Qaxda avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb VİDEO
Qax, 8 avqust, AZƏRTAC
Şəki-Qax avtomobil yolunun Qax rayonunun Əmbərçay kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan "Ford" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində Qax sakinləri olan sərnişinlər - 38 yaşlı Səmayə Şıxəliyeva və 41 yaşlı Elçin Məmmədov xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma başlanılıb.