Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nepal sammiti: Azərbaycan iqlim dəyişmələri üzrə tədbirlərin beynəlxalq gündəlikdə yüksək səviyyəsinin təmin edilməsində öz roluna sadiqdir VİDEO

Bakı, 16 may, AZƏRTAC

Maliyyə sahəsində fəaliyyəti təmin etmək COP29 Sədrliyinin diqqət mərkəzində idi. Azərbaycan dağ icmaları üçün vəsait toplamaq məqsədilə maraqlı tərəfləri bir araya gətirir. Ölkəmiz, həmçinin Asiya İnkişaf Bankını, Yaşıl İqlim Fondunu, hökumətləri, inkişaf tərəfdaşlarını və özəl sektoru “Glacier to Farm” (“Buzlaqlardan fermalara”) - G2F təşəbbüsünü başlatmağa dəvət edib. Layihə buzlaqların və kövrək dağlıq bölgələrin əriməsi ilə təhlükə altında olan su ehtiyatlarına, kənd təsərrüfatına və icmalara investisiya üçün 3,5 milyard dollara qədər vəsait səfərbər edəcək.

AZƏRTAC xəbər verir ki, bunu Katmanduda keçirilən “Saqarmatha Sambaad” beynəlxalq iqlim sammitində Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəhbəri Muxtar Babayev deyib.

İtki və Zərər Fondunun COP29-da fəaliyyətə başladığını qeyd edən M.Babayev bildirib ki, hazırda Fondun ofisi, bank hesabı, işçi heyəti olan və layihələri təsdiqləməyə başlayan icraçı direktoru var. O əlavə edib: “Bu, buzlaqların əriməsinin geri dönməz təsirləri ilə üzləşən icmalara dəstək olmaq üçün mühüm resurs olacaq. Lakin biz bilirdik ki, COP29-un əsas yeni məqsədi gələcək on il ərzində inkişaf etməkdə olan ölkələri dəstəkləməkdə daha da irəli getmək idi. Bu, heç vaxt asan olmayacaq. Biz BMT-də heç vaxt qarşımıza belə məqsəd qoymamışıq. Biz struktur, töhfə verənlər və kəmiyyət kimi bir-biri ilə əlaqəli məsələlərdə fərqləri aradan qaldırmalı olduq. Həmçinin qlobal maliyyə arxitekturasını dəyişməyə kömək edəcək güclü, keyfiyyətli elementlərə açıq ehtiyac olduğunu gördük. Bunlar çətin danışıqlar idi. Nepaldakı Sagarmatha Milli Parkına qalxan hər kəsin bildiyi kimi, külək ən güclü dağın başında əsir. Son mərhələlərə daxil olduqca, işimiz çətinləşəcək. Ancaq məqsədimizə çatmaqda qərarlı idik. Ən son anda biz 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün ildə ən azı 300 milyard dollar səfərbər etmək vədi ilə əvvəlki hədəfi üç dəfə artıraraq Bakı Maliyyə Hədəfi ilə bağlı razılığa gəldik. Bu, milyardları trilyonlara çevirən BMT prosesində indiyə qədər qarşıya qoyulmuş ən böyük maliyyə hədəfidir. Eyni zamanda, bu, maliyyə bazarlarına güclü siqnal göndərəcək və uzunmüddətli planlaşdırma üçün daha çox əminlik təmin edəcək. Bu, kollektiv fəaliyyət üçün inam və impuls yaratmağa kömək edəcək və meyar müəyyənləşdirəcək. Lakin ən əsası, fəaliyyəti maliyyələşdirəcək, daha təmiz enerji layihələri üçün maliyyəni kataliz edəcək və iqlim dəyişikliyinin dağlıq bölgələrə ən pis təsirlərinin qarşısını almaq üçün emissiyaları azaldacaq. Bu, dövlət vəsaitlərini iqlimə davamlı infrastruktur üçün səfərbər edəcək və geri dönməz itki və ziyanla üzləşmiş icmalara dəstək verəcək”.

COP29 Sədrliyinin mümkün olan ən yüksək ambisiyada israr etdiyini qeyd edən xüsusi nümayəndə bildirib: “Biz realist idik və nəzərə aldıq ki, dövlət sektoru inkişaf etməkdə olan dünyanın bütün ehtiyaclarını ödəyə bilməyəcək. Bütün aktorları addım atmağa çağırdıq və ölkələr Azərbaycan və Braziliyanın COP sədrliklərinə tapşırıq verdilər ki, biz 1,3 trilyon dollar hədəfinə çatmaq üçün Bakıdan Belemə yol xəritəsi hazırlamalıyıq.

