20 Yanvar anım günü ilə bağlı şəhərətrafı elektrik qatarlarında gediş pulsuz olacaqdır
Bakı, 11 yanvar (AZƏRTAC). “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlanmışdır.
QSC-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirlər planına əsasən, yanvarın 20-də saat 06.00-dan 23.00-dək Abşeron şəhərətrafı zonada hərəkət edən elektrik qatarlarında gediş pulsuz olacaqdır. Saat 12.00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəkdir.
Qurumun müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı müxtəlif tədbirlər keçiriləcəkdir. QSC-nin kollektivi Şəhidlər xiyabanını ziyarət edəcək, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]