Azərbaycan Dövlət İnformasiya Agentliyi

Altı yaşında məcburi köçkün düşən Elçinin 12 yaşlı oğlu ilə yarımçıq qalan uşaqlığına sarıldığı gün – Xocavənddən REPORTAJ VİDEO

Xocavənd, 30 avqust, AZƏRTAC

Qarabağ səmasında Günəşin ilıq şəfəqləri saçır... Xocavəndin illərlə sükuta qərq olmuş küçələrində indi tamamilə başqa bir nəfəs, başqa bir ruh var. Evlərin bacalarından qalxan tüstü, həyətlərdən gələn uşaq səsləri və küçələrdə hərəkət edən yük maşınları bu qədim yurdun yenidən dirçəldiyindən müjdə verir. Dövlətimizin həyata keçirdiyi Böyük Qayıdış proqramı çərçivəsində avqustun 25-də doğma ocaqlarına qovuşan növbəti 19 ailənin arasında Mirzəyevlər də var.

AZƏRTAC-ın bölgə müxbiri Mirzəyevlər ailəsinin qonağı olub, onların həyəcanını, sevincini öz dillərindən dinləyib.

Yarımçıq qalan uşaqlıq və palçıqlı yolların yaddaşı

Bizi həyətdə ailə başçısı Elçin Mirzəyev qarşılayır. 1986-cı ildə məhz bu şəhərdə dünyaya göz açan Elçin 34 illik nisgildən sonra doğma ocağına qayıdıb. O, illər sonra bura təkcə köçkün kimi deyil, yanında ahıl atası, həyat yoldaşı və iki oğlu ilə qalib ölkənin vətəndaşı kimi qayıdıb.

Döşəməyə sərilən təzə xalçanın, otaqlardan gələn yeni ev qoxusunun içində Elçinlə söhbətimiz uşaqlıq illərinin ağrılı xatirələri ilə başlayır:

“1992-ci ildə buradan çıxanda cəmi 6 yaşım var idi. Azyaşlı idim, amma o dəhşətli gecə yaddaşıma elə həkk olunub ki, sanki dünən baş verib... Gecə vaxtı idi, atəş altında idik, alazanlar, toplar atılırdı. Maşınımız palçıqlı yolda batdı. Atamgil min bir əziyyətlə traktor tapıb gətirdilər, maşını batdığı yerdən çıxardıq. Güllə yağışı altında, palçıqlı yollarla çıxdıq Xocavənddən...”.

Ayrılıq uzun və məşəqqətli olub. Əvvəlcə Ağcabədinin Muğanlı kəndində, sonra Beyləqanın Sarısu və Haramı ərazilərində məskunlaşıblar. İllər keçib, dövlət tərəfindən Beyləqanda məcburi köçkünlər üçün müasir qəsəbə salınıb, şərait yaradılıb. Elçin boya-başa çatıb, ailə qurub, övladları dünyaya gəlib. Lakin dediyinə görə, hansı şəraitdə yaşayırlarsa yaşasınlar, ürəklərindəki o qanayan yara sağalmayıb:

“İnancımızı heç vaxt itirmədik. İnanırdıq ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz bizi bu torpaqlara qaytaracaq. Nəhayət, o Zəfər günü gəldi. Bu gün Qarabağımız tam azaddır. Ötən gün isə o böyük sevinc bizim ailəmizə də qismət oldu. 16 yaşlı Nicat və 12 yaşlı Yusiflə Xocavəndə daxil olanda ilk işim yarımçıq qalan uşaqlıq xatirələrimi axtarmaq oldu. İndi mənim yaşaya bilmədiyim o xoş hissləri övladlarım yaşayacaq”.

Söhbətə onun övladları da qoşulur. Məlum olur ki, Nicat tar, Yusif isə qarmon ifa edir. Elçin qürurla oğullarına baxıb deyir:

“Biz burada məktəbə gedə bilmədik, yarımçıq qaldı. İndi oğullarım musiqi təhsillərini də, orta təhsillərini də burada davam etdirəcəklər. Buradan da hərbi xidmətə yola düşəcəklər. Bu torpaqların hər qarışı bizə şəhidlərimizin əmanətidir. İndi tək arzum var: bu müqəddəs torpaqda əbədi yaşamaq, Vətənə xeyirli övladlar böyütmək”.

“Özümü indi əsl Qarabağ gəlini hiss edirəm...”

Evin mətbəxindən gələn təzə çay ətri söhbətimizin istiqamətini dəyişir. Elçinin həyat yoldaşı Tamara Həsənova Ağcabədidə dünyaya göz açıb. O, illərdir qarabağlı ailənin gəlini olduğunu, amma Xocavəndə gəldiyi ilk gündən tamamilə fərqli duyğular yaşadığını bildirir.

Mətbəx stolunun arxasında büllur stəkanlara çay süzən Tamara xanımın gözlərindəki işıq hər şeyi deyir:

“Elçinlə ailə qurandan o, hər gün mənə Xocavənddən, buranın dağlarından, bulaqlarından danışırdı. Xəyalımda canlandırırdım bu yerləri. Qələbə xəbəri gələndə, sonra isə köçəcəyimiz gün bəlli olanda sevincimizin həddi-hüdudu olmadı. Dünən buraya ayaq basanda gördüm ki, Xocavənd xəyal etdiyimdən də gözəldir. Havası səfalı, suyu tər-tərmiz... Qarabağın suyu ilə çay dəmləmək, burada ailəm üçün xörək bişirmək mənə inanılmaz bir qürur verir. Özümü indi tam mənası ilə əsl Qarabağ gəlini hiss edirəm”.

Tamara xanım ixtisasca tibb işçisidir. Beyləqandakı qəsəbədə çalışırmış. Sevindirici məqam odur ki, köçlə paralel olaraq onun iş yeri də Xocavəndə dəyişdirilib:

“Bura gəldiyimiz gün işimi də bura yönləndirdilər. Artıq fəaliyyətimi Xocavənddə tibb işçisi kimi davam etdirəcəyəm. Doğma torpaqda insanlara xidmət etməkdən böyük xoşbəxtlik ola bilməz”.

Dirçələn rayon və işıqlı sabahlar

Mirzəyevlər ailəsi ilə vidalaşıb küçəyə çıxırıq. Evin həyətindən tar və qarmonun zərif sədaları duyulur — sanki Nicatla Yusif Xocavəndin yeni səhərini musiqi ilə salamlayırlar.

Bəli, hazırda Xocavənd şəhərində həyat yenidən canlanır. Şəhərdə həm çoxmənzilli binalarda, həm də müasir standartlara cavab verən fərdi yaşayış evlərində yüzlərlə ailə məskunlaşıb. Canlanma təkcə şəhər mərkəzi ilə məhdudlaşmır, rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrində, Sos, Xocavənd, Xanoba, Güneyxırman və Quzeyxırman kəndlərində də evlərdən sevinc səsləri gəlir.

Növbəti köç karvanı ilə Xocavəndə qayıdan 19 ailənin, o cümlədən Mirzəyevlərin timsalında bir daha şahid oluruq ki, illər əvvəl uşaqikən köçkün düşənlər bu gün öz övladları ilə birlikdə qalib kimi doğma yurduna sahib çıxırlar. Xocavənddə uşaqlıq xatirələri artıq yarımçıq qalmır - burada tam, bütöv və xoşbəxt yeni həyat başlayır.

Müxbir - Aydın Yavərzadə

Altı yaşında məcburi köçkün düşən Elçinin 12 yaşlı oğlu ilə yarımçıq qalan uşaqlığına sarıldığı gün – Xocavənddən REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır

“Əbədi yaşayanlar” - Marneulidə şəhidlərin xatirəsi anılıb

Naxçıvan şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər

Yaponiyada yağışlarla əlaqədar 740 mindən çox sakinə təxliyə olunmaları tövsiyə edilib

Avropa mətbuatı Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna geniş yer ayırıb

Atatürk Universitetinin rektoru ADPU-da olub

Qəzzaya endirilən hava zərbələri nəticəsində 7 nəfər ölüb, 38 yaralı var

Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib

Kanadada helikopter qəzaya uğrayıb, ölənlər var

İstanbulda şəhidlər yad ediliblər VİDEO

İstanbulda şəhidlər yad ediliblər VİDEO

Almaniyanın xarici işlər naziri BMT-də süni intellekt üçün qlobal təhlükəsizlik standartlarının tətbiqinə çağırıb