Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT-də Bakı Təhlükəsizlik Forumunun beynəlxalq ictimaiyyətə təqdimatı keçirilib VİDEO

Nyu-York, 1 iyul, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-York şəhərində yerləşən Baş Qərargahında Terrorizmə Qarşı Mübarizə Həftəsi çərçivəsində “Terrorizmə Qarşı Beynəlxalq Əməkdaşlığın Gücləndirilməsi: Bakı Təhlükəsizlik Forumunun Perspektivləri” mövzusunda qəbul və təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Təhlükəsizlik Forumunun Təşkilat Komitəsi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə BMT-dəki daimi nümayəndələr, diplomatlar, aparıcı beynəlxalq təşkilatların və üzv dövlətlərin terrorla mübarizə orqanlarının rəsmiləri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev tədbirin məqsədinin Bakı Təhlükəsizlik Forumunu BMT ictimaiyyətinə təqdim etmək və onun üzv dövlətlər arasında dialoqu, peşəkar əməkdaşlığı və institusional əlaqələri gücləndirən praktik mexanizm kimi potensialını nümayiş etdirmək olduğunu deyib.

O bildirib ki, Azərbaycan qlobal terrorizmlə mübarizədə etibarlı və qətiyyətli tərəfdaş olaraq beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verməyə davam edir. Onun sözlərinə görə, 2023-cü ildə yaradılmış Bakı Təhlükəsizlik Forumu artıq beynəlxalq əməkdaşlığın gücləndirilməsi, məlumat və qabaqcıl təcrübə mübadiləsinin təşviqi, ümumi təhlükələrə qarşı kollektiv dayanıqlığın artırılması üçün mühüm platforma kimi özünü təsdiqləyib.

BMT Baş katibinin müavini - BMT-nin Terrorizmə Qarşı Mübarizə Ofisinin rəhbəri vəzifəsini icra edən Aleksandr Zoyev çıxış zamanı deyib ki, BMT Terrorizmə Qarşı Mübarizə Həftəsi çərçivəsində müxtəlif ölkələrin təhlükəsizlik və hüquq-mühafizə qurumlarının nümayəndələrini bir araya gətirən bu tədbir terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığa güclü dəstəyin göstəricisidir. Onun sözlərinə görə, bu qəbul və Bakı Təhlükəsizlik Forumu Azərbaycanın terrorizmlə mübarizə sahəsində beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyəti nümayiş etdirir. O vurğulayıb ki, heç bir dövlət terrorizmlə təkbaşına mübarizə apara bilməz və effektiv nəticə yalnız koordinasiya, əməkdaşlıq və çoxtərəfli yanaşma sayəsində mümkündür.

Daha sonra Bakı Təhlükəsizlik Forumunun Təşkilat Komitəsini təmsil edən, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Həsən Mansurov Bakı Təhlükəsizlik Forumu və onun operativ platforması olan Antiterror Məlumat Mübadiləsi Sistemi — CTIES haqqında təqdimat edib.

O bildirib ki, 2025-ci ildə Forumun Əsasnaməsinin və Antiterror Məlumat Mübadiləsi Sisteminin İş Qaydalarının qəbul edilməsi mühüm mərhələ olub və bu əhəmiyyətli razılaşma dünyanın fərqli geosiyasi məkanlarını təmsil edən 75 ölkənin 90 kəşfiyyat və təhlükəsizlik qurumunun rəsmiləri tərəfindən konsensus əsasında əldə edilib.

“Forumun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi qeydiyyata alınaraq yayımlanıb. Bu nailiyyətlər göstərir ki, beynəlxalq təhlükəsizlik arxitekturası çərçivəsində birgə fəaliyyət sayəsində daha geniş üfüqlərə nail olmaq mümkündür”, - deyə Həsən Mansurov qeyd edib.

Təqdimat zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bakı artıq yalnız enerji və nəqliyyat qovşağı deyil, həm də qlobal təhlükəsizlik müzakirələrinin ünvanıdır” fikirləri vurğulanaraq, BMT-nin beynəlxalq təhlükəsizlik prinsiplərinə əsaslanan Bakı Təhlükəsizlik Forumu platformasının qısa müddətdə təhlükəsizlik və xüsusi xidmət orqanlarını praktik məqsədlər ətrafında birləşdirən mühüm beynəlxalq məkana çevrildiyi qeyd olunub.

Tədbirin davamında Bakı Təhlükəsizlik Forumunun fəaliyyətini əks etdirən video nümayiş etdirilib.

Tədbirin qeyri-rəsmi hissəsində “Mənim Yolum” Uşaq və Gənclər İnkişaf Mərkəzinin yetirmələri tərəfindən “Yallı” və “Azərbaycan” rəqsləri ifa olunub, iştirakçılar arasında işgüzar ünsiyyət görüşləri təmin edilib.

Qeyd edək ki, cari il iyunun 29-30-da BMT-nin Nyu-York şəhərində yerləşən Baş Qərargahında BMT Üzv Dövlətlərinin Antiterror Agentliklərinin Rəhbərlərinin Dördüncü Yüksəksəviyyəli Konfransı təşkil edilib. BMT-nin Qlobal Antiterror Strategiyasının nəzərdən keçirilməsi və əlaqəli məsələlərə həsr edilən mötəbər tədbirdə Azərbaycanı Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici İşlər Nazirliyinin əməkdaşlarından ibarət, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Bakı Təhlükəsizlik Forumunun Təşkilat Komitəsinin üzvü general-leytenant Həsən Mansurovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York
BMT-də Bakı Təhlükəsizlik Forumunun beynəlxalq ictimaiyyətə təqdimatı keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avrobarometr: Macarıstanda Aİ-yə etimad Avropa orta göstəricisini üstələyib

Vüqar İskəndərov: YAP ilə Çin Kommunist Partiyası arasında münasibətlər ən yüksək səviyyədədir

Bakıda piyada keçidlərində istismar müddətini başa vurmuş eskalator və bəzi liftlər yenilənəcək

Rusiyanın İsveçdəki səfirliyi PUA-ların hücumuna məruz qalıb

AzMİU alimləri universitet binasında günəş enerjisindən istifadənin səmərəliliyini hesablayıblar

“Airbus” Ukraynanın “Brave1” platforması ilə müdafiə texnologiyaları üzrə əməkdaşlığa başlayır

Deputat: Sülhməramlı missiyalarda iştirak beynəlxalq əməkdaşlığın genişlənməsinə kömək edir

“Sumqayıt” Futbol Akademiyasının yeni direktoru bəlli olub

Türk nazir müavini: Azərbaycan təmiz idman sahəsində mühüm tərəfdaşdır

Sabah paytaxtda 35, rayonlarda 36 dərəcəyədək isti olacaq

Ursula Fon der Lyayenin Azərbaycana səfəri: Bakı ilə Aİ arasında münasibətlərin yeni arxitekturası – TƏHLİL

Avropa İttifaqı Azərbaycanın regiondakı roluna əvvəlki dövrlərlə müqayisədə daha geniş prizmadan yanaşır ŞƏRH

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

Qivami Rəhimli: Şərqdən Qərbə uzanan musiqi körpüsü - Sami Yusufun sənət yolu

Rusiyanın idman naziri: Azərbaycanla əməkdaşlığımız möhkəmlənir

Cənubi Afrikada avtobus qəzasında 16 nəfər ölüb, 20 nəfər yaralanıb

Yusif Abdullayev: Azərbaycan Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışını təmin edir

Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib

Mustafa Şabanov: Füzulinin irsi ilə bağlı yeni əlyazma aşkar edilib

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində iyun ayında xidmət səviyyəsi 91 faizi keçib

AZPROMO: Azərbaycan ixracatçıları payızda logistika sahəsində dövlət dəstəyindən yararlanacaqlar

Çempionlar Liqası: “Araz-Naxçıvan” mübarizəyə əsas mərhələdən başlayacaq

Günay Əfəndiyeva: Türk dövlətləri böyük və güclü bir ailənin üzvləri kimi ortaq dəyərlər ətrafında sıx birləşirlər

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Türkiyə millisinin sabiq futbolçusu: Montellanın etdiyi dəyişikliklər səhv idi – EKSKLÜZİV

AzTU qlobal istiləşmə üzrə 14-cü beynəlxalq konfransa ev sahibliyi edəcək

® “Rabitəbank”dan 33 illiyinə özəl “30+3” lombard kampaniyası

Qafqazın sonuncu kolxozu – İvanovka VİDEO

Qafqazın sonuncu kolxozu – İvanovka VİDEO

Kiyevə hava hücumu zamanı yaşayış binası çöküb AZƏRTAC-ın REPORTAJI VİDEO

Kiyevə hava hücumu zamanı yaşayış binası çöküb AZƏRTAC-ın REPORTAJI VİDEO

VIII “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” beynəlxalq elmi simpozium işə başlayıb

Milli Tarix Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgi açılıb

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş nəşrlərin təqdimatı olub

Yusif Abdullayev: Azərbaycanın qeyri-neft və qaz sektoru üzrə ixrac göstəriciləri ikiqat artıb

Mədəniyyət nazirinin müavini: Azərbaycan hər zaman Türk birliyinin güclənməsinə xüsusi töhfələr verir

Beynəlxalq təşkilatların iştirakı ilə Gəncədə simulyasiya təlimi təşkil olunub

Beynəlxalq Cinayət Məhkəməsi Burkina Faso, Mali və Nigerin qərarından narahatdır

Elçin Abdullayev: Dünyada gedən proseslər ordunun müdafiə qabiliyyətinin artırılmasını labüd edir VİDEO

Elçin Abdullayev: Dünyada gedən proseslər ordunun müdafiə qabiliyyətinin artırılmasını labüd edir VİDEO

Bakı Zooloji Parkı: Şəhərin mərkəzində canlı təbiət guşəsi VİDEO

Bakı Zooloji Parkı: Şəhərin mərkəzində canlı təbiət guşəsi VİDEO

ABŞ İraqa dollar göndərişlərini bərpa edib

General-mayor: Azərbaycan Ordusu qlobal sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verib

Bakının bəzi ərazilərində su təchizatında müvəqqəti fasilə yaranacaq

DOST Agentliyi beynəlxalq əməkdaşlığı genişləndirir

Bu saata olan əsas xəbərlər

“Şəfa” yeni transferini reallaşdırıb

Fərid Şəfiyev: Azərbaycanın orta güc statusuna malik olması 30 il ərzində aparılan bir prosesdir VİDEO

Fərid Şəfiyev: Azərbaycanın orta güc statusuna malik olması 30 il ərzində aparılan bir prosesdir VİDEO

BDU “Geoekologiya” ixtisaslaşması üzrə mütəxəssislər hazırlayacaq

Şəxsi inkişaf və rifah xidmətlərinin mahiyyəti: Digər fəaliyyət sahələrindən fərqləndirən əsas xüsusiyyətlər

Şahin Bayramov: Qarabağ Universitetinin əsas hədəflərindən biri Türk dünyasının elm və təhsil ocaqları ilə əməkdaşlıqdır

Almaniyada xəstəxanada yanğın: 2 nəfər ölüb, 34-ü xəsarət alıb

Elçin Babayev: Yeni nəşrlərdə Qurultayın bütün iclasları tam və ardıcıl şəkildə əks olunub

Rusiya və Ukraynanın qarşılıqlı hava zərbələri nəticəsində mülki əhali arasında itkilər var

Fransada meşə yanğınları baş verib

BAMF prezidenti: Yeni texnologiyalar qlobal çağırışların həllində mühüm rol oynayır

QDTİB-nin vitse-prezidenti: Azərbaycan Cənubi Qafqazın fəal və Orta Dəhlizin isə aparıcı ölkəsidir

® Evonline.az xəritə üzərindən əmlak axtarışını təkmilləşdirib

Ortaq əlifba: Türk dünyasında yeni əməkdaşlıq mərhələsinin başlanğıcı ŞƏRH

Macarıstanda rekord istilər gölləri və çayları təhlükə altına salıb, tornado qeydə alınıb

İsa Həbibbəyli: Türk Dünyası Kitabxanalar Birliyinin yaradılması mühüm addımlardan biridir

Dünya çempionatında 1/8 final mərhələsinin daha üç iştirakçısı müəyyənləşəcək

KOBİA: Bir çox şirkətin beynəlxalq bazarlara çıxışı üçün əlavə dəstəyə ehtiyacı var

AZPROMO: Azərbaycan məhsullarının beynəlxalq bazarlarda tanıdılmasında sahibkarların dəstək alması xüsusi əhəmiyyət daşıyır

Səadət Yusifova: Birinci Türkoloji Qurultayın zəngin elmi irsi bu gün də aktuallığını qoruyur

DİN: Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

DÇ-2026: İngiltərə millisi 60 illik pley-off tilsimini qırıb, İsmaila Sarr rekordu təkrarlayıb

® “Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir

Tonqa adalarında 5,7 bal gücündə zəlzələ baş verib

Şavkat Mirziyoyev: Özbəkistan Şərqlə Qərb arasında əsas quru nəqliyyat habına çevrilə bilər

Fransada məhbusların sayı rekord həddə çatıb, həbsxanalarda sıxlıq artıb

Bakıdakı UFC turnirinin videoları 297,3 milyon baxış toplayıb

Qarabağ təkcə Azərbaycan üçün deyil, bütövlükdə Avrasiya məkanı üçün mühüm strateji əhəmiyyət daşıyır - RƏY

Sahil Babayev: Qeyri-neft sektorundakı inkişafın davamlılığında maliyyə imkanlarının genişləndirilməsi mühüm rol oynayır

Pakistanda musson yağışları 11 nəfərin həyatına son qoyub

BMT-nin elmi paneli süni intellekt üzrə ilk hesabatını təqdim edib

Serhat Köksal: Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycana daha çox maliyyə ayırmaq niyyətindədir

İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib

Qara Dəniz Ticarət və İnkişaf Bankının Azərbaycanla əməkdaşlığı özəl sektorun inkişafının transformativ roluna əsaslanan tərəfdaşlıq prinsipləri üzərində inkişaf edib

Sandro Tonali “Tottenhem”ə transfer olunub

Günel Bədəlova: Aleksandr Plüşenkonun ilk beynəlxalq yarışları Qran-Pri seriyasında olacaq

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar

Professor: Prezident İlham Əliyev Türk dünyasının irsinə böyük diqqət və ehtiramla yanaşır

Təkrar sertifikatlaşdırma imtahanından keçməyən müəllimlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb

Nazir: Mövcud geosiyasi çətinliklər fonunda Orta Dəhlizin rolu getdikcə artır

Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub

Ekspert: Azərbaycan–Aİ əməkdaşlığı enerji tərəfdaşlığından strateji iqtisadi inteqrasiyaya keçir

Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib

Yoxlama oyunu: “Neftçi” Rumıniya klubuna qarşı

Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb

Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının biznes-forumu işə başlayıb

Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib VİDEO

Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib

Azərbaycan-Avropa İttifaqı münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub ŞƏRH

Qızılın qiyməti 4075 dollardır VİDEO

Qızılın qiyməti 4075 dollardır VİDEO

Neft qiymətləri ucuzlaşıb VİDEO

Neft qiymətləri ucuzlaşıb VİDEO

Azərbaycan nefti 72 dollara satılıb VİDEO

Azərbaycan nefti 72 dollara satılıb VİDEO

Polisin sabahını formalaşdıran məkan - POLİS AKADEMİYASINDAN REPORTAJ VİDEO

Polisin sabahını formalaşdıran məkan - POLİS AKADEMİYASINDAN REPORTAJ VİDEO

Kiyevə kütləvi hava zərbələri nəticəsində ölənlərin sayı artır YENİLƏNİB 2

Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi 86 faiz icra olunub

Azərbaycan polisinin vəzifə borcu dövlətlə cəmiyyət arasında qarşılıqlı inam və təhlükəsizlik körpüsünün təmin edilməsidir ŞƏRH