Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hanoyda Vyetnam-Azərbaycan biznes-forumu keçirilib – YENİLƏNİB VIDEO

Hanoy, 16 iyul, AZƏRTAC

Hanoyda Vyetnam-Azərbaycan iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası ərəfəsində Vyetnam-Azərbaycan birinci biznes şurası və biznes-forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, biznes şurası və forumun açılışında Vyetnam Sosialist Respublikasının sənaye və ticarət nazirinin müavini Nquyen Hoanq Lonq və Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış ediblər.

Vyetnamın sənaye və ticarət nazirinin müavini Nquyen Hoanq Lonq deyib ki, Azərbaycan Qafqaz regionunda Vyetnamın ilk strateji tərəfdaşıdır. Bu da ölkələrimiz arasında dərin siyasi etimadı və əməkdaşlıq üçün geniş potensialı əks etdirir. Vyetnamın Sənaye və Ticarət Nazirliyi və müvafiq qurumlar Azərbaycanla sıx əməkdaşlıq etməyə, şirkətlərə şərait yaratmağa hazırdırlar.

Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, yarım əsrdən artıq tarixi olan Azərbaycan-Vyetnam dostluğu, eləcə də bu ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri zamanı qəbul olunmuş Birgə Bəyanatla strateji səviyyəyə yüksəlmiş münasibətlərimiz güclü iqtisadi tərəfdaşlıq üçün möhkəm baza təşkil edir. Bu əsas üzərində qarşılıqlı faydalı tərəfdaşlığın yeni mərhələyə yüksəldilməsi, ticarət dövriyyəsinin, investisiya axınlarının artırılması və iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün biznes şurası və forumu əhəmiyyətli platformalardır.

Azərbaycan iqtisadiyyatının şaxələndirmə mərhələsinə qədəm qoyduğu, xarici investorlar üçün rəqabətədavamlı və sabit mühit formalaşdırıldığı vurğulanaraq qeyd edilib ki, son 20 ildə ölkə iqtisadiyyatına qoyulmuş təqribən 350 milyard dollar məbləğində sərmayənin yarıdan çoxunun xarici investisiya olması bu etimadın bariz göstəricisidir. Bildirilib ki, sənaye parkları, azad iqtisadi zonalar, inkişaf etmiş nəqliyyat və logistika infrastrukturu, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və Şərq-Qərb, Şimal-Cənub nəqliyyat marşrutlarının Azərbaycan üzərindən keçməsi ölkəmizi geniş coğrafiyada strateji iqtisadi qovşağa və mühüm regional mərkəzə çevirib. Eyni zamanda, Azərbaycanın bir çox ölkələrin enerji təhlükəsizliyindəki rolu hazırda zəngin bərpaolunan enerji potensialı və yaşıl enerji dəhlizləri vasitəsilə daha da genişlənir.

“Vyetnam şirkətləri üçün Azərbaycan yalnız 10 milyonluq daxili bazar deyil, həmçinin Qafqaz, Mərkəzi Asiya və Avropa regionlarına çıxış üçün strateji qapıdır. Eyni zamanda, Azərbaycan şirkətləri üçün Vyetnam sürətlə inkişaf edən, innovasiyalara açıq və strateji əhəmiyyət kəsb edən Asiya bazarıdır. Sahibkarları Azərbaycan və Vyetnamda investisiya mühiti, iqtisadi zonalar, sənaye parkları, yüksək texnologiyalar, kənd təsərrüfatı, karbohidrogenlər və bərpaolunan enerji sahələrində informasiya mübadiləsinə qoşulmağa; qarşılıqlı biznes missiyaları təşkil etməyə; mövcud imkanlardan faydalanmağa; birgə müəssisələr yaratmağa və konkret layihələrə sərmayə yatırmağa dəvət edirik”, - deyə nazir Pərviz Şahbazov vurğulayıb.

Daha sonra iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Vyetnamın sənaye və ticarət nazirinin müavini Nquyen Hoanq Lonq, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, AZPROMO-nun rəhbəri Yusif Abdullayev və başqaları çıxış ediblər.

Tədbir çərçivəsində VINEN və AZPROMO, “Phong Phu Corporation” və “GP Cotton Holdings”, “Tuong Vu JSC. CO” və “Fresh – Meat”, “ANC Group” MMC və “7 Center”, həmçinin Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “ROX Group” SC arasında əməkdaşlıq sənədləri imzalanıb. BOEMDA ilə “ROX Group” SC arasında imzalanmış bərpaolunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu batareya saxlama sistemləri, şəbəkədən kənar və şəbəkəyə qoşulan günəş enerjisi sistemləri, quruda və dənizdə külək enerjisi, hidrogen və ammonyak istehsalı sahəsində əməkdaşlığı nəzərdə tutur.

Biznes şurası və forum İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Vyetnam Milli Sahibkarlıq Assosiasiyası (VINEN) və hər iki ölkənin şirkətlərinin iştirakı ilə panel müzakirələri və B2B görüşləri ilə davam edib.

13:05

Vyetnamın paytaxtı Hanoyda Vyetnam-Azərbaycan biznes-forumu və Vyetnam-Azərbaycan biznes şurasının ilk iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası çərçivəsində keçirilən tədbirlərdə hər iki ölkədən dövlət rəsmiləri, müxtəlif sahələri təmsil edən iş adamları iştirak edir.

Tədbirin açılış mərasimində Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfdən həmsədri, energetika naziri Pərviz Şahbazov, iqtisadiyyat nazirinin 1-ci müavini Elnur Əliyev, Vyetnamın sənaye və ticarət nazirinin müavini Nquyen Hoanq Lonq, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və başqaları iştirak edirlər. Tədbir çərçivəsində panel müzakirələr, şirkətlərin təqdimatı, iş adamları arasında ikitərəfli görüşlər, əməkdaşlıq sənədlərinin imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan-Vyetnam biznes şurası Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın may ayında Azərbaycana olan səfəri zamanı KOBİA ilə Vyetnam Milli Sahibkarlıq Assosiasiyası (VINEN) arasında imzalanmış Anlaşma Memorandumuna əsasən yaradılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Hanoy

Hanoyda Vyetnam-Azərbaycan biznes-forumu keçirilib – YENİLƏNİB VIDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Vikinq”-“Sabah” oyununun hakimləri müəyyənləşib

Ağciyər damarlarındakı laxtanın çıxarılması ölüm riskini azalda bilər - Yeni araşdırma

Bəxtiyar Nəcəfov: “İrəvan qazılığının tarixi” kitabı bölgənin dini və ictimai həyatında qazılığın rolunu əks etdirir

AZCON və “Samruk-Kazyna” strateji əməkdaşlığı genişləndirir

Qaz və elektrik enerjisinin qiymətindəki artım “Azəristiliktəchizat”ın xərclərinə təsir göstərirmi?

Fransada inflyasiya 2024-cü ilin yanvarından bəri ən yüksək göstəriciyə çatıb

Əziz Ələkbərli: “İrəvan qazılığı” kitabının nəşri Qərbi Azərbaycana qayıdış yolunda mühüm töhfədir

Futbol tarixində bu gün: Ronaldu “Real Madrid”də 100-cü qolunu vurub

Bu ilin üçüncü rübündə SOCAR 21 min metrdən çox qazma işləri həyata keçirib

Alimlər Gəncədə Nizami Gəncəvi irsinin aktual problemlərini araşdırıblar

Avropada dərinləşən sosial-siyasi problemlər hökumətlərin idarəetmə qabiliyyətini sual altına qoyur – ŞƏRH

Tədrisdə yeni yanaşmalar: MDU-da akademik heyət üçün təlimlər təşkil edilib

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Hər il Azərbaycanda 12-15 kilometr istilik xəttin dəyişdirilməsini planlaşdırılır

Dövlət sərhədində aşkarlanan pilotsuz uçuş aparatları zərərsizləşdirilib

Rayan Kompans: Bakı memarlığında köhnə ilə yeninin vəhdəti xüsusi maraq doğurur

Qazaxıstanda ekstremist qrup yaratmaqda şübhəli bilinən on nəfər saxlanılıb

Qırğızıstan kömür ixracını məhdudlaşdırmaq niyyətindədir

Vətən Müharibəsi Qəhrəmanı liseydə şagirdlərin suallarını cavablandıracaq

Ağdam Sənaye Parkından dünya bazarına doğru

Samuxda vətəndaşların müraciətləri dinləniləcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz – İrəvanda Xan sarayı

