00]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [17:32]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:29]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [17:24]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:21]
Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [17:03]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [17:02]
Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub
- 15.10.2026 [17:02]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:58]




