Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin sakinlərinə mənzillərin açarlarını təqdim edib YENİLƏNİB VİDEO

Cəbrayıl, 28 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşüb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı kəndə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib.

Sakinləri salamlayan Prezident İlham Əliyev dedi: Salam, xoş gəlmisiniz.

Qadın sakin: Salam, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Salaməleyküm.

Kişi sakin: Sizinlə fəxr edirik, cənab Prezident.

Prezident İlham Əliyev: Salam, salaməleyküm.

Qadın sakin: Fəxr edirik, həmişə fəxrimizsən.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Dövlətimizin başından əskik olmayasınız.

Prezident İlham Əliyev: Çox sağ olun, xoş gördük. Salam, qızım. Xoş gəlmisiniz doğma vətəninizə.

Qadın sakin: Siz də xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Salaməleyküm. Əziz horovlulular, sizi ürəkdən salamlayıram. Bu gün Horovlu kəndinin tarixində çox əlamətdar, unudulmaz, tarixi bir gündür. Kəndin sakinləri öz doğma torpağına qayıdırlar. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, burada xoşbəxt yaşayın.

Sakinlər: Sağ olun, çox sağ olun.

Prezident İlham Əliyev: Dövlət sizin üçün bütün şəraiti yaradıb. İndi Horovlu kəndi göz oxşayır. Çox gözəl binalar, məktəb, uşaq bağçası, tibb məntəqəsi və iş yerləri yaradılır. Evlərin sayı 334-dür və burada birinci mərhələdə 1400 insan məskunlaşacaq. Məndə olan məlumata görə, işğala qədər Horovlu kəndində 1500 adam yaşayırdı. İndi təbii ki, ailələr böyüyüb və horovluluların sayı 2 mindən bir qədər çoxdur. İkinci mərhələdə digər vətəndaşlar üçün də evlər tikiləcək. Ancaq hesab edirəm ki, birinci mərhələdə görülən bu işlər təqdirəlayiqdir. Burada rahat, xoşbəxt həyat sürmək üçün bütün imkanlar var.

Horovlu kəndi Vətən müharibəsinin ilk həftəsində erməni işğalından azad edilmişdir və əslində, bizim Zəfər yürüşümüz bu bölgələrdən başlamışdır. Cəbrayıl, Füzuli istiqamətində irəli gedən bizim əsgər və zabitlərimiz düşmənin bir neçə müdafiə xəttini yara bilmiş, beləliklə, gələcək Zəfər yürüşümüzü şərtləndirmişlər. Allah şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim bizim qəlbimizdə yaşayır, yaşayacaq.

Düz beş il bundan əvvəl bu ərazi işğaldan azad edildi və bu şanlı tarix hər zaman bizim qəlbimizdə yaşayacaq. Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. 8 Noyabr - Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb.

Azərbaycan xalqı mərd xalqdır, qəhrəman xalqdır, iradəli xalqdır, öz torpağına bağlı olan xalqdır. Biz sübut etdik ki, işğalla barışmaq fikrində deyildik, halbuki bunu dəfələrlə bəyan etmişdik. Döyüş meydanında 300-dən çox şəhər, qəsəbə, kənd azad edildi və Ermənistan kapitulyasiya aktına imza ataraq təslim olmağa məcbur oldu.

O gündən bu yana quruculuq işləri ilə məşğuluq. Bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır. Artıq 50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda yaşayır, çalışır, təhsil alır. Onlardan təqribən 20 mini keçmiş köçkünlərdir ki, öz vətəninə, doğma torpağına qayıdıblar. Qalanlar isə müxtəlif işlərdə işləyən vətəndaşlardır.

“Böyük Qayıdış”ın əyani sübutu bu gün gözünüzün önündədir. Belə gözəl şərait yaratmaqla Azərbaycan dövləti bir daha öz siyasətini göstərir. İşğal dövründə ovaxtkı köçkünlərlə çoxsaylı görüşlərimdə mən demişdim ki, torpaqlar işğaldan azad olunandan sonra şəhərlərimiz, kəndlərimiz yenidən qurulacaq, əvvəlkindən daha gözəl olacaq. Bugünkü gün bu sözlərin əyani sübutudur. Bu gün sizin həyatınızda yeni dövr başlayır. Siz uzun illər - 30 il ərzində ağır şəraitdə köçkün, qaçqın həyatını yaşamısınız, mənəvi əzablar çəkmisiniz. Xüsusilə işğalın ilk mərhələsində köçkünlərin mütləq əksəriyyəti çadır şəhərciklərində yerləşmişdir. Ona görə bugünkü reallıq, bugünkü gün, o cümlədən ədalətin təntənəsidir. Ədalətə inanmaq və onu təmin etmək lazımdır. Bax, bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib. Bu torpaqların sahibləri bizik. Düşməni öz torpaqlarımızdan qovmuşuq və bu gün gözəl həyat qururuq. Sizi bu münasibətlə ürəkdən təbrik edirəm, sizə xoşbəxtlik, cansağlığı arzulayıram.

Sakinlər: Çox sağ olun, sizin sayənizdədir. Allah canınızı sağ eləsin.

Prezident İlham Əliyev: Sağ olun.

Sakinlər: Sizin sayənizdədir, Allah Sizi Azərbaycan xalqının başı üstündən əskik etməsin.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Sizin sayənizdə biz indi çox gözəl günlərə çıxmışıq. Allah şəhidlərimizə rəhmət eləsin. Allah balalarımızı...

Prezident İlham Əliyev: Sağ olun.

Kişi sakin: Cənab Prezident, Sizinlə fəxr edirik. Əbədi Prezidentimiz olasınız.

Qadın sakin: Allah Sizə cansağlığı versin. Həmişə xalqımızın başı üzərində, həmişə əziz olasınız.

Prezident İlham Əliyev: Çox sağ olun. İşğal dövründə harada yaşamısınız?

Qadın sakin: Bakıda. Cənab Prezident, Sizin sayənizdə orada, burada...

Prezident İlham Əliyev: Şəraitiniz necə idi?

Qadın sakin: Çox əla, Sizin sayənizdə hər bir yerdə bizim şəraitimiz yaxşıdır. Allah Sizə cansağlığı versin. Mehriban xanıma da buradan səmimi salamlarımızı, çox-çox istəklərimizi bildiririk.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Dövlətimizin başından əskik olmayasınız. Sizin sayənizdə Azərbaycanımız gündən-günə gözəlləşəcək. Allah var eləsin Sizi.

Prezident İlham Əliyev: İnşallah. Gənclər də həvəslə qayıdıblar da hər halda.

Qadın sakin: Çox, çox həvəslə. Sevincimizin həddi-hüdudu yoxdur, cənab Prezident, həqiqətən.

Digər qadın sakin: Bu, şəhid xanımıdır, iki övladı var. Əlbəttə, bugünkü günü biz həvəslə gözləyirdik.

Prezident İlham Əliyev: Allah şəhidlərimizə rəhmət eləsin.

Sakinlər: Amin.

Qadın sakin: Bütün şəhidlərimizin məqamı uca olsun. Çox sevincli bir günümüzdür. Allah Sizləri var eləsin! Allah Sizi qorusun, balalarınızı qorusun, var olasınız. Bir ana kimi təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.

Digər qadın sakin: Bu tarixi, qürurverici günü bizə yaşatdığınız üçün xüsusi təşəkkür edirəm, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun. Bilirsiniz ki, Cəbrayıl şəhərində də artıq keçmiş köçkünlər yerləşib. Bu gün Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış kompleksinin təməli qoyulacaq.

Sakinlər: İnşallah.

Prezident İlham Əliyev: Burada yaşayacaq insanların sayı çoxalacaq. Eyni zamanda, bu gün Cəbrayıl şəhərində məscidin təməlini qoyacağam.

Bununla bərabər bilirsiniz ki, Cəbrayıl rayonunda iş yerləri də yaradılır. “Araz Vadisi” sənaye zonası artıq fəaliyyətdədir. Orada üç müəssisə fəaliyyət göstərir. Amma yaxın gələcəkdə onların sayı təqribən 20-yə çatacaqdır. Yəni, iş yerləri ilə bağlı burada heç bir problem olmayacaq.

O cümlədən Cəbrayıl şəhərində bu gün iki Günəş Elektrik Stansiyasının təməli qoyulacaq. Üçüncü, ən böyüyü isə artıq icra müddətindədir. Onu da bildirməliyəm ki, bu bölgənin çox gözəl kənd təsərrüfatı potensialı var. Eyni zamanda, burada Günəş enerjisi də istehsal olunacaq. Burada istehsal olunacaq Günəş enerjisi bütün bu bölgəni təmin edəcək. Çünki Cəbrayıl və Zəngilan rayonlarında icra edilmiş və ediləcək Günəş və su elektrik stansiyalarının gücü təqribən 400 meqavata çatacaq. Yəni, 400 meqavat böyük bir şəhərin tələbatını ödəyən gücdür.

Eyni zamanda, biz daim iş yerlərinin yaradılması ilə bağlı işləyirik. Burada da kənd təsərrüfatı ilə, heyvandarlıqla məşğul olmaq üçün şərait yaradılacaq. Təbii ki, artıq istifadəyə verilmiş digər kəndlərdə olduğu kimi, həyətyanı sahələrdə də əkin-biçinlə məşğul olmaq mümkündür. Hər biriniz üçün on iki sot həyətyanı sahə ayrılıb. Amma burada digər böyük yerlərdə, yəni, həm örüş, həm də ki, əkin üçün yararlı olan torpaqlarda kənd təsərrüfatı ilə məşğul olmaq mümkün olacaqdır. Yəni, Qarabağda, Şərqi Zəngəzurda işsizlik olmamalıdır. Bütün bu şəhər və kəndlər tikiləndə bunu biz əsas vəzifə kimi qarşıya qoyuruq ki, burada yaşayan insanlar işlə təmin olunsunlar.

Sakinlər: Çox sağ olun, Allah Sizə cansağlığı, uzun ömür versin. Bizim üçün xoş oldu.

Prezident İlham Əliyev: Yenidən təbrik edirəm sizi.

Qadın sakin: Mən şəxsən Horovlu sakinləri adından Sizə çox minnətdarlığımı bildirirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Allah Sizi xalqımızın, dövlətimizin, belə gözəl balalarımızın üstündən əskik eləməsin. Həmişə var olasınız. Amin!

Prezident İlham Əliyev: Çox sağ olun.

Kişi sakin: Biz bu gün kəndimizə gələndə həqiqətən də kəndimizi tanıya bilmədik. Sanki İsveçrədir, çox möhtəşəmdir, həddindən artıq möhtəşəmdir.

Prezident İlham Əliyev: Azərbaycan standartları belədir.

Kişi sakin: Bəli, təbii ki, Sizin sayənizdə, cənab Prezident. Biz həqiqətən də inana bilmədik. Yəni, bir kənddə bu qədər şərait, bu qədər gözəlliklər. Allah Sizdən razı olsun. Təşəkkür edirik, bu gün bizim sevincimizə sevinc qatdınız. Gəldiniz, bizimlə görüşdünüz, köçməyimiz münasibətilə bizi təbrik etdiniz. Çox sağ olun, Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Neçə yaşınız var idi işğal vaxtı?

Kişi sakin: Mən 12 yaşımda çıxmışam kənddən.

Prezident İlham Əliyev: Xatırlayırsınız?

Kişi sakin: Bəli, bəli, çox gözəl xatırlayıram. Allah Sizdən razı olsun, cənab Prezident!

Digər kişi sakin: 27 yaşımda da mən çıxmışam, indi 60 yaşımda geri qayıtmışam. Sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Nə ilə məşğul idiniz burada o vaxt?

Digər kişi sakin: Burada heyvandarlıqla. Bir də özüm sürücü idim, maşınla hərəkət edirdik elə o vaxt.

Prezident İlham Əliyev: O vaxt kənd necə idi?

Digər kişi sakin: Kənddə evləri hərə bir tərəfdə tikmişdi - dağda, daşda. İndi şəhər tiplidir, gözəldir, möhtəşəmdir. Təşəkkür edirəm, cənab Prezident.

Prezident İlham Əliyev: Amma Horovlunun yerində tikilib.

Digər kişi sakin: Öz yerindədir, hə.

Prezident İlham Əliyev: O vaxt burada əsas məşğulluq maldarlıq idi?

Digər kişi sakin: Ancaq maldarlıq, təsərrüfat işləri, üzümçülük idi.

Prezident İlham Əliyev: Cəbrayıl rayonu, üzümçülük.

Digər qadın sakin: Pambıq yox idi, üzümçülük, taxılçılıq, heyvandarlıq inkişaf etmişdi. Bəli, çox yüksək idi. Çox sağ olun, var olun. Allah köməyiniz olsun.

Prezident İlham Əliyev: İndi kənd təsərrüfatını daha müasir üsullarla inkişaf etdirmək üçün imkanlar var. Burada həm aqroparklar yaradılır, eyni zamanda, kənd təsərrüfatı ilə məşğul olanlar üçün torpaq sahələri, əkin-biçin və heyvandarlıqla bağlı şərait də yaradılacaq. Artıq azad edilmiş bir çox kəndlərdə kənd təsərrüfatı ilə məşğul olanlar var. Həm maldarlıqla, arıçılıqla məşğul olan var, həm də meyvə bağları, üzüm bağları salınır. Yəni, bu kəndin ətrafı da kəndin özü kimi gözəl olmalıdır. Onu da siz etməlisiniz. Dövlət də təbii olaraq sizə öz dəstəyini verəcək.

Sakinlər: Çox sağ olun, təşəkkür edirik, Allah köməyiniz olsun.

Digər qadın sakin: Kəndin camaatı çox zəhmətkeşdir. Biz harada məskunlaşmışıqsa, oranı yaşıllaşdırmışıq. Bəli, çox sağ olun, dillərə dastan olub. Kəndi bu şəraitdə, bu vəziyyətdə bizə qaytardığınız üçün mən də kənd sakinləri adından təşəkkürümü bildirirəm.

Digər kişi sakin: Burada dəmyədə bitirdi, qəşəng də üzüm olurdu.

Prezident İlham Əliyev: Dəmyə? Susuz. Texniki üzüm, yoxsa süfrə üzümü?

Digər kişi sakin: Süfrə üzümü.

Prezident İlham Əliyev: Şərab zavodu var idi?

Digər kişi sakin: Şərab zavodumuz da var idi.

Prezident İlham Əliyev: Cəbrayılda.

Digər kişi sakin: Burada da var idi.

Prezident İlham Əliyev: Kənddə də var idi?

Digər kişi sakin: Yuxarıda, kolxoz həyəti deyirdik, orada idi. Böyük içki zavodu da, çaxır zavodu da var idi. Burada taxıl da dəmyə bitirdi.

Prezident İlham Əliyev: Yəni, torpaq münbitdir. Çox yaxşı. Bu bölgənin torpağı, ümumiyyətlə, çox yaxşıdır. Qarabağ zonasının torpağı bəzi yerlərdə bax belə qara, qapqara torpaqdır. Çox məhsuldar torpaqdır, amma düşmən buranı işğal edib, viran qoyub. Görürsünüz, bir dənə də salamat bina qoymayıb, dağıdıb və daşları da söküb aparıb, orada-burada satıb.

Digər kişi sakin: Sağ olun, çox sağ olun. Allah köməyiniz olsun.

Prezident İlham Əliyev: Həmişə deyirəm, biz qisasımızı döyüş meydanında aldıq. Şəhidlərimizin qanını da aldıq, ədaləti də bərpa etdik. Bütün düşmənləri də qovduq torpağımızdan.

Digər kişi sakin: Bizim başımızı uca etdiniz. Təşəkkür edirik, sağ olun.

Prezident İlham Əliyev: Siz də əziyyət içində yaşamısınız. Mən bunu bilirəm. Mən bu işğal dövründə köçkünlərlə neçə dəfə görüşmüşəm. Biz neçə şəhərcik saldıq, bəlkə də yüzə yaxın köçkün şəhərciyi. Çadır şəhərcikləri 2007-ci ildə ləğv olundu. Mən 2003-cü ildə Prezident seçiləndə demişdim ki, beş ilə bir dənə də qalmayacaq. Dörd ilə onu ləğv etdik. Sonra yüz minlərlə, təqribən üç yüz minə yaxın qaçqını yeni binalarda yerləşdirdik. Amma yenə də doğma torpaq başqa şeydir.

Digər kişi sakin: Doğma torpaq ayrı şeydir.

Başqa kişi sakin: Doğma torpaq başqadır.

Prezident İlham Əliyev: Siz harada yaşamısınız?

Digər kişi sakin: Bakıda.

Prezident İlham Əliyev: Bakıda. Elə buradan çıxanda birbaşa?

Digər kişi sakin: Yox, əvvəlcə çadır şəhərciyində yaşadıq. Orada soyuğa dözə bilmədik, ondan sonra Bakıya getdik.

Prezident İlham Əliyev: Bu işğalı xatırlayırsınız?

Digər kişi sakin: Hamısını xatırlayıram. Bu kəndə erməni girəndə axırıncı biz çıxmışıq.

Prezident İlham Əliyev: Haradan girmişdilər onlar?

Digər kişi sakin: Erməni bu üzdən girdi, Daşkəsən kəndi var orada. Oradan girdi bizim kəndə. Bir də Füzuli tərəfdən gəldi. Bura bizim orta kəhrizimizdir. Buradan aşdıq dağın o tərəfinə. Dağın o tərəfindən də biz Araza tərəf getdik. Ən axırıncı elə oradan çıxmışıq. Asfaltla Arazqırağı Beyləqan tərəfə getdik. Yarımız İrana adladıq. O vaxt İran da aranı kəsdi, imkan vermədi.

Prezident İlham Əliyev: Bəli, zəngilanlılar Arazı keçdilər o tərəfə. Buradakılar isə çay boyunca.

Digər kişi sakin: Çay boyu getdik. Oradan da İran çoxuna imkan vermədi, maşınlar qaldı, piyada qaldı çoxu. Üzüm bağları ilə getdilər. Heyvandarlıqdı, məsələn, heyvan qaldı. Bax, belə pis günlər idi, cənab Prezident.

Prezident İlham Əliyev: Bütün mal-mülk, ev-eşik hamısı qaldı?!

Digər kişi sakin: Ev-eşiyin hamısı dolu qaldı.

Prezident İlham Əliyev: Bunu deyirdik beynəlxalq təşkilatlara. Bir dənə beynəlxalq təşkilat bir şey elədi? Heç nə!

Digər kişi sakin: İnamımız Sən oldun.

Prezident İlham Əliyev: Bir nəfər gəlib erməniyə dedi ki, sən buradan çıx, bura sənin deyil?

Digər kişi sakin: Yox, yox!

Prezident İlham Əliyev: Hələ istəyirdilər ki, biz də barışaq bu vəziyyətlə. Hələ deyirdilər ki, sülh yolu ilə həll edin. Deyirdim, yaxşı, sülh yolu ilə edək, amma həll edək də. Yox, müharibə olmamalıdır. Sonra deyirdilər ki, müharibə heç bir nəticə verməz. Yəni, bu məsələ ilə məşğul olanların hamısı bizə qarşı birləşmişdi, hamısı Ermənistanın tərəfində idi.

Digər kişi sakin: Mətbuatda görürdük, sağ olun. Çətin idi, çətin zaman idi. Allah şəhidlərimizə rəhmət eləsin.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Digər kişi sakin: Başda Siz Komandanımız olmaqla, qaytardınız torpağı. Hamımız inanırdıq.

Prezident İlham Əliyev: Bizim xalqımız da iradə göstərmişdir, barışmadıq, uşaqlar vətənpərvərlik ruhunda böyüdü. Ailələrdə, məktəblərdə uşaqlara verilən tərbiyə böyük rol oynamışdır. Yəni, bu torpaqları bizim gənclərimiz sinələrini qabağa verərək azad etmişdir. Özü də ən çox elə birinci mərhələdə bizim şəhidlərimiz olub. O müdafiə xətlərini keçəndə - həm buradan, həm Füzulidən. Onlar bu torpaq həsrəti ilə yaşayırdılar, güllə qabağına getmək çox böyük cəsarət tələb edir.

Digər qadın sakin: Cənab Prezident, mənim 38 yaşım var idi, üç oğlumla çıxmışıq.

Prezident İlham Əliyev: Siz burada işləyirdiniz?

Digər qadın sakin: Bəli, məktəbin kitabxana müdiri olmuşam, orta məktəbin. Oğlanlarımın üçü də məktəbdə oxuyurdu, azyaşlı idilər. Onlarla çıxmışıq. İndi çox şükür, şükür nəvəmdir, oğlumdur, onlarla gəlmişik.

Prezident İlham Əliyev: Maşallah!

Digər qadın sakin: Allah Sizə kömək olsun. Hər şey Sizin sayənizdə oldu.

Prezident İlham Əliyev: İndi gənclər də darıxmamalıdır burada. Çünki birincisi, doğma torpaqdır. İkincisi, şərait yaxşıdır. Üçüncüsü, bütün bu Qarabağ, Şərqi Zəngəzur ən inkişaf etmiş bölgələrdən biri olacaq - nəinki Azərbaycanda, dünya miqyasında. Belə kəndlər harada salınır?

Digər kişi sakin: Yoxdur, gözəldir, hamının xoşuna gəlir. Gözəl kəndlərdir.

Prezident İlham Əliyev: Şəhərlər, yollar. İndi siz hansı yolla gəlmisiniz buraya?

Digər kişi sakin: Biz Şükürbəylidən gəldik.

Prezident İlham Əliyev: Yolu gördünüz?

Digər kişi sakin: Gördük, gördük, çox gözəldir.

Prezident İlham Əliyev: Elə yol olub?

Digər kişi sakin: Qabaq buradan o yolu gedəndə yarım saata, qırx dəqiqəyə gedib çıxırdıq. İndi 10 dəqiqəyə gəlib çıxırıq.

Prezident İlham Əliyev: İndi buradan Zəngilana gedəcəksiniz 20 dəqiqəyə. Buradan da Zəngəzur dəhlizi keçəcək. Böyük ticarət yolu olacaq.

Digər qadın sakin: İnşallah, sayənizdə.

Prezident İlham Əliyev: Yəni, bundan sonra daha çox inkişaf edəcək. Əsas odur ki, burada insanlar yerləşsin, uşaqlar çoxalsın, ailələr böyüsün, işlər getsin. Abadlıq-quruculuq, xoşbəxt həyat və sülh. Bundan sonra heç kim bizə qarşı baş qaldıra bilməz. Heç kim, heç kim!

Sakinlər: Sayənizdə, “Dəmir yumruq” sayəsində.

Prezident İlham Əliyev: Əgər kimsə baş qaldırsa, yenə də “Dəmir yumruğu” görəcək.

Sakinlər: Çox sağ olun.

X X X

Sonra açarların təqdim edilməsi mərasimi oldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin sakinlərinə mənzillərin açarlarını təqdim edib  YENİLƏNİB VİDEO

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib