Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib VİDEO
Quba, 18 noyabr, Elxan Yusifli, AZƏRTAC
Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Opel” markalı minik avtomobili idarəetməni itirərək beton maneəyə çırpılıb. Qəza vaxtı avtomobildə biri azyaşlı olmaqla, 3 nəfər olub.
Qəzada xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Hadisə ilə əlaqədar Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu qısa müddətə bağlanıb, tıxac yaranıb. Nəqliyyat vasitəsi hadisə yerindən kənarlaşdırılaraq avtomobillərin hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.