Azərbaycan Dövlət İnformasiya Agentliyi

2005-Cİ İL ŞƏKİ ÜÇÜN DƏ UĞURLU OLMUŞDUR

Şəki Şəhər İcra Hakimiyyətində 2005-ci ilin yekunlarına dair və qarşıda duran vəzifələrlə bağlı geniş şura iclası keçirilmişdir. İclsada ədliyyə naziri Fikrət Məmmədov, Prezidentin İcra Aparatının məsul işçisi Rəhim Abbasov, Milli Məclisin deputatları Yaqub Mahmudov, Məclum Şükürov və Əli Məsimli, habelə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyə qurumlarının, ayrı-ayrı idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Şəhər rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidə-kompleksini ziyarət etmiş, heykəlin önünə gül-çiçək düzmüşlər. Sonra icra hakimiyyəti binasının foyesində yerli məhsulların sərgisi ilə tanış olmuşlar.

Şura iclasında Şəki şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimovun icra hakimiyyəti aparatının 2005-ci ildəki fəaliyyəti ilə bağlı geniş hesabat məruzəsi dinlənilmişdir. Natiq bildirmişdir ki, artıq tarixə çevrilən 2005-ci il Şəki rayonu üçün də uğurlu olmuşdur. 2005-ci ildə faktiki qiymətlərlə 109,4 milyon (AZN) manatlıq məhsul buraxılmışdır ki, onun da 14,9 faizi dövlət, 85,1 faizi isə qeyri-dövlət bölməsinin payına düşür. Əvvəlki illə müqayisədə 2005-ci ildə məhsul buraxılışının həcmi 14,6 milyon manat və ya 18,1 faiz artmışdır. Hesabat ilində rayon üzrə adambaşına düşən məhsul istehsalının həcmi əvvəlki illə müqayisədə 16,9 faiz artaraq, 574,5 manat təşkil etmişdir.

Əhalinin məşğulluğunun təmin edilməsində və rifahının yaxşılaşdırılmasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının xüsusi əhəmiyyəti olmuşdur. Ötən il rayonda 1433 və ya 33,7 faizi daimi olmaqla, 4246 yeni iş yeri yaradılmışdır. O cümlədən, yeni açılan müəssisə və təşkilatlarda 942, mövcud müəssisə və təşkilatlarda isə 491 yeni iş yeri açılmışdır. İl ərzində 2813 nəfər rayon sakini mövsümi işlərə cəlb olunmuşdur.

2005-ci ildə rayonda bir sıra tikinti, abadlıq və quruculuq işləri həyata keçirilmişdir. Heydər Əliyev prospektində ulu öndərimizin əzəmətli abidəsi ucaldılmışdır. Salman Mümtaz küçəsinin şimal hissəsində, Şəki Olimpiya İdman Kompleksinin qarşısında Heydər Əliyev adına park salınmış, orada ulu öndərin həyat və fəaliyyətini əks etdirən muzey yaradılmış, qarşısında dahi rəhbərin büstü qoyulmuşdur.

2005-ci ildə icra hakimiyyətinin təşəbbüsü ilə sahibkarların vəsaiti hesabına 16 milyon şərti banka istehsal gücü olan 1,7 milyon (AZN) manat dəyərində konserv zavodunun, 20 milyon ədəd istehsal gücü olan 3,5 milyon ABŞ dolları dəyərində kərpic zavodunun, 300 min manat dəyərində “Şəki Şirələri İstehsal Kommersiya” MMC-nin, uzun illərdən bəri inşası yarımçıq qalmış idman sağlamlıq mərkəzinin, Dövlət Sərhəd Xidmətinin Şəki sərhəd dəstəsi və Şəki mülki müdafiə regional mərkəzi üçün inzibati və yardımçı binaların, Əlillərin bərpa mərkəzinin, Şin çayı üzərində 1,2 milyon manat dəyəri olan 169 metr uzunluğunda körpünün tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Hazırda Şəki şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 8 mənzilli yaşayış binasında son tamamlama işləri aparılır.

Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə inşasına başlanmış və onun adını daşıyan 640 yerlik Kiş kənd orta məktəbi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə 3, yerli iş adamının xeyriyyəçiliyi və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq daha 2 məktəb binası tikilərək istifadəyə verilmiş, 7 məktəbdə əsaslı təmir işləri aparılmışdır.

Ötən il rayonda ümumi sahəsi 12,6 min kvadratmetr olan fərdi yaşayış evləri tikilib istifadəyə verilmiş, şəhərin inkişaf planına uyğun olaraq, yeni yaşayış massivində əhaliyə fərdi ev tikintisi üçün 20 hektar torpaq sahəsi ayrılmışdır. İl ərzində küçə, meydan və parklarda ümumilikdə 30 min kvadratmetr sahə abadlaşdırılmış, 15 kilometr yola asfalt döşənmiş, 60 kilometr uzunluğunda kəndarası yollarda əsaslı və cari təmir işləri aparılmışdır.

Hazırda şəhərin mərkəzində müasir mehmanxana binasının, “Gələrsən-görərsən” və “Soyuqbulaq” ərazilərində istirahət komplekslərinin inşası davam etdirilir. Onların istifadəyə verilməsi beş yüzə yaxın yeni iş yerinin açılması deməkdir.

Məruzədə həllini gözləyən problemlər və perspektiv planlar barədə də danışılmışdır. Bildirilmişdir ki, regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq, Şəkidə indiki Azərbaycan Müəllimlər İnstitutunun bazasında müstəqil dövlət universitetinin açılması, 87 meqavat gücündə modul tipli elektrik stansiyasının inşasının başa çatdırılması, Şin çayı üzərində su elektrik stansiyasının, region üçün xüsusi əhəmiyyətə malik, gündəlik emal gücü 250 ton olan şəkər çuğunduru zavodunun, pivə zavodunun tikintisi, turizmin inkişafı məqsədi ilə Aşağı Karvansara kompleksinin bərpası, şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması, xarici sərmayə qoyuluşu hesabına süd emalı ilə məşğul olacaq 6 milyon avro dəyərində sənaye kompleksinin, habelə camışçılıq, quşçuluq, donuzçuluq komplekslərinin yaradılması, üzümçülüyün inkişafı istiqamətində Fransa və İtaliya şirkətləri ilə birgə layihələrin həyata keçirilməsi, 3500 yerlik şəhər stadionunun, yeni məktəblərin və səhiyyə obyektlərinin tikintisi, abadlıq və quruculuq işlərinin davam etdirilməsi və s. qarşıda duran əsas vəzifələrdəndir.

Şura iclasında rayonun ayrı-ayrı idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin 2005-ci ildəki fəaliyyətinə dair hesabatlar dinlənilmiş, yol verilmiş nöqsanlardan və onların aradan qaldırılması yollarından danışılmışdır.

İclasda ədliyyə naziri Fikrət Məmmədov və Milli Məclisin deputatı Yaqub Mahmudov çıxış etmiş, tövsiyələrini, arzu və təkliflərini bildirmişlər.

Sonra hüquq mühafizə orqanları əməkdaşlarının və xidmət təşkilatlarında çalışanların bir qrupuna 2005-ci ildə qazandıqları uğurlara görə şəhər icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.

İclas iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya birjalarında neftin qiyməti artıb

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb