“Paris-2024”: Azərbaycanın daha bir boksçusu 1/4 finala yüksəlib VİDEO
Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycanın daha bir boksçusu “Paris-2024” Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, 80 kiloqramda çıxış edən Murad Allahverdiyev debütdə Abdelrahman Abdelqavvadı (Misir) mübarizədən kənarlaşdırıb.
Təmsilçimiz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. M. Allahverdiyevin ikinci görüşü avqustun 2-də olacaq. O, qazaxıstanlı Nurbek Oralbayla üz-üzə gələcək.
Qeyd edək ki, yığmamız Parisə 5 boksçu ilə yollanıb. Onlardan Alfonso Dominqes (92 kq) 1/4 finala yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]