Efiopiyalı jurnalist: Şuşa Qlobal Media Forumunda yeni media mədəniyyəti haqqında çox şey öyrəndik VİDEO
Bakı, 23 iyul, AZƏRTAC
Şuşa Qlobal Media Forumunda biz medianın necə işlədiyi, jurnalistlərin necə işləyə biləcəyi və yeni media mədəniyyəti haqqında çox şey öyrəndik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Şuşa Qlobal Media Forumunda iştirak edən Efiopiya Yayım Şirkətinin baş müxbiri Misiker Sinafik Aberaş deyib.
“Müxtəlif perspektivləri öyrənmək üçün burada iştirak etmək əla fürsətdir. Bu Forumdan çox şey əldə etdim. Şuşa gözəl şəhərdir. Bilirəm ki, Azərbaycan xalqı üçün Şuşa böyük məna daşıyır”, - deyə o diqqətə çatdırıb.