REGİONLAR
Qubada yol qəzası ölümlə nəticələnib - YENİLƏNİB VİDEO
Quba, 7 iyun, E.Yusifli, AZƏRTAC
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əliqulu Nərimanov küçəsində “VAZ 2106” markalı avtomaşınla “Opel” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb, 1 nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qəzada ölən Elnur Kəlbiyev Quba Rayon Mərkəzi Xəstəxanasının mühafizə xidmətinin əməkdaşıdır. Xəsarət alan Sahil İsayevin vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
10:28
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əliqulu Nərimanov küçəsində “VAZ 2106” markalı avtomaşınla “Opel” markalı nəqliyyat vasitəsi toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.
Faktla bağlı araşdırma aparılır.