Fövqəladə Hallar Nazirliyi Gəncədə qanunsuz tikinti işlərinin qarşısını alıb VİDEO



Bakı, 22 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə şəhərinin Ş.İ.Xətai prospektində qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb.