Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP29-da aşağı emissiyalı ərzaq sistemlərinə transformasiyada elm və innovasiyanın rolu müzakirə edilib VİDEO

Bakı, 19 noyabr, AZƏRTAC

COP29 iqlim konfransı çərçivəsində “Aşağı emissiyalı və dayanıqlı ərzaq sistemləri üçün elm və innovasiya” mövzusunda yan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, COP29 Sədrliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Beynəlxalq Aqrar Tədqiqatlar üzrə Məsləhət Qrupu (CGIAR) ilə birgə təşkil etdiyi tədbir Ərzaq və Kənd Təsərrüfatı Gününə həsr olunub.

CGIAR-ın icraçı direktoru İsmahane Elouafi çıxışında bildirib ki, bu gün dünya iki qeyri-adi çağırışla üz-üzədir və dünyanın ən təcili iki problemi olan iqlim dəyişikliyi və qida təhlükəsizliyi bir-biri ilə sıx əlaqəlidir. İstixana qazlarının təxminən üçdəbiri kənd təsərrüfatı, meşəçilik və torpaq istifadəsindən yaranır, bu göstərici aşağı və orta gəlirli ölkələrdə təxminən 70 faizə çatır. Dünyanın ərzaq ehtiyatının üçdəbirini təmin edən və dünya təsərrüfatlarının 83 faizini təşkil edən 500 milyon kiçik təsərrüfatçının bir çoxu iqlim dəyişikliyindən xüsusilə əziyyət çəkən bölgələrdə yaşayır, bu da hər gün onların həyatını və dolanışığını təhlükə altına qoyur.

Məruzəçi, həmçinin təmsil etdiyi qurumun dünyanın müxtəlif regionlarında həyata keçirdiyi elmi tədqiqat, tətbiqi təşəbbüslər və innovativ yanaşmalar barədə məlumat verib. Qeyd edilib ki, tətbiqi innovasiyalar metan emissiyalarını 30 faiz azalda bilər, heyvandarlıq istehsalında istixana qazlarının azaldılması üçün yol xəritəsi təqdim edə və daha geniş tətbiq və siyasət inteqrasiyası üçün əsas yarada bilər.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova çıxışında bildirib ki, iqlimdə kəskin dəyişikliklər, temperaturun artması, isti günlərin sayının artması, çaylarda suyun səviyyəsinin azalması, quraqlıq, şoranlaşma, iqlimlə əlaqəli biotik stresin intensivləşməsi kimi problemlər mövcuddur. Quraqlıq, torpaq deqradasiyası və səhralaşma Azərbaycanda da ciddi məsələlərdən biridir.

Bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi institutları da qida və ekoloji balansın təmin edilməsi, müasir yanaşmaların kənd təsərrüfatında tətbiqinə töhfə verməyi diqqət mərkəzində saxlayır. Bu xüsusda elmi və innovativ yanaşmalar vasitəsilə biomüxtəlifliyin, torpaq və su resurslarının bərpası, mühafizəsi və səmərəli istifadəsi üzrə tədqiqatlar, həmçinin elektron məlumat bazası xəritələrinin yaradılması sahəsində görülən işlərdən bəhs edilib, həmçinin avtomatlaşmadan süni intellektə kimi innovativ yeniliklərin kənd təsərrüfatında tətbiqinə toxunulub.

Akademik İ. Hüseynova bildirib ki, beynəlxalq mərkəzlər, elmi-tədqiqat institutları, o cümlədən CGIAR ilə qurulan əlaqələr Azərbaycanda aqrar-ərzaq sistemlərinin tədqiqatlarına böyük təkan verib və bu sahədə daha çox irəliləyiş üçün zəmin yaradıb.

Braziliya Aqrar Tədqiqatlar Cəmiyyətinin prezidenti Silvia Massruha elmi və innovativ yanaşmaların tətbiqində ölkəsinin təcrübəsi barədə danışıb, bitkiçilik, heyvandarlıq və meşəçiliyin inteqrasiyasını əhatə edən dayanıqlı istehsal sistemlərinin inkişafından bəhs edib. Qeyd edilib ki, Braziliya qida təhlükəsizliyi, qidalanma, ekosistem xidmətləri və iqlim dəyişikliyi sahələrində problemlərlə üzləşir və fermerlərin 77 faizi kiçik və ya orta sahibkarlıq subyektləridir. 1996-cı ildən bəri tətbiq olunan dövlət siyasətləri iqlim risklərini azaltmağa və bioiqtisadiyyatı təşviq etməyə, eləcə də iqlimə uyğunlaşma və onun təsirinin azaldılması, rəqəmsallaşma və avtomatlaşdırma, yeni texnologiyalardan istifadə etməklə kənd təsərrüfatının məhsuldarlığını və dayanıqlılığını artırmağa xidmət edir.

Yaponiya kənd təsərrüfatı, meşəçilik və balıqçılıq nazirinin müavini Kubota Osamu ölkəsinin elm və innovasiya vasitəsilə aşağı emissiyalı və davamlı qida sistemləri qurmaq üçün fəal tədbirlər gördüyünü diqqətə çatdırıb. Bildirilib ki, 2021-ci ildə Yaponiyada dayanıqlı qida sistemlərinin yaradılmasına yönəlmiş “Yaşıl Orta Şərq Strategiyası” qəbul edilib və bu strategiyada xüsusilə innovasiyanın sürətləndirilməsinə, həm məhsuldarlığı, həm də dayanıqlılığı artırmağa qadir olan iqlimə uyğun kənd təsərrüfatı texnologiyalarına diqqət yetirilir.

Digər çıxışlarda elmi və innovativ yanaşmaların ərzaq sistemlərinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlığa sadiq qalmağın, bilik paylaşmağa və iqlimə uyğun ağıllı qida sistemlərini təmin edəcək sərmayələri dəstəkləməyin vacibliyi vurğulanıb. Qeyd edilib ki, kollektiv fəaliyyətin, elmi innovasiyaların və strateji əməkdaşlığın aqrar və ərzaq sistemlərinin gələcəyini təmin etmək üçün həll yolları araması vacibdir. Çünki qida istehsalı, emalı, nəqli, ticarəti, saxlanması və istehlakı iqlim dəyişikliyinə qarşı mübarizədə göstərilən səylərin mərkəzində olmalıdır. Bu sahələrdə əhəmiyyətli transformasiya olmadan, dünya nə iqlim, nə də Dayanıqlı İnkişaf Məqsədlərinə nail ola bilməz, çünki kənd təsərrüfatı həm emissiyaların azaldılmasında, həm də dekarbonizasiyada mühüm rol oynayır.

COP29-da aşağı emissiyalı ərzaq sistemlərinə transformasiyada elm və innovasiyanın rolu müzakirə edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibürtəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək?

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb – QRAFİK

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər

Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransında çıxış edib

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərlik görüşü

Pakistanda 9 terrorçu zərərsizləşdirilib

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi VİDEO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO