Bakıda yolu piyada keçidindən kənarda keçən şəxsi avtomobil vurdu VİDEO
Bakı, 12 oktyabr, AZƏRTAC
Bir neçə metr yaxınlıqda piyada keçidi olmasına baxmayaraq yolun müəyyən olunmayan hissəsindən keçən piyadanı minik avtomobili vurub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM)məlumat verilib. Bildirilib ki, yol-nəqliyyat hadisəsi bu gün axşam saatlarında paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsində baş verib:
“Müşahidə kameralarının qeydə aldığı görüntülərə əsasən deyə bilərik ki, xüsusilə də Yusif Səfərov küçəsində yeraltı və nizamlanan piyada keçidləri olmasına baxmayaraq bəzi piyadalar yolun hərəkət hissəsindən istifadə etməklə yolu keçirlər. Belə olduqda da təəssüflər olsun ki, piyadaların vurulması ilə nəticələnən qəzaların baş verməsi qaçılmaz olur”.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha piyadaları piyada keçidlərindən istifadə etməyə çağırır”.