Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fehruz Səxavət: Yenə də Qarabağımızda gözəl səslər, istedadlar yetişəcək MÜSAHİBƏ VİDEO

Ağdam, 1 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Qarabağ bölgəsinin Azərbaycan musiqi mədəniyyətində xüsusi yeri var. Təsadüfi deyil ki, Qarabağ Azərbaycanın musiqi beşiyi, Ağdam isə “Qarabağın toy otağı” adlandırılır. Azərbaycan musiqi mədəniyyətinin inkişafında Qarabağda yaşayıb-yaratmış musiqiçilər böyük rol oynayıblar. Onlardan biri - Əməkdar artist Fehruz Səxavətin AZƏRTAC-a müsahibəsini təqdim edirik.

- Xoş gördük Fehruz müəllim, necəsiniz?

- Sağ olun, yaxşıyam. Qarabağımız artıq azaddır, doğulub böyüdüyüm, havasını udduğum, suyunu içdiyim o torpaqlar düşmən tapdağından xilas edilib. Necə yaxşı olmayım..?

- Qarabağda doğulub böyümüsünüz. Uşaqlıq və gəncliyinizin keçdiyi yerləri necə xatırlayırsınız?

- Bəli, Qarabağda doğulub böyümüşəm. Özü də Qarabağın ən səfalı yerlərindən olan Abdal-Gülablı kəndində. Bizim kənd çox səfalıdır. Meşəsi, təbiəti, havası, suyu ilə fərqli yerdir. Otuz il həsrət qaldıq, amma bir gün də olsun yaddan çıxmadı. Mən əsgərliyə gedənə qədər orada yaşamışam. Hadisələr başlayanda əsgərliyə getdim, kəndimiz işğal olundu. Kəndimizin hər bir izi, hər bir cığırı xatirimdədir. Hər zaman mənim içimdə bir hiss var idi ki, biz qayıdacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah Prezidentimizin canını sağ eləsin. Böyük şücaətlə, həmçinin qətiyyətli tədbirlər nəticəsində torpaqlarımızı qaytardıq. Buna görə fəxr edirik. Əminəm ki, bundan sonra xalqımız əmin-amanlıq içində yaşayacaq. Sanki bu, bir sınaq idi. Allah-taala bunu bizim xalqımıza bir sınaq kimi verdi ki, bu yerlərin, bu torpağın qədrini bilək. Heç nəyimiz olmasa da, torpağımız olsun. Buna görə də şükür edirik. Əminəm ki, insanlarımız, orada böyüyən nəsillər o torpaqların qədrini əbədi biləcəklər.

- Yəqin ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra kəndinizi ziyarət etmisiniz. 30 ildən sonra doğma yurda qədəm qoyanda hansı hissləri keçirdiniz?

- O, elə bir hissdir ki, onu sözlə ifadə etmək mümkün deyil. Deyirdim ki, mən ora tək gedəcəyəm. Çünki bilmirdim ki, orada hansı hissləri keçirəcəyəm, ağlayacammı, güləcəmmi? Sevincdən və kədərdən insana hər şey ola bilər, çox hallara düşə bilər. Ona görə də ora tək getdim. Nə ağlaya bilirdim, nə gülə. Elə bir hiss idi ki, insan onu daxilində yaşayır. Bütün xatirələrim - əvvəlki və indi gördüyüm mənzərə insanda tamam başqa hisslər yaradır. Vaxtilə gəzdiyim yerlər, meşələr, bulaqlar yerindədir. Amma... Amma kənd yoxdur, evimiz yoxdur, ağaclarımız yoxdur... Kənddən heç bir əlamət qalmayıb. Buna baxmayaraq, dağlar, meşələr insana elə xoş təəssürat bağışlayır ki... Çünki orada böyümüşəm. Şükür olsun ki, böyüdüyüm bu torpaqları bir də görə bildim. Əlbəttə, şəhərlərimizi, kəndlərimizi yenidən quracağıq. Əvvəlkindən də yaxşı olacaq.

- 30 il əvvəl kəndinizi tərk edəndə sizin üçün mənəvi cəhətdən daha dəyərli olan qardaşınızın qəbrini də qoyub getmişdiniz...

- Bəli, kəndimizə gedəndə əvvəlcə qəbiristanlığa baş çəkdim, qardaşım Səxavətin qəbrini ziyarət elədim. İnsanın içindən çox hisslər keçir. Məzarı başında qardaşımla söhbət elədim... Sanki yenidən görüşdük, çox çətindir... Elə bil bu dünyadan heç köçməyib. Mənim qəlbimdə həmişə yaşayır. İnsan dünyadan köçdükdən bir müddət sonra unudulur. Amma əgər bir insan hər gün anılırsa, adı hər gün yüz dəfə, min dəfə çəkilirsə, hamı ona rəhmət oxuyursa, sənətindən, xeyirxahlığından danışırsa, o insan ölmür. Səxavət dövlətini, xalqını, Vətənini çox sevirdi, torpağa bağlı insan idi. Çox həssas idi. Əgər o sağ olsaydı, torpaqlarımızın işğalına dözə bilməzdi. O, torpaqlarımızın işğalını görmədi. Kənddən də çıxmadı...

- Bilirik ki, Gülablı kəndi Azərbaycan incəsənətinə böyük şəxsiyyətlər bəxş edib. Bir az da bu barədə danışardınız.

- Abdal və Gülablı çox qədim kəndlərdir. Bu kəndlərdən böyük sənətkarlar çıxıb. Qarabağda bəlkə də yeganə kənddir ki, aşıq sənəti inkişaf edib. Aşıq Valeh, Aşıq Abbasqulu, Aşıq Əkbər kimi aşıqların adını çəkmək olar. Kənddə Aşıq Xaspolad var idi ki, 15 aşığın adını çəkərdi. Bunlar göstərir ki, Abdal-Gülablı aşıqlar yetirən bir torpaq olub. Sənətkarlardan tarzən Qurban Pirimov, Xalq artisti Sara Qədimova, gitaraçı Rəmiş, xanəndə Səxavət Məmmədov, cavanlardan Güllü Muradova, Pərviz Qasımov, Səbinə Ərəbli Abdal-Gülablının yetirdiyi sənətkarlardır.

Altı aydan artıqdır ki, Ağdam Musiqi Kollecinə rəhbərlik edirsiniz. Bu dövrdə kollecdə hansı yeniliklər olub?

- Vaxt var idi ki, Ağdam Musiqi Kolleci Asəf Zeynallı adına musiqi kolleci ilə rəqabət aparırdı. Müharibə xalqımıza həm maddi, həm də mənəvi cəhətdən çox ziyan vurdu. Eləcə də musiqi sahəsinə. Ağdam Musiqi Kolleci də didərgin düşdü. Yaxşı müəllimlər getdi. Kollec tənəzzülə uğradı.

Çalışırıq ki, kollecin keçmiş şöhrətini qaytaraq. Birinci növbədə, nizam-intizam yaratmağa nail olmuşuq. Bir də ən əsas kadr məsələsidir. Tələbələrə keyfiyyətli dərslər keçilməsi üçün mütləq yeni kadrlar lazımdır. Ondan sonra kollecin dərs keyfiyyəti düzələcək. Çalışacağıq ki, yaxşı kadrlar cəlb edək. İstər xanəndəlik, istərsə də, tar, kaman və digər ixtisaslar üzrə Bakıdan müəllimlər gəlsin, ustad dərsləri keçsinlər, kollecin müəllimlərinə öz tövsiyələrini versinlər.

Son aylarda xeyli müsbət dəyişikliklər var. Hazırda kollecdə imtahan dövrüdür. Birinci kursda vəziyyət yaxşıdır. Çünki sentyabrdan kollecdə nizam-intizam yaradılıb. Amma üçüncü-dördüncü kurslarda vəziyyət elə də qənaətbəxş deyil. Həmin tələbələrin təhsil dövrü pandemiya vaxtına düşdü. Çalışırıq onlar da yaxşı olsunlar. Tövsiyələr verir, iradlar bildiririk. Yəqin ki, yay imtahanlarına qədər daha yaxşı olacaq.

- Bu gün ifaçılığa meyil edən gənclərin səviyyəsi, səsi sizi qane edirmi?

- Səsi Allah verməlidir. İndi elə bir dövrdü ki, hamı oxuyur. Amma elə olmamalıdır. Musiqi musiqiçinin canında olmalıdır. Uşaqlıqdan kimin həvəsi, qabiliyyəti hansı sahəyədirsə, o istiqamətə getməlidir. Biri riyaziyyata, digəri tarixə meyillidir. Kimisinin də gözəl səsi, duyğusu var, oxuyur. İstedad uşaqlıqdan bəlli olanda və öz istedadına uyğun yolla gedəndə hər şey yerini tutur. İstedadı yetişdirən isə hava, torpaq, sudur. Artıq Qarabağ işğaldan azad edilib. Yenə də Qarabağımızda gözəl səslər, istedadlar yetişəcək.

- Fehruz müəllim, müsahibə üçün təşəkkür edirik.

- Çox sağ olun.

Fehruz Səxavət: Yenə də Qarabağımızda gözəl səslər, istedadlar yetişəcək  MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir