Şəhid Əhliman Əsgərovun nəşinin qalıqları Şəmkirdə torpağa tapşırılıb VİDEO
Şəmkir, 28 iyun, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əsgərov Əhliman Vahid oğlunun meyitinin qalıqları Şəmkirdə dəfn edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün şəhidin evində vida mərasimi keçirilib. Vida mərasimində şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra Əhliman Əsgərovun nəşi Şəmkirin Seyfəli kənd qəbiristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub.