28 OKTYABR
![]() |
1995-ci il. Bakı metropoliteninin “Ulduz” stansiyasından “Nərimanov” stansiyası istiqamətində hərəkət edən qatarda dəhşətli yanğın baş verib. Tuneldə qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olub, 270 nəfər yaralanıb. Qəzanın əsas səbəbi kimi köhnə avadanlıqla təchiz olunmuş qatarın nasazlığı, maşinistin səhv qərar verməsi göstərilir. Hadisədə terror əməli aşkarlanmayıb və o, texniki qəza kimi qiymətləndirilib. |
![]() |
2008-ci il. Rusiyanın Moskva şəhərindəki P.İ.Çaykovski adına konsert salonunda zəmanəmizin görkəmli musiqi xadimi, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevlə vida mərasimi keçirilib. Həmin axşam isə cənazə xüsusi reyslə Bakıya gətirilib. |
![]() |
1911-ci il. Xalq Yazıçısı, dramaturq, Beynəlxalq Nehru mükafatı və Azərbaycanın Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, akademik Mirzə İbrahimov anadan olub (1911-1993). M.İbrahimov “Qiqantlar ölkəsi” (1932), “Həyat üçün” (1934), “Həyat və ədəbiyyat” (1947), “Gələcək üçün” (1949) kimi bir sıra əsərlərin müəllifidir. |
![]() |
1955-ci il. “Microsoft” şirkətinin təsisçisi, dünyanın ən varlı şəxslərindən biri Bill Geytsin (William Henry “Bill” Gates III) doğum günüdür. O, 2008-ci ilin iyununda şirkətin idarə heyəti sədrliyindən istefa verib. |
![]() |
1886-cı il. ABŞ-ın Nyu-York ştatında fransız heykəltəraş Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış “Azadlıq heykəli”nin (“Dünyanı işıqlandıran azadlıq”) rəsmi açılışı olub. Roma azadlıq ilahəsi olan Libertası təcəssüm etdirən heykəl Fransa xalqı adından ABŞ-a hədiyyə edilib. Azadlığın və ABŞ-ın simvollarından biri olan heykəldə ayaq üstə dayanmış qadın təsvir olunub. O, bir əlində azadlıq məşəli, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 1776-cı il 4 iyul tarixinin yazıldığı tabula ansata (qanunların yazıldığı tablet) tutub. Qırılmış zəncir onun ayağının üstünə sərilib. Tuncdan hazırlanmış heykəlin yerdən məşələ kimi hündürlüyü 93 metrdir.
|
![]() |
28 oktyabr - Beynəlxalq Animasiya Günüdür (International Animation Day). Bu tarix 2002-ci ildən etibarən, Beynəlxalq Animasiya Filmləri Assosiasiyasının Fransa bölməsinin təşəbbüsü ilə, fransız rəssam və ixtiraçı Emil Reynonun icad etdiyi praksinoskopun ilk nümayişinin 110 illik yubileyi münasibətilə təsis olunub. İxtiraçı “optik teatr” adlanan bu cihaz vasitəsilə əllə çəkilmiş rəsmləri hərəkətə gətirib.
|
![]() |
1492-ci il. İspaniyalı dəniz səyyahı Xristofor Kolumb Kuba adasını kəşf edib. |
MÜƏLLİFLƏ ƏLAQƏ
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:14]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [18:13]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [18:10]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [18:00]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [17:32]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:29]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [17:24]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:21]
Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [17:03]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [17:02]
Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub
- 15.10.2026 [17:02]






