Azərbaycan Dövlət İnformasiya Agentliyi

Alban-Udi Xristian dini icmasının sədri: Ermənistan dünya mediasında yalandan hay-küy qaldırır REPORTAJ VİDEO

Alban-Udi Xristian dini icmasının sədri: Ermənistan dünya mediasında yalandan hay-küy qaldırır  REPORTAJ VİDEO

Qəbələ, 15 noyabr, AZƏRTAC

Ermənistan 30 ilə yaxın işğal altında saxladıqları ərazilərimizdə digər tarix-mədəniyyət abidələrində olduğu kimi, Alban məbədlərini də saxtalaşdırmaqla, müxtəlif işarə və nişanlar qoymaqla özününküləşdirmək istəyib. Lakin buna nail ola bilməyiblər. Artıq Alban məbədlərinin tarixi varisləri geri qayıdıb və bu saxtakarlıqları faktlarla dünya ictimaiyyətinə təqdim edir, əsl həqiqəti söyləyirlər.

AZƏRTAC xəbər verir ki, Zəfərlə başa çatan Vətən müharibəsində azad edilən torpaqlarımızda ermənilərin Azərbaycan tarixinin bütün dövrlərinə aid abidələri və mədəni dəyərləri məhv etməsinin bir daha şahidi olduq. Nəinki İslam-türk abidələrini, Alban dövrünə aid bütün abidələri də özününküləşdirməyə cəhd etdikləri üzə çıxdı, erməniləşdirməyə nail olmadıqlarını isə ya dağıdıb, ya da təhqiredici əməllər törədiblər.

Əməkdaşlarımız Alban dövrünə aid monastr, kilsə və digər tarix-memarlıq abidələrinin dünyadakı varisləri - Qəbələnin Nic qəsəbəsində yaşayan, ana vətənləri Azərbaycan olan Alban-Udi Xristian dini icmasının nümayəndələri ilə görüşüb, bu barədə söhbət ediblər.

“İndi Ermənistan dünya mediasında yalandan hay-küy qaldırır ki, azərbaycanlılar “erməni kilsələrini” dağıdırlar. Əslində isə Alban dövrünə aid bütün tarixi yazılar və mənbələr elə abidələrin özünə həkk olunub. Sadəcə, daşları hiss etmək və danışdırmaq lazımdır”. Bu fikirləri Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili bildirib. İxtisasca geoloq olan və Alban memarlıq abidələrini tədqiq edən Robert Mobili dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların əsl həqiqətdən hələ də ya xəbəri olmadığını, ya da buna göz yumduğunu söyləyib.

Müsahibimizin sözlərinə görə, ermənilər iddia edirlər ki, guya Qarabağda olan məbədlər, kilsələr onlara aiddir: “Yaxşı, özlərini “ilk xristian” hesab edən ermənilər Xudavəng monastrını, Ağoğlan kilsəsini, yaxud Tuğ kəndində olan qədim Qtiçavank kilsəsini niyə bu günə salıb? Məgər xristian dininin “ilk daşıyıcısı” olan “xalq” belə edərmi? Bu qədim kilsələri qoruyub saxlamaq elə çətin idi?”, - deyən icma sədri bu yaxınlarda keçirilən beynəlxalq konfransda da erməni iddialarını ifşa edib.

Qeyd edək ki, bir həftə əvvəl Polşada “Cənubi Qafqaz XXI əsrdə” adlı Beynəlxalq konfrans keçirilib. Bu mötəbər tədbirdə dünyanın 20-dən çox ölkəsini təmsil edən alimlər, o cümlədən Cənubi Qafqaz təmsilçiləri - Azərbaycanla yanaşı, Gürcüstan və Ermənistan da təmsil olunub. Robert Mobili “Qarabağdakı Alban abidələri - işğal altında olduğu dövrdə onların saxtalaşdırılması və bunun müəyyən edilməsi” mövzusunda dəlil-sübutlarla məruzə edərək, bir daha mənfur qonşuların riyakarlığını dünya alimlərinin diqqətinə çatdırıb.

