Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gömrük buraxılış məntəqələrində süni intellekt əsaslı avtomatlaşdırılmış sistem tətbiq olunur REPORTAJ VİDEO

Balakən, 20 fevral, AZƏRTAC

Ölkəmizin Avropa ilə Asiya arasında körpü rolu oynaması, eləcə də Böyük İpək Yolu üzərində yerləşməsi beynəlxalq yük daşımalarda nəqliyyat bumunun artması ilə müşahidə olunur. Pandemiyadan, həmçinin Vətən müharibəsində Qələbəmizdən sonra ölkəmizin quru yollarına maraq daha da artıb desək yanılmarıq.

AZƏRTAC xəbər verir ki, bu, ilk növbədə, daxili sabitlik və beynəlxalq yükdaşımaların təhlükəsiz hərəkəti ilə bağlıdır. Lakin son dövrlərdə sosial şəbəkə və mətbuatda ölkəmizin gömrük-sərhəd buraxılış məntəqələrində nəqliyyat vasitələrinin gediş-gəlişində sıxlıqların yaranması barədə məlumatlara da təsadüf edilir. Əməkdaşımız mövzunu araşdırmaq üçün şimal-qərb bölgəsində yerləşən Mazımqara gömrük-sərhəd buraxılış məntəqəsində idxal-ixrac proseslərini izləyib, yeniliklərin tətbiqi ilə tanış olub.

Balakən Gömrük İdarəsinin Mazımqara gömrük sərhəd buraxılış məntəqəsi ölkəmizi Gürcüstanla bağlayan quru yolun üzərində yerləşir. Bu gömrük buraxılış məntəqəsi idxal-ixrac əməliyyatlarında xüsusi əhəmiyyətə malikdir. Adətən yük maşınlarının çoxluğu səbəbindən burada sıxlıq müşahidə olunur. Lakin həyata keçirilən son tədbirlər nəticəsində bu problem aradan qalxmaq üzrədir. Belə ki, gömrük postu ən müasir avadanlıqlarla, texniki nəzarət vasitələri və ixtisaslaşmış mütəxəssislərlə təmin olunub.

Son illərdə rezidentlərin və qeyri-rezindentlərin məmnuniyyətinin təmin olunması, sərhədkeçmə prosedurlarının sürətləndirilməsi, beynəlxalq ticarətin asanlaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsi bir sıra layihələr həyata keçirir. Belə layihələrdən biri də bu ilin yanvar ayından tətbiq edilən “Süni intellekt əsaslı avtomatlaşdırılmış risk analizi sistemi - ARAS”dır.

Mazımqara gömrük postunun əməkdaşı Aydın Uruxov bildirib ki, ARAS məlumatların öncədən emalı hesabına malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən sürətli keçidinə, çevik gömrük rəsmləşdirilməsinə şərait yaradan, biznes subyektlərinin əməliyyat xərclərini azaldan süni intellekt əsaslı avtomatlaşdırılmış risk analiz sistemidir.

Gömrük postunun rəisi Kamran Yusifovla da söhbət edirik. Onun sözlərinə görə, ölkəmizə gün ərzində 180-250-ə yaxın yük avtomobili daxil olursa, 150-200 arasında yük nəqliyyat vasitəsi gömruk sərhədindən qarşı tərəfə keçir. Kamran Yusifov buraxılış keçid məntəqələrində tıxacların yaranmasını mövsümi işlərlə əlaqədar baş verdiyini, ötən ilin eyni dövrü ilə müqayisədə bu il yükdaşımaların 2,5 dəfə artdığını diqqətə çatdırır. Yeni süni intellekt əsaslı avtomatlaşdırılmış layihənin tətbiqi isə ilk növbədə sıxlıqların, tıxacların aradan qaldırılmasında mühüm rol oynayır.

Buraxılış məntəqəsinə daxil olan nəqliyyat vasitələrinə əməkdaşlar tərəfindən baxış keçirdikdən sonra kinoloqlar bu işə cəlb edilir. Ziyəddin Abbasov it vasitəsilə nəqliyyat vasitəsinə baxış keçirir. Bildirir ki, “Lyama” ləqəbli it çox təcrübəlidir və dəfələrlə narkotik tərkibli vasitələr aşkarlayıb.

Gömrük postunda diqqətimizi cəlb edən məqamlardan biri də yük nəqliyyat vasitələrinin yollarda qarşılaşa biləcəyi problemlərin nəzarətdə saxlanılması, təhlükəsiz hərəkətin təmin edilməsidir. Belə ki, gömrük postu ərazisində bir neçə post patrul nəqliyyat vasitəsi də fəaliyyət göstərir. İdxal zamanı TIR-lar ölkəyə daxil olarkən bu avtomobillər GPS vasitəsi ilə onları izləyir. Belə ki, TIR-larda hər hansı bir qəza, yaxud digər problem yaşanarsa, əməkdaşlar dərhal nəqliyyat vasitəsinə yaxınlaşır və onu aradan qaldırmağa kömək göstərirlər.

Gömrük postunun rəisi Kamran Yusifov buraxılış məntəqəsindəki yeniliklər barədə məlumat verərkən, diqqətimizi bir daha yanvar ayından tətbiq edilən süni intellekt əsaslı avtomatlaşdırılmış risk analizi sistemi - ARAS-a cəlb edərək bildirir ki, bu sistem vasitəsilə öncədən xarici ticarət iştirakçılarına, daşıyıcılara, malların, nəqliyyat vasitələrinin müvafiq indikatorlar üzrə risk profili müəyyən edilməklə, onlara sərhəd keçidi və gömrük rəsmiləşdirilməsi proseduru təyin olunur. Belə ki, mallar ölkə ərazisinə daxil olanadək onlar üçün müvafiq dəhliz (yaşıl, sarı, mavi, qırmızı və mal buraxılış qaydası) risk mühərriki vasitəsilə müəyyən edilir. Bu isə gömrük buraxılış məntəqələrində vaxt itkisinin qarşısını alır, xərcləri azaldır, tıxacları aradan qaldırır.

Gömrük buraxılış məntəqələrində süni intellekt əsaslı avtomatlaşdırılmış sistem tətbiq olunur  REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib