Güclü külək Gəncədə yaşayış binasının dam örtüyünü uçurub VİDEO
Gəncə, 23 dekabr, AZƏRTAC
Güclü külək Gəncədə doqquz mərtəbəli yaşayış binasının dam örtüyünü uçurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Nəticədə bir neçə avtomobilə ziyan dəyib.
Bundan başqa, şəhərin digər ərazilərində bir neçə ağac avtomobilərin üzərinə aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.