Muğamın yaddaş məkanı: Beynəlxalq Muğam Mərkəzi VİDEO
Bakı, 26 avqust, AZƏRTAC
Bir səs var əsrlərin o tayından gəlir, zamanın yaddaşını özündə yaşadır, insanın duyğularına toxunaraq, sözün ifadə edə bilmədiyini musiqi ilə deyir. Bu səs Azərbaycan muğamıdır.
Azərbaycanın zəngin musiqi irsinin ən qiymətli nümunələrindən olan muğam özünəməxsus ifaçılıq məktəbi, melodik zənginliyi, improvizasiya imkanları və dərin fəlsəfi məzmunu ilə seçilir.
Elə bu zəngin ənənələrin təntənəsi kimi, bu gün – avqustun 26-da Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin Musiqisi Günü qeyd olunur. Bu əlamətdar gün Azərbaycan muğamının milli-mənəvi irsimizdə və dünya musiqi mədəniyyətində tutduğu xüsusi yeri bir daha xatırladır.
Bu misilsiz irsin qorunduğu, yaşadıldığı və gələcək nəsillərə ötürüldüyü mühüm məkanlardan biri isə Bakının mərkəzində yerləşən Beynəlxalq Muğam Mərkəzidir.
AZƏRTAC-ın əməkdaşları Mərkəzdə muğam ifaçılığı sənəti, bu sənətdə istifadə olunan musiqi alətləri və tanınmış muğam ustalarının büstləri ilə bağlı məlumatları videoreportajda təqdim ediblər.
Reportajı təqdim edirik.