“Real Madrid” Mbappeni təqdim edib, ulduz futbolçu ilə 5 illik müqavilə imzalanıb VİDEO
Bakı, 16 iyul, AZƏRTAC
Fransa millisinin futbolçusu Kilian Mbappe İspaniyanın “Real Madrid” komandası ilə rəsmi müqavilə bağlayıb.
AZƏRTAC xəbər verir ki, tibbi müayinədən uğurla keçən 26 yaşlı hücumçu 5 illik sözləşməyə imza atıb.
Fransalı forvard “kral klubu”nun ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda ictimaiyyətə təqdim olunub.
İddiaya görə, oyunçunun illik maaşı 30 milyon avro olacaq və o, vurduğu hər qola görə bonus alacaq. Həmçinin Mbappenin sözləşməsində 1 milyard avroluq sərbəstqalma maddəsi də var.
Qeyd edək ki, son olaraq Fransanın PSJ komandasında çıxış edən Kilian Mbappe ötən mövsüm Paris klubunun heyətində 48 oyunda iştirak edib, 44 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]