CƏMİYYƏT
Qubada qanunsuz tikintinin qarşısı alınıb VİDEO
Bakı, 29 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Quba şəhərinin Gənclər küçəsində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində fiziki şəxs tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb.
Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Quba Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [16:25]
Azərbaycanda geoparkların yaradılması nəzərdə tutulur
- 03.07.2024 [15:45]
Baş prokuror Lerik rayonunda vətəndaşları qəbul edib
- 03.07.2024 [15:37]
Müdafiə naziri Belarusda keçirilən tədbirlərdə iştirak edib
- 03.07.2024 [15:08]