Dini icmanın sədr müavini Rafik Danakari isə son üç ildə Qarabağdakı əksər Alban məbəd və kilsələrinə səfər etdiklərini və hər birində saxta işarələrə, simvollara rast gəldiklərini, dini məbədgahlardan anbar, tövlə kimi istifadə edildiyinin şahidi olduqlarını bildirib. O qeyd edib ki, 2020-ci ilin dekabr ayından sonra azad olunmuş ərazilərə gedərkən Kəlbəcərdən ta Tərtərə kimi ermənilərin kilsələri, monastrları, məscidləri nə günə qoyduqlarının bir daha şahidi olublar.

“Azərbaycan dünyanın ən tolerant və multikultural ölkəsidir. Təsadüfi deyil ki, məhz Azərbaycanda dünyada bənzəri olmayan “Tolerantlıq həftəsi” keçirilir, xalq və dinlərin birgəyaşayış nümunəsi öz əksini tapır”. Bu fikirlər isə Azərbaycanda Katolik Kilsəsinin Apostol prefekturasının nümayəndəsi Toral Ağayevə məxsusdur. O bildirib ki, artıq on illərdir bütün dinlərin nümayəndələri sərbəst olaraq vaxtaşırı bir araya gələrək, həm ibadət-dua edir, həm də birgəyaşayış planlarını, iş və həyat təcrübələrini bölüşür.

“Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Bu, hər zaman belə olub. Bu ənənə, bu çoxmillətlilik və çoxkonfessiyalılıq ənənəsi, birgəyaşayış ənənəsi Azərbaycanda yaşayır və inkişaf etdirilir. Bu birgəyaşayış ənənəsinə, mədəniyyətinə ən böyük dəstəyi əlbəttə ki, biz dövlətimizdən alırıq. Çünki bu, dövlət siyasətidir. Dini icmalara bütün imkanlar yaradılıb ki, onlar Azərbaycanda əməkdaşlıq şəraitində yaşasınlar”, - deyə o, fikrini tamamlayıb.

Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini icmalar “Tolerantlıq həftəsi” çərçivəsində Qəbələdə bir araya gələrək, dövlətimizin Konstitusiya quruluşunu tam bərpa etməsi münasibətilə ibadət-dua mərasimi təşkil edib. Gələcəkdə belə mərasimlərin Qarabağdakı İslam ibadətgahlarında və Alban məbədlərində də təşkili nəzərdə tutulur.

Alban-Udi Xristian dini icmasının sədri: Ermənistan dünya mediasında yalandan hay-küy qaldırır  REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Hacıqabulda açıq ərazidə yanğın başlayıb

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir

LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib

Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək

Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb

XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

Seymur Məmmədov: Azyaşlılar qanunda təklif olunan dəyişikliklər barədə düzgün maarifləndirilməlidir

Ekspert: Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi davamlı maarifləndirmə tələb edir

Sosial şəbəkədə yaş qadağasına əməl olunmasına ciddi nəzarət ediləcək

İnformasiya təhlükəsizliyi sahəsindəki islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır - RƏY

Şəhid və Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları Azərbaycanın enerji tarixi ilə tanış olublar

U-21 millisinin baş məşqçisi: Eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq

Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT

Nazir müavini: Bir çox valideyn uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

BMU və İCMA arasında birgə fəaliyyət istiqamətləri müəyyənləşib

Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub

Azərbaycanın enerji diplomatiyası: Qlobal enerji təhlükəsizliyinə inteqrasiya olunmuş strateji inkişaf modeli - ŞƏRH

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir

Azərbaycan uşaqların maraqlarını və təhlükəsizliyini prioritet hesab edən hüquqi mexanizmlər formalaşdırır – ŞƏRH

Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib

Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir

Elmir Vəlizadə: Qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

“Uşaqlar və Hüquq” – Yeni kitab təqdimatı

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

“Azəriqaz”ın baş direktoru Cəbrayılda vətəndaşların müraciətlərini dinləyəcək

Bahar Muradova: Uşaqların hüquq düşüncəsinin formalaşdırılması onların gələcəyi üçün mühüm investisiyadır

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

Avropa Komissiyası: Lüksemburqda pensiya islahatı doğru, lakin çox kiçik addımdır

Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi müxtəlif problemlərə səbəb olur

Hesabat: Həkimlər süni intellekti səhiyyə sistemində AI texnologiyalarının tətbiqindən daha sürətlə mənimsəyirlər

Startap təsisçisi: Yanaşmamız “iLoyal”ı vahid biznes platforması kimi inkişaf etdirməkdir - MÜSAHİBƏ

® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər