Ölkə ərazisində yağıntının aprelin 15-dən 16-na keçən gecədən başlayaraq intensivləşəcəyi gözlənilir VİDEO
Bakı, 15 aprel, AZƏRTAC
Ölkə ərazisində fasilələrlə müşahidə olunan yağıntının aprelin 15-dən 16-na keçən gecədən başlayaraq intensivləşəcəyi, əsasən Böyük Qafqaz zonasının bəzi rayonlarında yağıntıların aramsız güclü olacağı gözlənilir. Dağlıq ərazilərdə fasilələrlə intensiv qar yağacağı ehtimalı var.
Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, qərb küləyi əəcək, sürəti saniyədə 15-20 metr olacaq, bəzi rayonlarda arabir 25-30 metrədək güclənəcək.
Əlverişsiz hava şəraiti qərb rayonlarında aprelin 17-si gecəyədək, şərq rayonlarında isə səhərədək davam edəcək.
Ölkənin əksər yerli çaylarında yüksək sululuğun davam edəcəyi, əsasən dağ çaylarından sel və daşqın keçəcəyi gözlənilir.