FHN: Həkəri çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir VİDEO
Bakı, 8 iyul, AZƏRTAC
İyulun 4-də Həkəri çayının Zəngilan rayonunun Ağalı kəndindən keçən hissəsində batdığı ehtimal olunan 1962-ci il təvəllüdlü Nuşirəvan Mehdi oğlu Həsənovun axtarışları davam etdirilir.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.
Əlavə məlumat veriləcək.