3148 AİLƏ ÜNVANLI SOSİAL YARDIM ALACAQDIR
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, iyunun 1-dək bununla bağlı 186 min 179 ailə müraciət etmiş, onlardan 36 min 197 ailənin sənədləri qeydiyyata alınmış, 3 min 148 ailəyə yardım təyin olunmuşdur. 1225 ailənin sənədlərində uyğunsuzluq olduğuna görə onlara imtina cavabı verilmişdir.
Əhali ilə aparılan maarifləndirmə işi nəticəsində 18 min 899 nəfər yerli məşğulluq xidmətlərinə müraciət etmiş, onlardan 5 min 822 nəfər müvafiq işlə təmin olunmuş, 256 nəfər peşə təlimi kurslarına göndərilmiş, 358 nəfər isə ictimai işlərə cəlb edilmişdir.