19 OKTYABR
![]() |
2004-cü il. Moskvada Ümumrusiya Azərbaycan Konqresinin II qurultayı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin qurultayda iştirak ediblər. |
![]() |
1469-cu il. Araqon kralı II Ferdinand Kastiliya kraliçası İzabella ilə evlənərək İspaniyanın birləşdirilməsi prosesinin təməlini qoyub. |
![]() |
1813-cü il. Napoleon müharibələrinin ən qanlı döyüşlərindən olan üçgünlük Leypsiq vuruşması başa çatıb. Ümumilikdə yarım milyondan çox əsgərin qatıldığı döyüş I Napoleonun məğlubiyyəti ilə başa çatıb. |