COP29 Sədrliyi donorların öz öhdəliklərini yerinə yetirməsini təmin etmək üçün fəal işləməyə davam edəcək. Biz hökumətləri Bakıda vəd etdikləri 300 milyard dolları toplamağı təmin etmək üçün hesabat təqdim etməyə çağırırıq. Bu, 2019-cu il səviyyələri ilə müqayisədə cari ilin sonuna uyğunlaşma maliyyələşdirilməsini iki dəfə çoxaltmaq və 2030-cu ilə qədər BMT-nin rəsmi iqlim fondlarından xaricə axını üç dəfə artırmaq deməkdir. Məsələn, bu, COP29 çərçivəsində “Buzlaqlardan fermalara” (G2F) təşəbbüsünü dəstəkləyən Yaşıl İqlim Fondu üçün daha çox resursları əhatə edir”.

Bu ilin Milli İqlim Planlarının ambisiyalarının artırılması üçün həlledici olduğunu xatırladan M.Babayev bildirib ki, Milli Müəyyən Edilmiş Töhfələr (NDC) kimi tanınan emissiyaların azaldılması planlarının təqdim edilməsi zəruridir. O əlavə edib: “COP29-un Su və İqlim üzrə Bəyannaməsində biz hər kəsi suyu bu planlara və iqlim siyasətlərinə inteqrasiya etməyə çağırırıq. İnkişaf etməkdə olan ölkə kimi, Azərbaycan bu cür planların hazırlanmasının nə qədər çətin ola biləcəyini başa düşür. Azərbaycan BMT-nin Baş katibi və bütün BMT sistemi ilə birlikdə çalışır ki, dəstəyin ehtiyacı olan hər kəs üçün əlçatan olmasını təmin etsin. Ümid edirik ki, ölkələr bundan yararlanacaq. Biz, həmçinin bu planların hazırlanmasının faydalarını hər kəsə xatırlatmaq istəyirik. Çünki onlar yaşıl investisiyalar üçün yaşıl işıq ola bilər. Hədəflərin və son tarixlərin müəyyən edilməsi, sektorların və sənayelərin prioritetləşdirilməsi və hökumətin fəaliyyətə sadiqliyinin nümayiş etdirilməsi güclü siqnallar göndərəcək. Onlar həm beynəlxalq donorlardan, həm də özəl sektordan sərmayələri cəlb edəcək və həmin fəaliyyətlərə yönəldəcək, habelə Bakıda vəd edilən ildə 300 milyard dollardan necə istifadə edə biləcəyimizə dair faydalı yol xəritəsi təqdim edəcək”.

O vurğulayıb: “Diqqəti yayındıran və rəqabətli prioritetlərlə dolu bir dünyada konsentrasiyanı və impulsu qoruyub saxlamalıyıq. Azərbaycan iqlimlə bağlı fəaliyyətində beynəlxalq gündəmdə yüksək səviyyənin təmin edilməsində öz roluna sadiqdir. İqlim mövzusuna sadiq olan bir çox xadimdən ümidverici əlamətlər gördük. Amma biz digərləri arasında iqlimə diqqətin azaldığını da gördük və buna görə də işimizi davam etdirməliyik. BMT Baş Assambleyası maarifləndirmə səviyyəsinin artırılması məqsədilə 2025-ci ili Beynəlxalq Buzlaqların Mühafizəsi İli elan edib.

Nepal hökumətinə bugünkü görüşə ev sahibliyi etdiyinə və bu missiyaya verdiyi töhfəyə görə dərin minnətdarlığımızı bildiririk. Bu səylər bizə xidmət etməli olduğumuz və ətraf mühiti qorumalı olan bütün icmaları xatırladır. Biz hamını Bakıda COP29-a toplayanda, onları həmrəylik şüarı altında hərəkət etməyə çağırdıq. Başa düşdük ki, iqlim dəyişikliyi hamıya təsir edir. Heç bir ölkə özünü onun nəticələrindən qoruya bilməz və bu məsələdə hər kəs məsuliyyət daşıyır.

Biz dağ icmalarında yaşayan yüz milyonlarla sakin və orada baş verənlərdən təsirlənən milyardlarla insan haqqında düşünməliyik. Bir daha yaşıl dünya naminə həmrəylik naminə irəliləməliyik”, - deyə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi çıxışını yekunlaşdırıb.

Nepal sammiti: Azərbaycan iqlim dəyişmələri üzrə tədbirlərin beynəlxalq gündəlikdə yüksək səviyyəsinin təmin edilməsində öz roluna sadiqdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır

“Əbədi yaşayanlar” - Marneulidə şəhidlərin xatirəsi anılıb

Naxçıvan şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər

Yaponiyada yağışlarla əlaqədar 740 mindən çox sakinə təxliyə olunmaları tövsiyə edilib

Avropa mətbuatı Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna geniş yer ayırıb