Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Kənddən Şəhərə”: Şərqi Zəngəzurda yetişdirilən məhsullar Bakıda satışa çıxarılıb REPORTAJ VİDEO

Bakı, 4 iyul, AZƏRTAC

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası açılıb. AZƏRTAC-ın əməkdaşları yarmarkada olub, fermerlərin və alıcıların təəssüratlarını öyrəniblər.

Səhər saatlarından Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5, ünvanındayıq. Burada Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunub. İsti havaya baxmayaraq, şəhər sakinləri yarmarkaya axışırlar. Hətta bəzi piştaxtalarda məhsulların çoxu artıq satılıb. Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərə birbaşa satış platforması təqdim etməklə dəstək göstərmək və şəhər sakinlərini sağlam, təbii kənd məhsulları ilə təmin etməkdir.

Budəfəki yarmarkanı xüsusi əlamətdar edən amillərdən biri işğaldan azad olunmuş ərazilərdəki həyətyanı sahələrdə yetişdirilən kənd təsərrüfatı məhsullarının satışa çıxarılmasıdır. Şərqi Zəngəzurun Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarından olan fermerlərin öz təsərrüfatlarında yetişdirdikləri məhsulları brendləşdirərək yarmarkaya gətirənlərdən biri də Mələk Zamanovadır.

Zəngilanın Ağalı kəndində yaşayan bacısı ilə birgə əl əməyi, göz nuru ilə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını satan həmsöhbətimiz bağın barını qürurla təqdim edir. İlk dəfə yarmarkada iştirak edən Mələk xanım burada yaradılan şəraitdən məmnundur. O, satdığı məhsulların alıcıların diqqətini cəlb etdiyini bildirib: “Şaftalı, nektarin gətirmişik. Öz həyətimizin məhsuludur, təbii və keyfiyyətlidir. Kimyəvi dərmanlardan istifadə olunmadan yetişdirilib. Çox gözəl məhsuldur, yığıb gətirmişik. Bundan başqa, kərə yağı, pendir, turşular və müxtəlif çiçəklər də təklif edirik. Alıcıların marağı böyükdür, çox yaxşı alırlar. Onları mehribanlıqla yola salırıq. Şaftalının qiyməti 70-90 qəpik arasında dəyişir”.

Bakının Türkan qəsəbəsində yetişdirilən göyərti və bostan məhsullarını satan Əliyar Salamov da fermerlər üçün yaradılan şəraitdən razılıq edib. “Hər yarmarkada canla-başla iştirak edirik. Bizə hər cür şərait yaradırlar – yer verilir, tərəzi ilə təmin olunuruq. Mallarımızı rahat sata bilirik, əlavə xərcimiz də çıxmır”, – deyə o qeyd edib.

Alıcılar isə məhsul bolluğu ilə yanaşı, ciblərinə uyğun qiymətlərdən də razıdırlar. Yarmarkaya ilk dəfə gələn Aynur Hüseynova qiymətlərin sərfəli olmasından danışıb: “Pendir, çiyələk və alça almışam. Qiymətlər marketlərdən xeyli ucuzdur. Marketdə gilasın kiloqramı 6 manatdırsa, burada eyni keyfiyyətdə məhsulu 3 manata tapmaq mümkündür. Mövsümi meyvələrin, həmçinin ağartı məhsullarının qiymətində ciddi fərq var”.

Digər alıcı Nazim Qafarov yarmarkanın daimi müştərisi kimi təşkilatçılara təşəkkür edir: “Hər həftə gəlib buradan meyvə və pendir alıram. Burada məhsulların hamısında qiymətlər çox aşağıdır, ailə büdcəsi üçün çox sərfəlidir. Özüm 8-ci mikrorayonda yaşasam da, mütəmadi olaraq bura gəlirəm”.

Bu yarmarkalara müntəzəm gələn alıcı Ofeliya Babayeva isə ərazinin təmizliyindən və mədəni xidmətdən söz açıb . “Çox diqqətlidirlər, satıcıların mədəni davranışı insanı razı salır. Qiymətlər marketlərdən 10 faiz, bəlkə də daha çox aşağıdır. Ona görə də buranın daimi fəaliyyət göstərməsini arzu edirəm. Evimə yaxın olduğu üçün çalışıram həmişə buradan bazarlıq edim”, - deyə o bildirib.

“Aqrar Tədarük və Təchizat” ASC-nin şöbə müdiri Nilüfər Mustafaqızı ilə də söhbət edirik. O bildirib ki, həftəsonu yarmarkası yay mövsümü boyu davam edəcək: “Yarmarka hazırda həm həftəsonu, həm də mövsüm yarmarkası olaraq fəaliyyət göstərir. Budəfəki yarmarkanın ən əhəmiyyətli məqamlarından biri Şərqi Zəngəzurun Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarından olan fermerlərimizin şaftalı, nektarin, kartof kimi məhsulları satışa çıxarmasıdır. Onlar öz təsərrüfatlarında istehsal olunmuş ət və ət məhsulları, yumurta, bal, quru və təzə meyvələr də gətiriblər. Həm fermerlərimizə dəstək olmaq, həm də paytaxt sakinlərini təbii məhsullarla təmin etmək üçün bütün alıcılarımızı yarmarkamızda gözləyirik”.

Yarmarkanın ən böyük üstünlüklərindən biri də alıcıların aldadılma və ya keyfiyyətsiz məhsul riskindən qorunmasıdır. Satışa təqdim olunan bütün məhsulların keyfiyyətinə və qida təhlükəsizliyinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi birbaşa nəzarət edir. Məhsulların keyfiyyəti ilə bağlı hər hansı şübhəsi və ya sualı yaranan vətəndaşlar dərhal ərazidə fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları yerindəcə və ödənişsiz analiz etdirə bilirlər.

Müxbir - Nailə Həsənova
Fotoqraf - Səfiyar Məcnun
Operator - Ceyhun Mustafayev
“Kənddən Şəhərə”: Şərqi Zəngəzurda yetişdirilən məhsullar Bakıda satışa çıxarılıb  REPORTAJ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var