Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada Ulu Öndər Heydər Əliyevə həsr olunmuş xatirə axşamı keçirilib VİDEO

Moskva, 13 may, AZƏRTAC

Ölkəmizin Rusiyadakı səfirliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş xatirə axşamı keçirilib. Tədbir Azərbaycanın Rusiyadakı səfirliyi və Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.

AZƏRTAC xəbər verir ki, tədbirdə diplomatik nümayəndəliklərin rəhbərləri, Rusiyanın tanınmış ictimai xadimləri, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları və Azərbaycan diasporunun tanınmış nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarına Ümummilli Lider Heydər Əliyevin həyat və dövləti fəaliyyətinə həsr olunmuş fotosərgi, o cümlədən Ulu Öndər haqqında nəşrlər təqdim olunub.

Giriş sözü ilə çıxış edən səfir Rəhman Mustafayev Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna rolundan, müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında böyük xidmətlərindən danışıb.

Diplomat çıxışında Heydər Əliyevlə XX əsrin məşhur tarixi şəxsiyyətləri - Almaniyada Konrad Adenauer, Türkiyədə Mustafa Kamal Atatürk və Fransada Şarl de Qoll arasında paralellər aparıb. O, Heydər Əliyev və Şarl de Qollun taleyini müqayisə edərək vurğulayıb: “Bu iki siyasi fiqurun ortaq cəhətləri çoxdur. Hər ikisi ölkə ağır böhran vəziyyətində olanda hakimiyyətə qayıdıb”. Səfir Azərbaycanın 1993-cü ildə vətəndaş müharibəsi ərəfəsində olduğunu, işğal olunmuş əraziləri, yüz minlərlə qaçqın, hakimiyyətin iflic vəziyyəti və dərin iqtisadi böhranla üzləşdiyi ağır vəziyyətə düşdüyünü xatırladıb. O əlavə edib: “Bu, faktiki olaraq vətəndaş müharibəsi astanasında olan Azərbaycan idi, ərazisinin bir hissəsi işğal olunmuşdu”.

Diplomat rəmzi bir məqama da toxunaraq bildirib ki, o, mayın 9-da Qırmızı meydanda keçirilən Qələbə paradında bir çox azərbaycanlı kimi qürur hissi keçirib: “Azərbaycan Bayrağı ilə bu meydandan təntənəli şəkildə keçən hərbçilərimizi izləyəndə, təbii ki, tamam başqa Azərbaycanı xatırladım...Başa düşdüm ki, Heydər Əliyev olmasaydı, Qırmızı meydandan keçən hərbçilərimizin də bu marşı olmazdı”.

Xarici siyasətdən danışan səfir xüsusi vurğulayıb ki, Heydər Əliyevin Qərb liderlərinin malik olduğu geosiyasi “çətiri” yox idi. “Marşal Planı yox idi. Kənardan nə maliyyə, nə iqtisadi, nə siyasi, nə də geosiyasi dəstək mövcud deyildi. Yəni, bu “çətiri” Heydər Əliyev özü, öz əli ilə yaradıb”, -deyə diplomat qeyd edib. O əlavə edib ki, Ulu Öndərin dövründə həyata keçirilən balans və enerji layihələri strateji tərəfdaşlıq münasibətlərinin əsasını təşkil edib: “Buna görə də, təbii olaraq deyirik ki, bu gün gördüyümüz Azərbaycanın – sabit, nüfuzlu və strateji cəhətdən müstəqil dövlətin əsasını məhz o qoyub”.

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin çıxışında Heydər Əliyevin Sovet İttifaqının və müstəqil Azərbaycanın tarixində müstəsna rolunu vurğulayıb. O deyib: “Heydər Əlirza oğlunun xatirəsi qəlbimizdə yaşayır və bu, bizim ümumi tarixi keçmişimizin parlaq rəmzidir”. Nazir müavini xatırladıb ki, Heydər Əliyev 1982-1986-cı illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi maşınqayırma və ticarətdən tutmuş mədəniyyət və nəqliyyata qədər 12-dən çox nazirliyin işini əlaqələndirib. Onun şəxsi nəzarəti altında əhəmiyyəti bu gün də aktuallığını qoruyan əsas infrastruktur layihəsi olan Baykal-Amur magistral xəttinin tikintisi gedirdi.

İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi kontekstində çıxış edən Rusiya XİN rəhbərinin müavini mayın 9-da Azərbaycan hərbçilərinin Qırmızı meydanda keçirilən paradda iştirakının rəmzi olduğunu qeyd edib: “Bu, qəhrəmanlıq ənənələrinin davamlılığını və əlaqələrimizin müttəfiqlik xarakterini nümayiş etdirən daha bir mühüm xatirə estafetidir”.

Dövlətlərarası Aviasiya Şurasının prezidenti Tatyana Anodina, sənətşünas Zelfira Trequlova, MDBMİ-nin inkişaf üzrə prorektoru, rektorluq aparatının rəhbəri Artyom Malqin, Sosialist Əməyi Qəhrəmanı, BAM-ın işçisi Leonid Kazakov və başqaları xatirələrini bölüşüblər.

Tədbirdə, həmçinin Rusiyanın elmi və dini qurumlarının rəhbərləri adından mesajlar oxunub. Müsəlmanların Ruhani İdarəsi sədrinin birinci müavini Damir Muxetdinov Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri Ravil Qaynutdinin adından müraciəti oxuyub. Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Stepan Kalmıkov Rusiya Elmlər Akademiyasının prezidenti Gennadi Krasnikovun məktubunu təqdim edib.

Xatirə axşamı klassik musiqidən ibarət konsert proqramı ilə davam edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Moskvada Ulu Öndər Heydər Əliyevə həsr olunmuş xatirə axşamı keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mirbek Mambataliyev: Qırğızıstan rəqəmsal yeniliklərə və gənclər mübadiləsinə açıqdır

UNCTAD rəsmisi: Rəqəmsallaşma yaradıcı xidmətlərin beynəlxalq ticarətdə inkişafını sürətləndirir

Azərbaycan transsərhəd ticarətə, rəqəmsallaşmaya, yaşıl keçidə yönəlmiş təşəbbüsləri dəstəkləyir

Azərbaycanda yeni anbarların tikintisi su təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir

Amanuel Elias: Rəqəmsal mühitdə irqçilik və ayrı-seçkiliyin qarşısının alınması vacibdir

Ozodbek Nazarbekov: Süni intellektin inkişafını mədəniyyət sahəsində tərəqqiyə yönəltməliyik

Fransada istehlakçı inamı son 13 ilin ən aşağı səviyyəsinə düşüb

Dunay çayı kanalizasiya suları ilə çirklənib

İraqda İŞİD üzvü olan yeddi Fransa vətəndaşına həbs cəzası verilib

BMT rəsmisi: Azərbaycanın “ASAN xidmət” modeli uğurlu nümunə kimi bir sıra ölkələrdə tətbiq olunur

Asa Regner: Qadınların təşəbbüslərinə mane olan stereotiplərə qarşı mübarizə aparırıq

Şarlott Kurtua: Rəqəmsal texnologiyalar mədəniyyətlərarası dialoqun inkişafı üçün geniş imkanlar yaradır

Hüseyn Hüseynov: Sahibkarlar iqtisadiyyat və mədəniyyətlər arasında mühüm körpü rolunu oynayırlar

Avropa dövlətləri Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi reallıqları qəbul edir - ŞƏRH

Hindistanlı nümayəndə: Bakı forumu beynəlxalq əməkdaşlıq və innovasiyalar üçün mühüm platformadır

Macarıstanlı həvəskar astronom Yerə yaxın yeni asteroid kəşf edib

ICESCO-nun Baş direktoru: Dünyada sülhün təmin edilməsi üçün qlobal hərbi xərclərin yarım faizi kifayətdir VİDEO

ICESCO-nun Baş direktoru: Dünyada sülhün təmin edilməsi üçün qlobal hərbi xərclərin yarım faizi kifayətdir VİDEO

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

S.C.Rzayevin Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Fransa Senatı Korsikaya muxtariyyət verilməsini nəzərdə tutan konstitusiya islahatını rədd edib

M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şarlott Kurtua: Rəqəmsal alətlər tələbələrin biliklərini başqalarına ötürməsinə imkan yaradır

Baş direktor: Azərbaycanda yaradıcı sənayelərin iqtisadiyyatda payı artır

Rəşad Əzizov: Mədəniyyətlərarası Dialoq Forumunun missiyası əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir

FAO və Dünya Bankı: Neft və ərzaq qiymətlərində qlobal təklif şokları inflyasiyaya təzyiqi artırır

Beynəlxalq elmi simpoziumda Azərbaycanın güləş platforması yüksək qiymətləndirilib

Şirvanda beynəlxalq şahmat festivalına yekun vurulub

Fərid Cəfərov: Süni intellektin təsirlərini nəzərə alaraq əməkdaşlıq gücləndirilməlidir VİDEO

Fərid Cəfərov: Süni intellektin təsirlərini nəzərə alaraq əməkdaşlıq gücləndirilməlidir VİDEO

Müşavir: Almaniya iş adamları Azərbaycan ilə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməkdə maraqlıdırlar

Darla Deardorff: Mədəniyyətlərarası səriştə gündəlik həyatımızın bir hissəsi olmalıdır

Azərbaycanda süni intellekt üzrə milli dil modelləri hazırlanır

Migel Anxel Moratinos: Əsas məqsədimiz təşəbbüsləri birgə həyata keçirmək və əməkdaşlığı gücləndirməkdir VİDEO

Migel Anxel Moratinos: Əsas məqsədimiz təşəbbüsləri birgə həyata keçirmək və əməkdaşlığı gücləndirməkdir VİDEO

Nazir müavini: Azərbaycanda 25 mindən çox dövlət qulluqçusunun rəqəmsal bacarıqları artırılacaq

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi “Global Senior Management” proqramı uğurla yekunlaşıb

Yengicə su anbarının tikintisi davam edir

Konqoda Ebola virusuna yoluxanların sayı 10 mini ötüb

VII Dialoq Forumu: Beynəlxalq təşkilatların və nazirlərin xüsusi birgə sessiyası işə başlayıb VİDEO

VII Dialoq Forumu: Beynəlxalq təşkilatların və nazirlərin xüsusi birgə sessiyası işə başlayıb VİDEO

Ekspert: İnklüziv təhsil şagirdin sinifdə olmasından daha geniş məna daşıyır - MÜSAHİBƏ

Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun xatirəsi anılıb

Qazaxıstan yerli dron istehsalını genişləndirəcək

Bakı Kitab Sərgisində yeni nəşr: “Mirzə Qədim İrəvani: Zamanların qovşağında”

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Gələn ildən Şimal Dəniz Marşrutu ilə ilboyu yük daşımalarına başlanması gözlənilir

Sabah bəzi yerlərdə yağış yağacaq

Özbəkistanda xərçəngin erkən aşkarlanmasına 59 milyon dollar vəsait ayrılacaq

Dialoq mövcud problemlərin həlli üçün zəruri olan anlaşma mühiti yaradır ŞƏRH

Rəqəmsal gələcək və süni intellekt: VII Dialoq Forumunda plenar iclas

® “Rabitəbank” “Rabita Junior”un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Xarici diplomatik heyət üzvlərinə qeydiyyat vəsiqəsi veriləcək

Almaniyada avtomobil bir qrup insanın üzərinə sürülüb, xəsarət alanlar var

Gənclər Kitabxanası kitab sərgisi çərçivəsində “Süni intellekt və kitabxana: yeni nəsil təqdimatlar” adlı tədbir təşkil edib

