Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin orden verdiyi şəhidin atası: Vətən uğrunda canını fəda edən oğul mənim üçün ölməyib VİDEO

İsmayıllı, 27 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin imzaladığı növbəti Sərəncam Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinə göstərilən yüksək dövlət ehtiramının təzahürü oldu. Sərəncama əsasən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda aparılan döyüş əməliyyatlarında igidlik və mərdlik göstərərək hərbi hissələr qarşısında qoyulmuş tapşırıqları şərəflə yerinə yetirərkən şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki şəxs ölümündən sonra yüksək dövlət təltifinə layiq görülüb.

Təltif olunan qəhrəmanların sırasında İsmayıllı rayonunun Diyallı kəndində dünyaya göz açan, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Tural Ətraf oğlu Şıxızadə də var. Prezident İlham Əliyevin Sərəncamı ilə o, ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

AZƏRTAC-ın müxbiri İsmayıllının Diyallı kəndinə yollanaraq şəhidin ailəsi ilə görüşüb, onların qürur və nisgil dolu duyğularını dinləyib.

Şəhidin qardaşı Turan Şıxıyev deyir ki, Prezidentin imzaladığı Sərəncam ailələrinə həm böyük qürur, həm də kövrək hisslər yaşadıb. Onun sözlərinə görə, qardaşının adını ordenlə təltif olunan şəhidlərin sırasında görmək ailənin ağrısını azaltmasa da, onun qəhrəmanlığının dövlət tərəfindən yüksək qiymətləndirilməsi ən böyük təsəlli olub. "Ötən gün işə getməyə hazırlaşırdım. Telefonda mənə bir xəbər göndərdilər. Linkə daxil olub baxanda digər şəhidlərimizin arasında qardaşımın – Şıxızadə Tural Ətraf oğlunun adını gördüm. Həqiqətən, çox qürurlandım. Fikirləşdim ki, qardaşımın göstərdiyi şücaət, qəhrəmanlıq unudulmur. Dövlət onun xidmətlərini yüksək qiymətləndirir. Bu, bizim ailə üçün çox böyük qürurdur. Əziyyəti, tökülən qanı yerdə qalmadı”.

Turan Şıxıyev qardaşı haqqında danışarkən səsində həm qürur, həm də dərin həsrət duyulurdu. Deyir ki, ailədə iki qardaş, bir bacı olublar. Ailənin sonbeşiyi Tural mehribanlığı, səmimiyyəti və cəsarəti ilə hər kəsin sevimlisi idi. Hələ ömrünün baharını yaşayırdı. Subay idi, quracağı ailə, həyata keçirəcəyi arzuları vardı. Lakin Vətən sevgisini hər şeydən üstün tutaraq öz gələcəyini Azərbaycanın gələcəyinə qurban verdi.

Uşaqlıqdan idmana böyük maraq göstərən Tural qol güləşi üzrə üçqat ölkə çempionu olub. O, qazandığı uğurlarla idmanda adını tanıtmağa başlasa da, Vətən müharibəsi başlayanda heç bir tərəddüd etmədən ön cəbhəyə yollanıb. Onun üçün ən böyük mükafat doğma torpaqların azadlığı uğrunda döyüşmək idi. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılan Tural Şıxızadə cəmi iki ay sonra başlayan Vətən müharibəsində iştirak edib. Goranboy istiqamətindən başlayaraq Suqovuşan və Ağdərə istiqamətində gedən ən ağır döyüşlərdə vuruşan gənc əsgər silahdaşları ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirib. Döyüş yoldaşlarının xatirəsində qorxmaz, qətiyyətli və tapşırıqları sonadək yerinə yetirən əsgər kimi qalan Tural hər zaman ön sırada olmağa çalışıb, Vətən uğrunda döyüşməyi isə ən böyük şərəf sayıb.

Qardaşı deyir ki, Tural ailəsini narahat etməmək üçün döyüş bölgəsində olduğunu son ana qədər onlardan gizlədib. "Sonuncu danışığımızı heç vaxt unutmuram. Bizə demədi ki, artıq döyüş bölgəsindədir. Sadəcə dedi ki, hər şey yaxşıdır, narahat olmayın. Salamatçılıq olsun, hər şey yaxşı olacaq. Müharibə də dayanacaq. Gələrsiniz, yenə görüşərik, bir-birimizi görərik. Halbuki sentyabrın 26-dan onları döyüş xəttinə aparmışdılar. Bizimlə danışanda artıq döyüşlərin içində idi. Amma bizi narahat etməmək üçün bunu deməmişdi”.

Turan Şıxıyev ailələrinin yaşadığı ən ağır hisslərdən birini də bölüşür. Onun sözlərinə görə, ataları Ətraf kişi oğlunun dəfn mərasiminə qatılmayıb və şəhid olduğu gündən bu günə qədər məzarını ziyarət etməyib. Bunun da özünəməxsus, dərin mənəvi səbəbi var. Atam deyir ki, Vətən uğrunda canını fəda edən oğul mənim üçün ölməyib, o yaşayır. Mən onu torpağın altında təsəvvür edə bilmirəm. Elə buna görə də qardaşımın məzarı başına gedə bilmir. Bu sözlər bir ata qəlbinin həm sonsuz ağrısını, həm də oğluna duyduğu sonsuz fəxarəti ifadə edir.

Xatırladaq ki, şəhid Tural Şıxızadə göstərdiyi igidliyə görə bundan əvvəl də dövlət tərəfindən bir sıra yüksək təltiflərə layiq görülüb. O, ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Prezident İlham Əliyevin son Sərəncamı ilə ona təqdim olunan III dərəcəli "Vətənə xidmətə görə" ordeni isə Tural Şıxızadənin keçdiyi şərəfli döyüş yoluna verilən növbəti yüksək dövlət qiymətidir.

Bu gün Tural Şıxızadə fiziki olaraq ailəsinin yanında olmasa da, adı qəhrəmanlıq salnaməsində yaşayır. Onun keçdiyi döyüş yolu, göstərdiyi igidlik, yarımçıq qalan gəncliyi və Vətən sevgisi gələcək nəsillər üçün örnək olaraq qalacaq. Dövlət tərəfindən təqdim olunan hər bir orden isə şəhidlərin müqəddəs xatirəsinin daim uca tutulduğunu, onların fədakarlığının heç zaman unudulmadığını bir daha təsdiqləyir. Tural Şıxızadənin adı da Azərbaycanın azadlığı uğrunda canını fəda edən igid oğulların sırasında əbədi yaşayacaq.

Müxbir - Rəşad Türkoğlu

Prezidentin orden verdiyi şəhidin atası: Vətən uğrunda canını fəda edən oğul mənim üçün ölməyib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub