CƏMİYYƏT
Leysan yağışlarla əlaqədar su basmış ərazilərə FHN-in qüvvələri cəlb olunub VİDEO
Bakı, 28 oktyabr, AZƏRTAC
Leysan yağışlarla əlaqədar su basmış ərazilərə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhərində yağan leysan yağışlarla əlaqədar bəzi ünvanlarda subasmanın baş verməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumatlar daxil olub və dərhal nazirliyin qüvvələri ərazilərə cəlb olunub.
Hazırda nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.