245 KİLOQRAM NARKOTİK VASİTƏ QANUNSUZ DÖVRİYYƏDƏN GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ötən il narkotik vasitələrin külli miqdarda satışı ilə bağlı 244 cinayət aşkar edilərək, onları törətmiş 146 nəfər, o cümlədən 16 əcnəbi cinayət məsuliyyətinə cəlb olunmuşdur. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 245 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən götürülmüş, 513 tona yaxın narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmişdir. Narkotiklərin satışı ilə bağlı 740 fakt aşkar olunmuşdur ki, bu da 2004-cü illə müqayisədə 10, 1 faiz çoxdur. 65 nəfərdən ibarət 28 qrup həmin cinayətlərə görə ifşa edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]