30 İLDƏ ABŞ-DA İLDIRIMDAN İKİ MİNƏDƏK ADAM ÖLMÜŞDÜR
Təşkilatın məlumatında deyilir: “Son 30 ildə ildırım hər il orta hesabla 66 adamın həyatına son qoymuşdur. Bundan başqa, yüzlərlə adam ildırım vurmasından zərər çəkmiş, bəziləri isə xəsarət almışlar”.
Hidrometeorologiya Xidmətinin ildırım təhlükəsizliyi üzrə eksperti Con Censeniusun sözlərinə görə, ildırımların ən yüksək fəallığı məhz iyul ayında müşahidə edilir. İldırım vurmasından ölüm hallarının təxminən 30 faizi iyulda baş verir. 2005-ci ildə ABŞ-da ildırım vurması nəticəsində 43 adam həlak olmuşdur ki, bunun da 13-ü iyulda qeydə alınmışdır.
Meteorologiya ekspertləri ildırımlı havada möhkəm binada sığınacaq axtarmağı təkidlə tövsiyə edirlər. Əgər belə bina yoxdursa, onda avtomobil də yaraya bilər, amma kabriolet yox, metal damlı adi avtomobil. Sığınacağın daxilində olarkən stasionar telefonlardan, elektrik avadanlığından istifadə etməmək, habelə qapı və pəncərələrə yaxın durmamaq məsləhət görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]