Azərbaycan Dövlət İnformasiya Agentliyi

2021-ci ilin büdcə zərfi Milli Məclisin 7 komitəsinin birgə iclasında müzakirə olunub

Bakı, 23 dekabr, Səadət Hakıyeva, AZƏRTAC

Dekabrın 23-də Milli Məclisin Əmək və sosial siyasət, Elm və təhsil, Mədəniyyət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, İctimai birliklər və dini qurumlar, Gənclər və idman komitələrinin onlayn formatda keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfindəki digər qanunlar birinci oxunuşda müzakirəyə çıxarılıb. İclasda hökumət rəsmiləri və Hesablama Palatasının təmsilçiləri iştirak ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, 8 məsələdən ibarət gündəlikdəki qanun layihələrinin beşi büdcə zərfinə daxildir.

İclasda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, bu sənəd komitədə çox geniş müzakirə olunub və Milli Məclis sədrinin tapşırığına əsasən bütün komitələrin deputatları üçün translyasiya edilib, bu, Azərbaycan parlamentinin tarixində bir ilkdir.

O qeyd edib ki, qanunvericiliyə uyğun olaraq büdcə zərfi və Hesablama Palatasının rəyi deputatlara təqdim olunub. Qısa müddətdə belə bir rəyin hazırlanması təqdirəlayiqdir. Gələn ilin büdcəsi manat ifadəsində Azərbaycanın ən böyük büdcəsidir. Qarabağda qazanılmış Qələbənin iqtisadi sahəyə transformasiya olunması büdcədə öz əksini tapıb. Pandemiya ilə əlaqədar dünya və ölkə iqtisadiyyatının cari ildə çətinliklər yaşamasına baxmayaraq 2021-ci ildə Azərbaycan iqtisadiyyatının 3,4 faiz artması planlaşdırılır.

Daha sonra “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən Tahir Mirkişili deyib ki, gələn il üçün İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri və xərcləri eyni miqdarda olmaqla 157 milyon 769 min 146 manat nəzərdə tutulub.

Onlayn iclasda gündəlikdəki 6 məsələni Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib. Bildirib ki, 44 günlük müharibədə qazandığımız Zəfər büdcə parametrlərinin müəyyənləşməsinə də ciddi təsir göstərib. İşğaldan azad olunmuş torpaqlarımızın bərpası ilə yanaşı şəhid ailələrinin və qazilərin sosial problemlərinin həlli də diqqət mərkəzinə çəkilib. Hər zaman olduğu kimi, yeni büdcədə də sosial sahəyə üstünlük verilib.

“Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” (birinci oxunuş) qanun layihəsinə əsasən, bu fondun gələn il üçün həm gəlirləri, həm də xərcləri 5 milyard 146 milyon 30 min 160 manat həcmində proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 161 milyon manat və ya 7,5 faiz çoxdur. Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin 68,4 faizini məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək.

Deputatların diqqətinə çatdırılıb ki, büdcə zərfindəki qanun layihələrində 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilir. 2021-ci il üçün ehtiyac meyarının həddi isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə 170 manat məbləğində nəzərdə tutulur.

Komitədə birinci oxunuşda müzakirəyə təqdim olunmuş “Sosial sığorta haqqında”, “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə üç qanun layihəsi də ölkəmizdə sosial təminat sahəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcək.

İclasda büdcə zərfi barədə fikirlərini açıqlayan maliyyə naziri Samir Şərifov əvvəlcə 2021-ci ilin büdcə müzakirələrinin bu formatda təşkilinə görə Milli Məclisin sədri Sahibə Qafarovaya minnətdarlığını bildirib.

Nazir qeyd edib ki, gələn ilin dövlət büdcəsi ölkəmiz üçün əlamətdar bir dövrdə hazırlanıb. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Ermənistanın hərbi-siyasi təcavüzünə son qoyub, tezliklə soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar. Gələn ilin büdcəsində işğaldan azad olunmuş bölgədə bərpa və yenidənqurma işlərinə 2,2 milyard manat məqsədli vəsait ayrılıb.

Nazir vurğulayıb ki, layihədə gələn ilin dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat, xərcləri 28 milyard 543 milyon manat müəyyənləşdirilib. Samir Şərifov deputatlara 2021-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat, elm və təhsil, səhiyyə və mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti və digər sahələrin fəaliyyətinə ayrılan vəsaitlər barədə də ətraflı məlumat verib.

Sonra iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev büdcə zərfində bu sahəyə ayrılan vəsaitlər və başçılıq etdiyi sahənin fəaliyyət planları barədə parlamentarilərə geniş məlumat verib. Bildirib ki, cari ildəki bütün çətinliklərə baxmayaraq, hökumətin ana xətti əhalinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi və bütün sosial proqramların icra olunmasıdır.

Nazir qeyd edib ki, DSMF-nin gələn il üçün büdcəsi 2020-ci ilin dürüstləşdirilmiş büdcəsindən 361 milyon manat və ya 8 faiz çoxdur. Büdcədəki bir sıra göstəricilər özəl sektorun inkişafına, iqtisadiyyatda daha aktiv rol almasına imkan yaradacaq. Vergi güzəştlərinin tətbiqi, minimum əməkhaqqının 130 manatdan 250 manata qaldırıldığı barədə danışan nazir bir sıra əlaqədar nazirlik və qurumların səyləri ilə özəl sektorda çox ciddi leqallaşmaya nail olunduğunu vurğulayıb. Bunun nəticəsində əldə edilən gəlirlərin məqsədyönlü sahələrə yönəldildiyini deyib.

DOST-un fəaliyyəti, sosial dəstək tədbirləri, şəhid və qazi ailələrinə göstərilən diqqət, rekord sayda ailənin özünüməşğulluq layihəsinə cəlb edildiyi və sair barədə məlumat verib. Sahil Babayev qeyd edib ki, nazirliyin əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərimizin sosial-iqtisadi inkişafına töhfə verməkdir, 2021-ci ildə əsas diqqət bu bölgələrə geri dönəcək vətəndaşlarımızın layiqli məşğulluğunun təmin olunmasına yönəldiləcək.

Müzakirə zamanı Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, deputat Arzu Nağıyev vurğulayıblar ki, qalib xalqın nümayəndəsi kimi dövlət büdcəsinin müzakirəsini aparmaq qürur və iftixar doğurur.

Çıxışlarda büdcənin peşəkarlıqla hazırlanması və sosialyönümlü olması, Ali Baş Komandanın rəhbərliyi və şəhidlərimizlə qazilərimizin şücaəti sayəsində işğaldan azad olunmuş Dağlıq Qarabağın və ətraf bölgələrimizin bərpasına büdcədə xüsusi diqqət ayrılması yüksək dəyərləndirilib. Təkliflər irəli sürülüb, tövsiyələr bildirilib.

Yekunda nazirlər Samir Şərifov və Sahil Babayev deputatların qaldırdıqları məsələlərə münasibət bildiriblər.

Yeddi komitənin birgə iclasında Azərbaycan Respublikasının 2021-ci il üçün büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi başa çatdıqdan sonra deputatların yekdil qərarı ilə baxılan məsələlərin hamısı birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib