20 Yanvar tariximizin qanlı və şanlı səhifəsidir
Ağsu, 14 yanvar (AZƏRTAC). Ağsu rayon Mərkəzi Kitabxanasında “20 Yanvar tariximizin həm qanlı, həm də şanlı səhifəsidir” adlı tədbir keçirilmişdir. AZƏRTAC xəbər verir ki, fəal oxucuların, ziyalıların, gənclərin qatıldığı tədbirin iştirakçıları əvvəlcə oxu zalında təşkil edilmiş eyni adlı kitab sərgisi ilə tanış olmuşlar.
20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş tədbirdə çıxış edən ziyalılar - Məhbubə Əhmədova, Kənan Tağızadə, Yeganə Cəlilova və başqaları 20 Yanvar hadisələri, bu faciənin səbəbləri və günahkarları barədə danışmışlar. Həmin hadisələr zamanı 131 nəfərin qətlə yetirildiyi və 744 nəfərin yaralandığı, onların arasında uşaqların, qocaların və qadınların da olduğu diqqətə çatdırılmışdır.
Çıxışlarda Azərbaycanın informasiya blokadasına alındığı bir vaxtda ümummilli lider Heydər Əliyevin həyatını təhlükəyə ataraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlməsindən, bu faciəni törədənlərə qarşı etiraz səsini ucaltmasından, əsl həqiqətin dünya ictimaiyyətinə çatdırmasından bəhs olunmuşdur. Belə bir fikir ifadə edilmişdir ki, 20 Yanvar faciəsi tariximizin qanlı, eyni zamanda şanlı səhifəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]
31 Mart soyqırımı Azərbaycan xalqının unudulmaz faciəsidir
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]