“Bitcoin” kiberhücumdan sonra gözlənilməz dayanıqlılıq göstərir - qiymət 78 min dollara yüksəlib

“StatCounter”: Azərbaycanda “Android”in liderliyi davam edir, amma iOS-un payı da artır

ABF rəsmisi: Avrokuboklarda ən şanslı komandamız “Sabah”dır

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi VİDEO

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi VİDEO

Daşkənddə 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Diplomatik danışıqlara ümidlər fonunda neft ucuzlaşıb

Pakistanlı ekspert etirazlar fonunda Parisin fiaskosunun səbəblərini açıqlayıb – ŞƏRH

Bu il məcburi köçkün şəhərciklərində istilik xidmətinə ödəniş 50 faiz olub - EKSKLÜZİV

İqtisadçı Mark Tuati Fransanın iqtisadiyyatı ilə bağlı xəbərdarlıq edir: Ölkə uçuruma doğru gedir

“Xilasedici” klubunun meneceri: “Sportinq”lə oyunda favoritik

Arxeologiya və Antropologiya İnstitutu İtaliya fondu ilə əməkdaşlığı genişləndirir

Azərbaycançılıq milli birliyimizin və müstəqil dövlətçiliyimizin ideoloji dayağıdır - akademik Teymur Kərimli

Beynəlxalq Muğam Mərkəzində Zəfər sədası

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 2 noyabr

Cənubi Koreya süni intellekt və yarımkeçiricilər sahələrinə investisiyaları ikiqat artıracaq

Neyroşəbəkələrin yetərsizliyi işəgötürənləri AI səbəbindən ixtisarlardan sonra işçiləri geri qaytarmağa məcbur edir

Cənubi Koreyada Azərbaycanın zəngin mədəni irsi tanıdılıb

Sözün kökündən ruhuna ucalan ziyalı – professor Mahirə Hüseynova

"Azəristiliktəchizat”ın əvvəlki illərdə yaranan borcu ilə bağlı 3 qurumla birgə təkliflər hazırlanır – EKSKLÜZİV

Ötən ay zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıblar

ADAU-da aqrar sığorta ekspertləri üçün keçirilən təlim proqramı yekunlaşıb

ABŞ-də aralıq seçkiləri ərəfəsində keçirilən sorğuların nəticələri açıqlanıb

UNEC-də 637 əməkdaşın peşəkar inkişafına yönələn geniş təlim proqramı başlayıb

Makronun yanlış iqtisadi və xarici siyasəti Fransada sosial narazılığı dərinləşdirib - ŞƏRH

Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“İrəvan qazılığının tarixi” kitabı Qərbi Azərbaycana qayıdış konsepsiyasına mühüm töhfədir

İlham Mirzəliyev: Bu il istilik təchizatı ilə bağlı icra olunan layihələrin ümumi dəyəri 3,6 milyon manatdır – EKSKLÜZİV

Döyüş meydanından sahibkarlığa: Qusarda gənc müharibə iştirakçısının yeni həyat yolu

Media və Yayım Şurası Prezidentin adından yayılan xəbərlərdə rəsmi mənbələrə istinad etməyə çağırıb

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək

Qarabağda beynəlxalq elmi əməkdaşlıq platforması: “Zəfər” konfransı

İsrail Müdafiə Qüvvələri Qəzzada HƏMAS-ın iki komandirinin öldürüldüyünü açıqlayıb

Fransada etirazlar: noyabrın 3-ü “qara gün” elan edilib

Fransa siyasi və iqtisadi böhran şəraitində: Makronun səhvləri və prezident qərarlarının nəticələri – TƏHLİL

Azərbaycan millisi Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır

“Azəristiliktəchizat” ASC-nin sədri : Payız-qış istilik mövsümünə hazırlıq işləri noyabrın ilk həftəsi tam başa çatdırılacaq – EKSKLÜZİV MÜSAHİBƏ

Kimi Antonelli “Formula 1”də rekorda imza atıb

® Mərkəzi Gömrük Hospitalında klinik qidalanmaya dair seminar təşkil olunub

Azərbaycanın 40 şahmatçısı Avropa çempionatında mübarizə aparacaq

İsa Həbibbəyli: “İrəvan Qazılığının tarixi” kitabı azərbaycançılıq ideologiyasına mühüm töhfədir

Noyabrda səmada möhtəşəm təbiət hadisəsi: Leonid meteor yağışı olacaq

BŞTİ müəllimlərin işə qəbulunu elan edir

Oman Çinlə ticarət və investisiya sahəsində güzəştli saziş imzalamağı təklif edib

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət alan vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

Ori Gerşt: “Nar” filmində dağıntı anı yeni kompozisiyanın başlanğıcına çevrilir

Qarabağın faydalı və dərman bitkilərinin etnobotaniki xüsusiyyətləri araşdırılıb

Avstraliyalıların 60 faizi çiy balıq yeyir: mütəxəssislər xəbərdarlıq edir

Türkiyəli mütəxəssis: Azərbaycan basketbolu yaxşı günlərə doğru irəliləyir

Fransa Əlcəzairdə nüvə tullantılarının basdırıldığı ərazilərə dair xəritələri təqdim etməməkdə ittiham olunur

Azərbaycanın İƏT çərçivəsindəki fəal rolu ölkənin xarici siyasətinin əsas prioritetlərindən irəli gəlir - ŞƏRH

Manal Al-Dovayan: Biz “zikra” konsepsiyasını yaddaş, xatirələr və unutqanlıq ilə bağlı düşüncələr əsasında yaratmışıq

Paytaxtda 1 saatda 1000-ə yaxın piyadanın istifadə etdiyi keçiddə işıqforlar quraşdırılıb VİDEO

Paytaxtda 1 saatda 1000-ə yaxın piyadanın istifadə etdiyi keçiddə işıqforlar quraşdırılıb VİDEO

Həftəsonu 75 cinayətin açılması təmin olunub

Ümummilli Liderin zəngin irsini əks etdirən çoxcildliyin növbəti kitabı işıq üzü görüb

Bakı Avropa Liseyinin “Yaşıl dalğa” aksiyası: şagirdlər endemik bitkilərin tinglərini əkiblər

“Azəristiliktəchizat”ın sədri: Qonşularını istilikdən məhrum edən şəxs məsuliyyət daşıyır - EKSKLÜZİV

Şeyxülislam: İrəvan qazılığının bərpası tarixi zərurət idi

Fransa və Almaniyada yaşananlar göstərir ki, Avropa çox ciddi şəkildə yeni siyasi reallıqlarla üz-üzədir - ŞƏRH

Bakı məktəbliləri tarixi yaddaş, Zəfər və mədəni irs mövzularında maarifləndirilir

Mis 3 həftəlik ucuzlaşmadan sonra yenidən bahalaşıb

Sloveniyalı basketbolçu NBA tarixində ilkə imza atıb

Bəzi mənzillərdə istilik təchizatının keyfiyyətinə təsir edən əsas amillər açıqlanıb - EKSKLÜZİV

Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

Qızıl son bir ilin minimum qiymətindən sonra yenidən bahalaşıb

İzabel Tamen: BIAF kimi festivallar böyük əhəmiyyətə malikdir

Nizami Gəncəvi və bəşəri dəyərlər: Mədəniyyətlərarası dialoq və ortaq irs – Gəncədə simpozium

Azərbaycançılıq milli birliyimizin və dövlətçiliyimizin əsas ideoloji dayağıdır - ŞƏRH

“Goldman Sachs” neft qiymətləri ilə bağlı proqnozunu artırıb

Azərbaycanda istilik verilən rayon və şəhərlərin sayı artırılıb – EKSKLÜZİV

Çində Azərbaycan ədəbi dilinin ilk balanslaşdırılmış korpusu istifadəyə verilib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycan Premyer Liqasında X tura yekun vurulur

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

MMU ilə ABŞ-nin hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir

Hindistanda “Murasu” siklonu ilə əlaqədar 30 min nəfərin təxliyəsi planlaşdırılır

FHN: Ötən həftə ərzində 143 yanğına çıxış olub, 2 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 143 yanğına çıxış olub, 2 nəfərin meyiti təhvil verilib VİDEO