Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ehtiyatda olan zabit: Geyindiyim formanı, keçdiyim şərəfli və çətin yolu çox sevirdim VİDEO

Bakı, 26 iyun, AZƏRTAC

26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycanın hərb tarixində xüsusi yer tutur. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan Ordusu bu gün yüksək döyüş qabiliyyəti, peşəkarlığı və müasir hərbi imkanları ilə regionun ən güclü ordularından biri hesab olunur.

Azərbaycan əsgərinin döyüş ruhu, Vətənə sədaqəti, komandir-əsgər birliyi və Zəfərə aparan yol barədə AZƏRTAC-a Azərbaycan Ordusunun ehtiyatda olan zabiti, Xüsusi Təyinatlı Qüvvələrin mayoru Amil Mustafayev danışıb.

Amil Mustafayev 16 il Azərbaycan Ordusunda xidmət edib, bunun 11 ilini Xüsusi Təyinatlı Qüvvələrdə keçirib. O, xidmət dövründə Aprel döyüşlərində, Vətən müharibəsində, qisas əməliyyatlarında, sərhədlərin bərpası və lokal antiterror tədbirlərində iştirak edib.

“Hərbi mənim üçün sadəcə peşə deyildi. Bu, uşaqlıq arzum, həyat tərzim və ideologiyam idi. Xüsusi təyinatlı olmaq mənim üçün böyük qürur mənbəyi idi. Geyindiyim formanı, keçdiyim şərəfli və çətin yolu çox sevirdim. Nə qədər ağır olsa da, o yollardan yorulmur, xidmətimi sevərək yerinə yetirirdim. Bu gün dönüb geriyə baxanda Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində bir payımın olmasını böyük qürur hissi ilə xatırlayıram. Düşünürəm ki, gələcək nəsillər, zabit və əsgərlərimiz şəhidlərimizin, qazilərimizin və müharibə əlillərimizin bizə əmanət etdiyi bu torpaqları layiqincə qoruyacaqlar”, – deyə o vurğulayıb.

Mayor Amil Mustafayev qeyd edib ki, döyüşlər zamanı yaddaşında silinməz iz qoyan hadisələrdən biri Vətən müharibəsi dövründə baş verib: "Bir əsgərimiz var idi – Əli Mehdizadə. Çiynindən qəlpə yarası almışdı. Ona dedim ki, geri qayıtsın, hospitalda müalicə olunsun, sonra yenidən xidmətə davam etsin. Lakin mənə belə cavab verdi: “Cənab mayor, şəhidlərin qanı olan yerdə mənim hospitala getməyim düzgün deyil". O, növbəti döyüşdə şəhid oldu. Bir əsgərin şəhidlik zirvəsinə ucalmaq arzusu zabitə böyük güc verir”.

Onun sözlərinə görə, Vətən müharibəsində Qələbəni təmin edən əsas amillər vahid komandanlıq, xalqın birliyi, şəxsi heyətin Vətən sevgisi və komandirə inam olub: “Texnologiya, silah və təchizat vacibdir. Lakin bütün bunların mərkəzində insan amili, insan gücü dayanır. Əsgərin Vətənə sevgisi və komandirinə inamı yoxdursa, heç bir qələbədən danışmaq olmaz. İnsan evini, ailəsini, sevdiklərini qoruduğu kimi, Vətənini də qoruyur. Bizim əsgərlərimiz də məhz bu hislə döyüşürdülər. Düşmən yüksəklikdə, səngərlərdə olsa da, bizim əsgərlər açıq sahədə irəliləyirdilər. Düşmənin atdığı güllələrdən qorxmur, geri çəkilmirdilər. Əksinə, düşmən əsgərləri silahlarını, təchizatlarını, hətta ərzaqlarını, geyimlərini belə qoyaraq qaçırdılar. Bu, Azərbaycan əsgərində, zabitində olan Vətən sevgisinin və döyüş ruhunun bariz nümunəsi idi. Ali Baş Komandan Prezident İlham Əliyevin bizə olan inamını reallığa çevirdik, bizə inanan komandirlərin inamını gerçəkləşdirdik”.

Ehtiyatda olan zabit qeyd edib ki, Azərbaycan Ordusunun əldə etdiyi uğurlar bu gün bir çox ölkələr tərəfindən öyrənilir: “Azərbaycan Ordusu Vətənə sevgi, komandirə inam, dürüstlük üzərində formalaşdırılıb. Bu da hər bir əsgərin və zabitin döyüş meydanında şücaət göstərməsi üçün kifayət edən bir amildir. Bunun nəticəsində də Azərbaycan Ordusu demək olar ki, regionun ən güclü ordusudur. Bir vaxtlar kitablardan öyrəndiyimiz, filmlərdə baxdığımız döyüş nümunələrini başqa ölkələrin hərbçiləri Azərbaycan Ordusunun təcrübəsində görürlər. Azərbaycan əsgəri qanı və canı bahasına tarix yazıb, Vətəni sevən və komandirinə inanan əsgərin necə döyüşdüyünü, sahib olduğun torpağın necə alınmalı olduğunu bütün dünyaya göstərib. Hər kəs yazdığını ssenariyə çevirib, onu bəzəyib ortalığa qoyurdusa, Azərbaycan Ordusu qanı, canı ilə bunu reallaşdırdı. Biz çox səbir etdik, çox gözlədik. Təbii ki, müharibə itkisiz olmur. Şəhidlərimizin qanı, canı bahasına tarixi Zəfərə nail olduq. Düşünürəm ki, bu gün şəhidlərimizin ruhu şaddır. Ərazi bütövlüyümüz bərpa olundu, şəhidlərimizin qisası alındı. Azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır”.

Gənc zabit və əsgərlərə tövsiyələrini də bölüşən Amil Mustafayev vurğulayıb ki, hərbi həm peşə, həm sənət, həm də elmdir.

“Bu sahədə daim öyrənmək, müasir texnologiyalara və yeni döyüş taktikalarına yiyələnmək lazımdır. Heç kim əldə olunan Qələbə ilə arxayınlaşmamalıdır. Biz əlimizdən gələni etdik. Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq bugünkü və gələcək nəsil hərbçilərin əsas vəzifəsidir", – deyə o qeyd edib.

Mayor Amil Mustafayev 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbçiləri, şəhid ailələrini, qaziləri, müharibə əlillərini və veteranları təbrik edib.

“26 İyun Azərbaycanın şərəf tarixidir, vahid Azərbaycan Ordusunun yaradıldığı gündür. Bütün hərbçilərimizi, şəhid ailələrimizi, qazilərimizi və veteranlarımızı səmimi-qəlbdən təbrik edirəm. Allah dövlətimizi və millətimizi qorusun. Azərbaycanın üçrəngli bayrağı daim zirvələrdə dalğalansın”, – deyə o bildirib.

Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Orxan Kərimov
Videooperator - Namiq Abdullayev
Ehtiyatda olan zabit: Geyindiyim formanı, keçdiyim şərəfli və çətin yolu çox sevirdim VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib