20 Yanvar faciəsinin ildönümü Astarada silsilə tədbirlərlə qeyd olunur
Astara, 14 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı Astarada silsilə tədbirlərə başlanılmışdır.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin tədbirlər planına müvafiq olaraq yerli təhsil və mədəni-maarif müəssisələrində, idarə, və təşkilatlarda, ərazi icra nümayəndəliklərində, bələdiyyələrdə konfranslar, ədəbi-bədii gecələr, şeir və rəsm müsabiqələri, idman yarışları keçirilir. Həmçinin, sərgilər təşkil olunur, “Astara” qəzetində 20 Yanvar faciəsinə dair müxtəlif yazılar və foto-şəkillər dərc edilir.
Ümumxalq hüzn gününədək şəhər, qəsəbə və kəndlərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların şərəfinə ucaldılmış abidələr təmir ediləcək, rayonun bütün məscidlərində dini mərasimlər keçiriləcəkdir.
Yanvarın 19-da Astara Pedaqoji Kollecində və rayonun bütün ümumtəhsil məktəblərində dərslər qanlı 20 Yanvar faciəsinə həsr olunacaqdır. Yanvarın 20-də isə rayon ictimaiyyəti Astara şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edəcək, saat 12-də bütün yaşayış məntəqələrində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]
31 Mart soyqırımı Azərbaycan xalqının unudulmaz faciəsidir
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]