Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Atanın uşağını bağrına basaraq bir yerdə həlak olması hamımızı çox sarsıtmışdı” – xilasedicilər danışır VİDEO

Ermənistan silahlı qüvvələrinin Bərdədə törətdiyi növbəti terror aktından iki il keçir

Bərdə, 28 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

2020-ci il oktyabrın 28-də Bərdə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə beynəlxalq hüquqla qadağan edilmiş kasetli bombalardan istifadə olunmaqla zərbələr endirilib. Nəticədə aralarında uşaq və qadınlar da olmaqla, 20 dinc sakin həlak olub, 82 mülki şəxs yaralanıb. Şəhərdə yerləşən evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

AZƏRTAC-ın bölgə müxbiri o günlərə xilasedicilərin gözündən bir daha nəzər salıb, şahid olduqları terrorun dəhşətini onların dilindən dinləyib.

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzin Xüsusi Xilasetmə Hissəsinin baş xilasedicisi baş gizir Afiq Budaqov iki il əvvəl baş verən hadisələri belə xatırlayır: “2020-ci il oktyabrın 28-də günorta saatlarında Regional Mərkəzə Bərdə şəhərinə kasetli bomba atılması ilə bağlı məlumat daxil oldu. Dərhal hadisə yerinə çıxdıq. Kasetli bombaların atıldığı əraziyə çatdıqda dəhşətli mənzərəyə şahid olduq - parçalara bölünmüş, yanmış insanlar, yaralılar... Dərhal insanları kənarlaşdırıb təxliyə işlərinə başladıq. Avtomobildə yanmış iki nəfərin cəsədini və parçalara bölünmüş digər cəsədləri kisələrə qoyaraq aidiyyəti üzrə təhvil verdik. Çox çətin bir vəziyyət idi - dağılmış obyektlər, təşvişə düşmüş insanlar, həlak olanların yaxınları...”.

44 günlük Vətən müharibəsi dövründə FHN-in Mülki Müdafiə qoşunlarının şəxsi heyəti də gücləndirilmiş iş rejimində xidmət aparıb, üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetiriblər. Düşmən tərəfindən atəşə tutulan yaşayış məntəqələrində əhalinin təhlükəsizliyinin təmin edilməsi və zərərçəkənlərin xilas edilməsində yüksək qəhrəmanlıq və fədakarlıq göstəriblər.

Baş leytenant Səbuhi Sadıqov Bərdəyə raket zərbələri nəticəsində zərərçəkənləri xilas edərkən FHN-in Mülki Müdafiə qoşunlarının şəxsi heyətindən bir nəfərin şəhid olduğunu, bir nəfərin isə yaralandığını xatırladır: “Bərdə şəhərinin düşmən tərəfindən raket atəşinə məruz qalması nəticəsində dağıntılar və uçqunlar altında da qalanlar vardı. Onları xilas edərək, yaralanmış mülki vətəndaşlara ilkin tibbi yardım göstərir, sonra isə xəstəxanalara göndərirdik. O anları sözlə ifadə etmək çox çətindir... İnsanları xilas edərkən FHN-in Mülki Müdafiə qoşunlarının müddətdən artıq hərbi qulluqçusu əsgər Şəfiyev Rəşad Vaqif oğlu aldığı qəlpə yaralarından şəhid oldu, müddətdən artıq əsgər Əliyev Aydın Firuddin oğlu isə ağır yaralandı”.

Səbuhi Sadıqov “bizim missiyamız xilas etmək, insanları qorumaq, onların təhlükəsizliyini təmin etməkdir”, - desə də, o ağrılı-acılı günləri xatırlayarkən gözləri dolur...

Regional Mərkəzə Bərdə şəhərinə raketlərlə zərbələr endirilməsi ilə bağlı məlumat daxil olan kimi, hadisə yerinə yollananlar arasında sürücü-xilasedici baş çavuş Ruslan Aslanov da vardı. Deyir ki, qarşılaşdıqları mənzərədən sarsılsalar da, dayanmaq olmazdı: “Elə cəsədlər var idi ki, parçalara bölünmüşdü, tanınmaz halda idi. Bir mənzərə isə hamımızı daha çox sarsıtmışdı - ata uşağını bağrına basaraq bir yerdə həlak olmuşdular. Gözümüzdən yaş axsa da, ürəyimiz sızıldasa da vəzifəmizi icra elədik”.

Xilasedici, baş çavuş Anar Hüseynov isə Bərdədə baş verənləri xatırlamağın çox ağır olduğunu vurğulayır. “Çox çətin anlar idi. Hər tərəf qan içində idi, insanlar qışqırır, kömək istəyirdilər. O anları xatırlamaq çox ağırdır. Mənim üçün ən ağır görüntü atanın qucağında övladı ilə birgə ikisinin də həlak olduğunu görmək idi. Bunu heç zaman unutmayacağam”, - deyə o söyləyir.

“Vətən müharibəsində ermənilər bir çox yerdə vəhşiliklər törətdilər. Bərdə terroru da onlardan biri idi, o günləri xatırlamaq çox ağırdır”, - deyən Mülki Müdafiə qoşunlarının giziri Ceyhun Məmmədov da həmin dəhşətli görüntüləri unuda bilmir: “Biz hadisə yerinə çatanda hər tərəf qan içində idi. Hər tərəfdə cəsəd və yaralılar var idi. İnsanlarını qolu bir tərəfdə, bədəni bir tərəfdə idi, avtomobillər yanır, hamı təşviş içində idi. Həmin anları unutmaq çox çətindir”.

Qeyd edək ki, Bərdə şəhəri 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalıb. Bərdə şəhərində törədilən terrorlar nəticəsində ümumilikdə 28 nəfər həlak olub, 108 nəfər yaralanıb. Evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Ümumilikdə qırx dörd günlük Vətən müharibəsi dövründə erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq təkcə Bərdə və Gəncəni deyil, eyni zamanda, Yevlax, Beyləqan, Ağdam, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımızı ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutublar. Bu hərbi təcavüzlər nəticəsində 93 nəfər, o cümlədən 11 azyaşlı və 27 qadın qətlə yetirilib, 454 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Atanın uşağını bağrına basaraq bir yerdə həlak olması hamımızı çox sarsıtmışdı” –  xilasedicilər danışır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub