Azərbaycan Dövlət İnformasiya Agentliyi

49 min müraciət, 2 min könüllü – Formula 1 Azərbaycan Qran-Prisinin yubiley yarışına hazırlıq VİDEO

Bakı, 20 avqust, AZƏRTAC

Azərbaycan Qran-Prisinin yubiley ilində – 10-cu yarışın keçirilməsinə hazırlıqlar davam edir. Dünyanın ən böyük və irimiqyaslı beynəlxalq idman tədbirlərindən birinin təşkilində mühüm rol oynayan könüllülər də yarış həftəsonunun əsas iştirakçıları sırasında yer alacaqlar.

Bu il sentyabrın 24-dən 26-dək keçiriləcək yarışın təşkilinə təxminən 2 min könüllünün cəlb olunması nəzərdə tutulur.

2026-cı il Formula 1 Azərbaycan Qran-Prisinin könüllülük proqramı üçün də əlamətdardır. Formula 1-in Azərbaycanda keçirilməsinin 10-cu ildönümü ilə yanaşı, könüllülük proqramı da özünün yubiley Qran-Prisinə hazırlaşır. Ötən illər ərzində proqrama maraq nəzərəçarpacaq dərəcədə artıb. 2016-cı ildə qeydiyyatdan keçən namizədlərin sayı təxminən 7 min olduğu halda, bu il onların sayı rekord həddə – 49 minə çatıb. Üstəlik, bu göstərici cəmi 72 saat ərzində qeydə alınıb.

Geridə qalan müddət ərzində Bakıda keçirilən Formula 1 yarışlarının təşkilində 20 mindən çox könüllü iştirak edib. Komandanın əsas hissəsini gənclər təşkil etsə də, proqram müxtəlif yaş qruplarından olan insanları bir araya gətirir. Bu illər ərzində proqramın ən gənc iştirakçısının yaşı 16, ən yaşlı könüllünün yaşı isə 75 olub.

Proqramın inkişafında 2016-cı ildən fəaliyyət göstərən Bakı Şəhər Halqası Akademiyasının (BŞH Akademiyası) xüsusi rolu var. Akademiyanın fəaliyyəti yalnız könüllülərin yarış həftəsonunda üzərilərinə düşən vəzifələrə hazırlanması ilə məhdudlaşmır. Burada iştirakçıların şəxsi və peşəkar inkişafına da xüsusi diqqət yetirilir. Hazırlıq prosesi ixtisaslaşmış təlimləri və praktiki məşğələləri əhatə edir.

Əldə olunan bilik və təcrübə bir çox iştirakçı üçün gələcək peşəkar inkişafın əsasını təşkil edir. Son 10 il ərzində könüllü kimi fəaliyyətə başlayan 400-dən çox gənc daha sonra Bakı Şəhər Halqasının komandasına qoşulub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan Resursları və İşçi Qüvvəsi Departamentinin əməkdaşı Arifə Əliyeva bildirib ki, builki nəticələr proqramın son 10 ildə keçdiyi inkişaf yolunu aydın şəkildə göstərir: “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq, bu il Formula 1 Azərbaycan Qran-Prisinin 10 illiyinə hazırlaşırıq və sentyabr ayının son həftəsi bizim üçün təqvimdə xüsusilə əlamətdar olacaq. Hazırlıq mərhələsinin mühüm etaplarından biri olan Könüllü Proqramımıza müraciətlər bu il artıq 10-cu dəfə aprel ayında açıq elan olundu və 3 günün sonunda 49 000-dən çox müraciət qəbul etdik. Dönüb geriyə baxsaq, nə qədər böyük bir yol qət etdiyimizi görərik. 2016-cı ildən bu günə qədər ümumilikdə 20 000-dən çox gənc Formula 1 Azərbaycan Qran-Prisinin təşkilinə könüllü olaraq cəlb edilib. BŞH Akademiyasının yaratdığı bu fürsətdən yararlanan və tədbirin təşkili mərhələlərində təcrübə qazanan 400-dən çox gəncimiz sonrakı illərdə işçi qüvvəsi olaraq tədbirin təşkilinə cəlb edilib. Biz insan kapitalı yaratmaqda maraqlıyıq və bu il bu rəqəmlərin daha da artacağından əminik”.

Onun sözlərinə görə, proqramın şəffaflığı və əlçatanlığı bu nəticələrin əldə olunmasının əsas səbəblərindəndir: “Hazırda BŞH Akademiyasında təlimlər mərhələsi yekunlaşmağa doğru gedir. Paralel olaraq, dünyanın müxtəlif ölkələrindən müraciət edən 1 550-yə yaxın beynəlxalq könüllünün onlayn müsahibə və təlim mərhələlərini həyata keçiririk. BŞH inklüziv bir mühit yaradıb. Hər il beynəlxalq könüllülərdən daxil olan müraciətlərin sayının artması, builki göstəricinin isə indiyədək ən yüksək həddə çatması bunu birbaşa göstərir. Könüllülərimiz fəaliyyətlərinə uniforma və akkreditasiya əməliyyatları ilə start verəcəklər. Bu il ümumilikdə 2 000-ə yaxın könüllünün Qran-Pridə iştirakı nəzərdə tutulur”.

Seyfəddin Quliyev artıq 4-cü ildir Bakı Şəhər Halqası könüllülərindən biri olaraq fəaliyyət göstərdiyini və hər il müxtəlif komandalarda təcrübə qazandığını söyləyib: “Bu mövsüm “Spectator Services” (Tamaşaçı Xidmətləri) komandasında yer almaq arzusundayam. Bu il mənimlə bərabər könüllü olacaq bütün dostlarıma uğurlar arzulayır, könüllülük fəaliyyətinin karyeramıza nə qədər faydalı olduğunu anlamalarını istəyirəm”.

Murad Ağazadə isə artıq ikinci dəfədir Formula 1 yarışlarına könüllü kimi seçildiyini vurğulayıb: “Keçən il ilk təcrübəm idi və “Sportinq” (İdman Əməliyyatları) komandasında fəaliyyət göstərirdim. Bu müddətdə yeni dostluqlar, tanışlıqlar və zəngin təcrübə qazandım. Bizim işimiz əsasən marşallarla bağlı idi. Yəni logistika komandası olaraq onlara lazım olan bütün dəstəyi təmin edirdik. Vəzifələr üzrə təlimlərdən sonra seçiləcək bütün könüllü dostlarıma uğurlar arzulayıram. İnanıram ki, bu il də keçənilki kimi uğurlu və yaddaqalan keçəcək. Fərq yaradın, könüllü olun!"

Bu proqramın əsas uğurlarından biri də könüllülük fəaliyyətindən peşəkar fəaliyyətə keçid imkanlarının yaradılmasıdır. Bunun ən yaxşı nümunələrindən ikisi isə hazırda Bakı Şəhər Halqası Əməliyyat Şirkətində çalışan Röya Fərəcova və Ədalət Məmmədovdur. Onlar Formula 1 yarışlarında könüllü kimi qazandıqları təcrübənin karyera yollarına necə təsir etdiyini bölüşüblər.

“2024-cü ildə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərifindən təşkil olunmuş Formula 1 yarışında könüllü fəaliyyət göstərmişəm. Könüllülük fəaliyyətim boyunca komanda ilə işləmək, insanlarla daha yaxından ünsiyyət qurmaq, tədbir zamanı yaranan situasiyalara operativ yanaşma bacarıqlarımı daha da inkişaf etdirmişəm və bu, hazırda BŞH-də əməkdaş kimi fəaliyyət göstərməyimə öz töhfəsini verib. Bununla yanaşı, mən digər beynəlxalq tədbirlərdə də öz fəaliyyətimi davam etdirmişəm və bu sahəyə olan marağım daha da artıb. Hazırda da Azərbaycan Qran-Prisinin təşkil olunmasına öz töhfələrimi verirəm. Proqramımıza qoşulan bütün könüllülərə uğurlar arzulayıram!", - deyə R.Fərəcova qeyd edib.

Ə.Məmmədov isə 2023-cü və 2024-cü illərdə Formula 1 yarışlarında və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunmuş digər əhəmiyyətli tədbirlərdə könüllü kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb: “Əlavə olaraq, BŞH Akademiyasında 2025-ci ildə ofis könüllüsü kimi fəaliyyət göstərdim və hazırda işçi qüvvəsi üzrə komanda üzvü kimi çalışıram. Düşünürəm ki, könüllülük təcrübəm mənim həyatıma çox şey qatdı. Korporativ mühitə adaptasiya olmağı, komanda ilə birlikdə işləmək bacarığını və məsuliyyətli olmağı öyrətdi. Buradan bütün könüllülərimizə onların gələcək karyeralarında uğurlar arzulayıram!"

Müxbir - Aynur Əlixanlı
Fotoqraf - İlkin Cavanşirov
Operator - Namiq Abdullayev
49 min müraciət, 2 min könüllü – Formula 1 Azərbaycan Qran-Prisinin yubiley yarışına hazırlıq VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb  YENİLƏNƏCƏK  VİDEO

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK VİDEO

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib