Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib YENİLƏNİB VİDEO

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi dövlətimizin başçısını qarşıladı.

Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazdı.

Sonra səfirliyin müvəqqəti işlər vəkili ilə söhbət edən Prezident İlham Əliyev dedi:

- İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisinin faciəli şəkildə həlak olması bizim hamımızı dərindən sarsıtdı. Onunla bərabər xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər şəxslər faciəli şəkildə həlak olublar. Allah onlara rəhmət eləsin. İran xalqının başı sağ olsun. Bu, böyük itkidir. Bu itki təkcə İran xalqına, dövlətinə üz verməyib, bütün müsəlman aləminə üz verib.

Seyid İbrahim Rəisi böyük dövlət xadimi idi, görkəmli siyasətçi və İran xalqının etibarını qazanmış böyük şəxsiyyət idi. Onunla çoxsaylı görüşlərim hər zaman məndə çox böyük təəssürat izi buraxırdı. Onunla son görüşüm isə tarixi bir görüş idi. Həm o, həm də mən bu görüşü məhz tarixi görüş adlandırmışdıq. Dövlət sərhədində böyük infrastruktur layihəsinin açılışında birgə iştirakımız İran-Azərbaycan əlaqələrinin nə qədər möhkəm olmasından xəbər verirdi, həm xalqlarımıza, həm bütün dünyaya çox açıq mesaj idi ki, biz dostuq, qardaşıq, biz bundan sonra da birlikdə olacağıq. Açılış mərasimindən sonra həm mərhum Prezident Rəisinin, həm də mənim rəsmi açıqlamalarımız çox ciddi siyasi məna daşıyırdı. Hər iki Prezident açıq bəyan etmişdi ki, bu bölgənin gələcək inkişafında bölgədə yerləşən ölkələr fəal iştirak etməlidirlər.

Faciənin baş verməsi, əlbəttə ki, böyük dərddir, həm onun yaxınlarına, həm onu tanıyanlara. Amma təsəlli verən odur ki, o, öz həyatını İran xalqının inkişafına həsr etmişdir. İran dövlətinin milli maraqlarının müdafiə edilməsində onun xüsusi rolu var idi. Həm Prezident vəzifəsində çalışdığı zaman, həm ondan əvvəlki dövrlərdə o, İran xalqının rifahını yaxşılaşdırmağa çalışırdı və milli maraqların müdafiəsində onun böyük rolu olmuşdur.

Bildiyiniz kimi, faciədən əvvəl biz iki saatdan çox birlikdə idik. Bir saatdan çox davam edən ikitərəfli görüş əsnasında bir çox önəmli məsələlər müzakirə edilmişdir. İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənmişdir və hər iki tərəfin güclü siyasi iradəsi bir daha nümayiş etdirilmişdir. Bununla bərabər, biz konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmışdıq, önəmli qərarlar qəbul edilmişdir. O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək. Çünki bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir və biz mərhum Prezident Rəisi ilə söhbət əsnasında qəti iradəmizi bildirdik ki, bundan sonra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda.

Əfsuslar olsun ki, gələcək layihələrin icrasını görmək ona nəsib olmadı. Tale ilə hər kəs barışmalıdır. Ancaq yenə də deyirəm, təsəlli verən amil odur ki, öz həyatını İranın inkişafına qurban vermişdir və bizim yaddaşımızda, İran xalqının, Azərbaycan xalqının yaddaşında o, parlaq şəxsiyyət, böyük dövlət xadimi, Azərbaycan dövlətinin və xalqının böyük dostu kimi qalacaq. Bir daha başınız sağ olsun. Allah rəhmət eləsin.

x x x

Seyid Cəfər Ağayi səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib YENİLƏNİB VİDEO

ÜST: Dörd sənaye sahəsi hər il 19 milyon insanın ölümünə səbəb olur

Media: Çinin Aİ-nin tarif qərarına qarşı çoxsaylı əks tədbirləri var

Lənkəranda avtomobil nənə və nəvələri vurub, ölən var

Milli Məclisin sədri Sahibə Qafarova Belarusun Baş naziri ilə görüşüb

Daşkənddə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açılıb

Pakistan Azərbaycanla müdafiə və aviasiya sahələrində əməkdaşlığı genişləndirmək istəyir

