SİYASƏT
Prezident İlham Əliyev: Mən Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam VİDEO
Bakı, 1 yanvar, AZƏRTAC
Əziz həmvətənlər, qeyd etdiyim kimi, bu il ölkəmiz üçün uğurlu olub. Əminəm ki, 2022-ci il də uğurlu olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində yer alıb.
Ölkəmizdə mövcud olan birlik, həmrəylik və gözəl ab-havanın uğuru təmin edəcəyini vurğulayan dövlətimizin başçısı deyib: “Mən isə Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Mən sizi ürəkdən təbrik edirəm. Bayramınız mübarək olsun!”.