2022-ci ildə mühacirlər Aİ-dən öz ölkələrinə rekord həcmdə pul köçürüblər
Bakı, 13 fevral, AZƏRTAC
Avropa İttifaqındakı miqrantların öz ölkələrinə pul köçürmələrinin həcmi 2014-cü ildən bəri durmadan artaraq 2022-ci ildə rekord həddə - 43,5 milyard avroya çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının statistika idarəsi - Eurostat məlumat yayıb.
Məlumata görə, 2022-ci ildə mühacirlərin Aİ-dən digər ölkələrə pul köçürmələri öncəki illə (38,2 milyard avro) müqayisədə 13,9 faiz artıb. Həmin vəsaitin böyük hissəsi - 9,6 milyard avrosu və ya 22 faizi ittifaq üzvü olmayan digər Avropa ölkələrinə köçürülüb. Onların ardınca 8,6 milyard avro və ya 20 faizlə Yaxın və Orta Şərq istisna olmaqla Asiya ölkələri, 8,2 milyard avro və ya 19 faiz olmaqla Şimali Afrika ölkələri gəlir.
Eyni zamanda, Avropa İttifaqına daxil olan köçürmələrin həcmində də artım qeydə alınıb. 2014-cü ildə bu göstərici 11,6 milyard avro, 2022-ci ildə isə 13,5 milyard avro olub. Bu vəsaitin 51 faizi və ya 6,7 milyard avrosu ittifaq üzvü olmayan digər Avropa ölkələrinin payına düşüb. Sonrakı yerlərdə Şimali Amerika ölkələri (2,6 milyard avro və ya 20 faiz), Mərkəzi və Cənubi Afrika ölkələri (1,4 milyard avro və ya 10 faiz) qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [13:16]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
- 07.06.2026 [12:21]
Kayseridə güclü yağış və dolu həyatı iflic edib
- 07.06.2026 [11:44]
Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]