Sudanda PUA hücumları nəticəsində 21 nəfər ölüb, 40-dan çox insan yaralanıb

UNESCO rəsmisi: Davamlı sülh cəmiyyətlərdə qərəzlərin aradan qaldırılmasından və uşaqların təhsilindən başlayır

Oktyabr Hörmüzdə ticarət gəmilərinə hücumların sayına görə son 9 ildə ən çətin dövr olub

“Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik

Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir – ŞƏRH

Baş katib: Azərbaycan “Bakı Prosesi” vasitəsilə ölkələri və mədəniyyətləri bir araya gətirir

Adambaşına maliyyələşmə mexanizmi təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər - ekspert

Gecə saatlarında əməliyyat – “zərərçəkənlər” xilas olundu VİDEO

Gecə saatlarında əməliyyat – “zərərçəkənlər” xilas olundu VİDEO

Hidayət Heydərov çəki dərəcəsini dəyişməyəcək

Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib

Sudan hökuməti ölkədə aclıq təhlükəsi barədə xəbərdarlıqlara münasibət bildirib

Komitə rəsmisi: Üç rayonda yeni Ailə Mərkəzinin yaradılması istiqamətində işlər aparılır

Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Hörmüz böhranı istehlakçılara əlavə 468 milyard dollara başa gəlib

Şərurda 14 min tonluq 32 soyuducu anbar tam dolub – itkisiz tədarük VİDEO

Şərurda 14 min tonluq 32 soyuducu anbar tam dolub – itkisiz tədarük VİDEO

Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb

ICESCO-nun Baş direktoru: “Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb

BMT rəsmisi: Dini və mədəni obyektlərin qorunması dinc birgəyaşayış üçün böyük əhəmiyyət daşıyır

Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib

Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislər hazırlanacaq

Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq

Bağçalarda yeni inkişafetdirici layihə: “Yaradaq, quraq!”

Bankların kredit portfeli 33,7 milyard manata çatır

Sentyabrda bankların cəmi aktivləri 1,8 faiz artıb

Saçını düzləşdirən qadın xəstəxanalıq olub

Qazaxda kişi meyiti tapılıb

Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib

Mütəxəssis: Sosial dəstək ailələrin problemləri müstəqil həll etmək bacarıqlarını gücləndirir

Borcluların qiymətli kağızlarına tələbin yönəldilməsi qaydası dəyişir

Vətən müharibəsi şəhidi Ruslan Binnətovun ailəsi ziyarət edilib

Bankomat və POS-terminalların sayı azalıb

ADAU-da tələbələrin I Beynəlxalq mədəniyyət festivalından FOTOLAR VİDEO

ADAU-da tələbələrin I Beynəlxalq mədəniyyət festivalından FOTOLAR VİDEO

Misir Prezidenti rusiyalı həmkarı ilə ticarət və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək

Bank sektorunun xarici öhdəlikləri azalıb

“Gəncə” basketbol klubunun yeni baş məşqçisi bəlli olub

İki dahi sənətkarın ortaq ədəbi-fəlsəfi irsi bir arada: yeni elmi toplu çap olunub

Naxçıvanda “mygov” platforması üzərindən vətəndaşların birbaşa müraciət imkanı təmin edilib

Rusiyanın Bryansk vilayətinə dron hücumu nəticəsində ölən və yaralananlar var

Təhlükəli malların bazardan geri çağırılması və məhv edilməsi qaydaları müəyyənləşir

Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür

Fiziki şəxslərin əmanətlərinin 71,4 faizi milli valyutadadır

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Tatev məbədi

İƏT-in Baş katibi: Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib

Azərbaycan-Almaniya Biznes Şurasının təsis iclası keçiriləcək

Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq VİDEO

Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq VİDEO

Bakıda 48,7 kilometrlik yenilənmə: 95 küçə və prospektdə təmir yekunlaşıb

Sentyabrda kartlar vasitəsilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi açıqlanıb