Nazir: Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 13 faiz artıb

Budapeşt və NATO razılıq əldə ediblər

Əziz Əliyev haqqında “Böyük Azərbaycan naminə” kitabı işıq üzü görüb

Fransada parlament seçkilərilə bağlı ilkin sorğuların nəticələrinə görə ifrat sağçılar səs çoxluğu qazanacaqlar

Gürcüstan portalları AZƏRTAC-ın bəyanatını yayıblar

“Musiqinin psixoloji təsiri” mövzusunda elmi-praktik seminar keçirilib

Gürcüstan rəsmisi: Keçən il bəzi qüvvələr bir neçə dəfə hakimiyyəti zorla dəyişməyə cəhd ediblər

Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri

Qərbi Azərbaycana qayıdışla bağlı Buxarest Forumu keçirilib VİDEO

“Kapitan” Makronun gəmisi batmağa başlayır?

Ukraynanın Krivoy Roq şəhəri atəşə tutulub, 8 mülki şəxs həlak olub VİDEO

IDEA Şüvəlan çimərliyində təmizlik aksiyası keçirib

Çində havanın hərarəti 75 dərəcəni göstərib VİDEO

® “Azerconnect Group” və “Vodafone Group” arasında tərəfdaşlıq müqaviləsi imzalandı

Devid Moran: Azərbaycan Orta Dəhlizin inkişafının mərkəzində yerləşir

“Qafqaz Qartalı-2024” təliminin təntənəli bağlanış mərasimi keçirilib VİDEO

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi: Yasamalda kəsilən ağacların yerində yeniləri əkiləcək

“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbiri təşkil olunub

Milli Məclisin komitə iclasında altı məsələ müzakirə olunub

Dövlət Komitəsinin nümayəndə heyəti Tbilisidə bir sıra görüşlər keçirib

İdarə rəisi: Qarabağ ərazi vergilər baş idarəsi üzrə 24 mindən çox vergi ödəyicisi var

Türkiyənin beş vilayətində meşə yanğınları baş verib

® Bakı Fond Birjasında "AccessBank” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

“Fənn Münasibətləri – Yeni Biliklər İstehsalı“ kitabının təqdimat mərasimi keçirilib

Çində helikopter qəzasında 3 nəfər itkin düşüb

Nikol Paşinyan: Mən hakimiyyətdə olmasaydım, Ermənistan əyalətə çevriləcəkdi

“Kəpəz” klubu legioneri ilə müqaviləni uzadıb

Mətbuat Şurası: Fransanın sifarişi səbəbindən AZƏRTAC-ın əməkdaşı ilə bağlı yaranan insident söz və ifadə azadlığını məhdudlaşdırmaq cəhdidir

“Real Madrid”in Kilian Mbappeni təqdim edəcəyi tarix müəyyənləşib

Azərbaycan startap və innovasiyalar üçün əlverişli mühitin yaradılmasında irəliləyiş əldə edib

Bu ilin birinci rübündə əmtəə ixracı 6,2 milyard dollar təşkil edib

Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması üzrə imtahanın nəticələri açıqlanıb

Azərbaycanla BƏƏ arasında əməkdaşlıq istiqamətləri genişləndirilir

28 May – Müstəqillik Günü münasibətilə Bratislavada rəsmi qəbul keçirilib

Naxçıvanda ət satışı obyektlərində monitorinqlər keçirilir

Xidmət səviyyəsinin ölçülməsi məqsədilə internet istifadəçiləri arasında sorğu keçirilməsinə başlanılıb

Quş qripi xəstəliyinə qarşı keçirilmiş monitorinqlərin nəticələri açıqlanıb

“TRT World” kanalı “1915. Köçürülmə” adlı yeni sənədli film çəkib

Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 7 faiz artıb

® “Kapital Bank”ın nağd kredit lotereyasının final tirajının qalibləri bəlli olub

Gürcüstan Türkiyədən NATO standartlarına uyğun zirehli transportyorlar alıb

Dövlət Film Fondunda Xalq artisti Hüseynağa Sadıqovun anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib

Yaxın gələcəkdə Azərbaycan və Latviyanın baş prokurorluqları arasında Anlaşma Memorandumu imzalanacaq

Bonnda COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə daxil olan bəzi təşəbbüslərin təqdimatı keçirilib VİDEO

“Beşiktaş” braziliyalı futbolçu ilə anlaşıb

Cari ilin 5 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2 min 934 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Elin Süleymanov: Azərbaycan Orta Dəhliz və regional bağlantılar üçün əsas ölkədir

Naxçıvanda özəlləşdirmə və icarədən dövlət büdcəsinə daxil olan vəsait 5 dəfədən çox artıb

XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasının komanda seçmə imtahanı keçirilib

İsveç saytı Bakı Enerji Həftəsindən yazıb

Rafael Nadal da "Uimbldon" turnirini buraxacaq

2018-2024-cü illərdə müavinət və təqaüd ödənişləri beş dəfə artıb

Aqrar Sığorta Fondunda Azərbaycan Nar İstehsalı və İxracatı Assosiasiyası ilə görüş keçirilib

Əslən Qərbi Azərbaycandan olan yazıçının ailəsindən qalan kədər dolu xatirələr

Lisey və gimnaziyalara ərizə qəbulu başa çatır

Dağlıq və dağətəyi rayonlarda intensiv yağış yağacaq, dolu düşəcək

Aqrar Xidmətlər Agentliyində "İnsan Hüquqları Aylığı”na həsr olunmuş tədbir keçirilib

Memarlıq incilərində sovet dövrünün koloriti

Azərbaycan və Gürcüstan arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Azərbaycanı Avropa çempionatında 19 cüdoçu təmsil edəcək

Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər

BDU ilə Tailandın Krirk Universiteti arasında əməkdaşlığa dair görüş

Avro-2024-də italiyalı baş məşqçilərin hegemonluğu

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi 6 məsələni plenar iclasa tövsiyə edib

2023-2024-cü tədris ilində paytaxt məktəbliləri idman yarışlarında 5 minə yaxın medal qazanıb

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsi həyata keçirilib

İcraçı direktor: Azərbaycan üçün investisiya kalkulyatorunun hazırlanması layihəsi davam edəcək

Media nümayəndələri “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən təlimdə iştirak ediblər

Professor Mahirə Hüseynova Turan Elmlər Akademiyasının akademiki seçilib

Xaçmazda "Sehrli rənglər" festivalına 200-dən çox şagird qatılıb

Küləkli hava şəraiti ilə bağlı “sarı” xəbərdarlıq edilib

“Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu” kitabının təqdimatı keçirilib

Makron Yeni Kaledoniyada mübahisəli seçki islahatını dayandırmağa məcbur olub

Növbəti “Zabit ixtisas hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib

Paşinyan: Ermənistan hökuməti yalnız xalqın tələbi ilə istefa verə bilər

Avropa çempionatı: Açılış oyununun hakimləri müəyyənləşib

Culfada kənd avtomobil yolunda yaranan məhdudiyyət aradan qaldırılıb VİDEO

Bu il əhalinin hər bir nəfəri ay ərzində ticarət şəbəkəsində orta hesabla 421 manatlıq məhsul alıb

Vyanada keçirilən seminarda Azərbaycan təcrübəsinin digər ölkələrdə tətbiqi məsələsi müzakirə ediləcək

Makronun uğursuz gedişləri, Fransanın siyasi cəhətdən iflası - Ekspertlər danışır

Şəkidə “44 gün – Tarixi zəfər” kitabının I və II cildinin təqdimatı keçirilib

Tələbələr Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda istehsalat təcrübəsində olublar

Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozlarını yeniləyib

UNEC-də Milli Qurtuluş Günü qeyd olunub

Ağdaş və Göyçaydakı ilkin istehsal sahələrində monitorinqlər aparılıb

BMU-nun qəbul planına 7 yeni ixtisas əlavə edilib

Azərbaycanlı gənc dirijorun növbəti uğuru

Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası baş verib

Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsinə qeydiyyat elan edilib

Kənd təsərrüfatı nazirinin müavini Füzulidə vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri Türkiyədə səfərdədir

Respublika Pediatriya Mərkəzində yaradılacaq yeni şöbələrin adları məlum olub

Geologiya və Geofizika İnstitutunda Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib